Icma.az
close
up
RU
Əhali sayı az olan, resursları olmayan bələdiyyələr birləşdiriləndən sonra xidmətə yararlı hala gətirilməlidir

Əhali sayı az olan, resursları olmayan bələdiyyələr birləşdiriləndən sonra xidmətə yararlı hala gətirilməlidir

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Azərbaycanda bələdiyyə seçkilərinin keçiriləcəyi tarix açıqlanıb. Bu haqda Mərkəzi Seçki Komissiyasının noyabrın 27-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov məlumat verib. İclasda bələdiyyə seçkilərinin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı da təsdiqlənib. Məzahir Pənahov bildirib ki, bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək, yanvarın 6-dan başlayacaq, yanvarın 28-i saat 00:00-da dayandırılacaq. Bu gün Azərbaycanda bələdiyyələr təəssüflər olsun ki, torpaq satan qurum kimi tanınıb. Bələdiyyələr özünüidarəetmə orqanı kimi kifayət qədər problemləri var. Bu da istər idarəçiliklə bağlı, istər büdcə ilə bağlı problemləri özündə ehtiva edir. Bəzən seçilən bələdiyyə başçıları şəffaf işləmir. Yəni faktlar göz önündədir...Azərbaycana bələdiyyə sistemi lazımdırmı?

Milli Məclisin deputatı Elşad Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bələdiyyələr yerli özünüidarəetmə orqanıdır və seçkilər nəticəsində formalaşan orqandır.

Elşad Musayev

Deputat qeyd edib ki, dünya təcrübəsində yerlərdə idarəçiliyin 4 növü var: “Azərbaycan həm mərkəzi icra hakimiyyəti təmsilçiləri, icra nümayəndəlikləri və özünüidarəetmə orqanı olan bələdiyyələrin fəaliyyət göstərdiyi ölkələrdəndir. Bələdiyyələr demokratik orqandır. Bələdiyyələr dünyada daha çox qəbul edilən idarəetmə orqanı kimi fəaliyyət göstərməlidir. Ayrı-ayrı ölkələrin, Türkiyənin timsalında bələdiyyələrin fəaliyyətindən xəbərdarsınız. Bələdiyyələr bir tərəfdən dövlətin yükünü götürən orqandır. Bunu Azərbvaycanda başa düşməyənlər də var”.

Elşad Musayev bildirib ki, əmlak vergisi bələdiyyələrin balansında olmalıdır: “Bu vergi hazırda dövlətin büdcəsinə daxil olur. Amma bələdiyyələrin büdcəsinə daxil olması daha məqsədə uyğun olardı. Bələdiyyələrin əlində müəyyən vəsait olmalıdır ki, o da öz məsuliyyətində olan işləri görə bilsin”.

Deputat əlavə edib ki, bəzi şəxslər bələdiyyələri “torpaq satan” orqan kimi tanısa da, reallıq belə deyil: “Bələdiyyələrin görməli olduqları çox işlər var. Mən o məsələni də qaldırmışdım ki, Əmlak Komitəsi bələdiyyələrin inzibati hüdudlarını müəyyən etməlidir. Bu da bəlli olandan sonra xeyli məsələlər var ki, avtomobil dayanacaqları, reklamlar və s. buradan yığılan vergiləri əldə edə biləcəklər. Bu gün söhbət bələdiyyə institutunun formalaşmasından gedir. Bunun özü ciddi məsələdir. Çoxları məsələnin ciddiliyini başa düşmür.

İlk dəfə Milli Demokratiya İnstitutu ilə biz 96-97-ci illərdə tədbir keçirirdik. O zaman ölkəyə “sizdə yerli özünüidarəetmə orqanları yoxdur” deyə bir basqı var idi”.

Deputat vurğulayıb ki, artıq bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı qərar verilib və siyasi partiyalar da bu seçkilərdə iştirak etməlidir.

Bələdiyyələrin birləşməsi məsələsinə gəldikdə, deputat vurğulayıb ki, bu qərar artıq qəbul edilib.

“Əhali sayı az olan, resursları olmayan bələdiyyələr birləşdiriləcək. Qanun qəbul edilibsə, artıq icra prosesi başlamalıdır. Əvvəl 1700 bələdiyyə var idi. Onun 3/1-i azaldıldı. Artıq qalan bələdiyyələri elə formalaşdırmaq lazımdır ki, əhaliyə xidmət edə bilsinlər”-deyə deputat əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 Dekabr 2024 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri