Icma.az
close
up
RU
Y.Kifu: Çin Rusiya strateji tərəfdaşlığı fonunda casusluq iddiaları güclənir

Y.Kifu: Çin Rusiya strateji tərəfdaşlığı fonunda casusluq iddiaları güclənir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Buxarest, 25 oktyabr, AZƏRTAC

Rumıniyanın nüfuzlu “Calea Europeana” nəşrində Rumıniyanın tanınmış siyasi analitiki, Rumıniya Prezidentinin sabiq müşaviri Yulian Kifu Çin və Rusiya münasibətlərini təhlil edib. O qeyd edib ki, Çin və Rusiya arasında imzalanmış “hədsiz strateji tərəfdaşlıq” münasibətləri formal səviyyədə yaxın olsa da, əslində genişmiqyaslı casusluq və kiber infiltrasiya fəaliyyətlərinə şərait yaradır.

Y.Kifu yazır ki, son illərdə Pekin və Moskva arasında sarsılmaz görünən əməkdaşlıq yeni strateji tərəfdaşlıq modelinə əsaslansa da, bu münasibətlərin arxa planında Çin xüsusi xidmət orqanlarının Rusiyada mühüm obyektlərə, o cümlədən hərbi və texnoloji infrastruktura nüfuz etdiyi faktlar yer alır.

Onun fikrincə, Çin Rusiya üçün bazar, resurs və texnologiya mənbəyi kimi mühüm rol oynayır, Moskva isə Pekindən həm maliyyə dəstəyi, həm də geosiyasi manevr imkanları əldə edir. Lakin bu əməkdaşlıq tam etimada əsaslanmır — qarşılıqlı şübhələr və casusluq halları əlaqələri mürəkkəbləşdirir.

Məqalədə qeyd olunur ki, Çin xüsusi xidmət orqanları sadəcə məlumat toplamaqla kifayətlənmir, eyni zamanda Rusiyada uzunmüddətli strateji məqsədlər üçün sabit şəbəkələr qurur. “Bu əməkdaşlıq sadəcə simvolik deyil, Çin özünü Rusiya ərazisində texnoparklar, kiber - infrastruktur və informasiya sistemləri vasitəsilə möhkəmləndirir,” — deyə Y.Kifu bildirir.

Analitikə görə, bu prosesin nəticələri xüsusilə Avropa üçün ciddi strateji təhlükələr yaradır. Rusiya-Çin tərəfdaşlığı enerji, təhlükəsizlik və kibermühit sahələrində yeni çağırışlar deməkdir.

Müəllif vurğulayır ki, Avropa bu hibrid təhdidlərin real miqyasını anlamalı və koordinasiyalı cavab mexanizmləri formalaşdırmalıdır. Onun sözlərinə görə, Çin-Rusiya tərəfdaşlığı haqqında səslənən “sarsılmaz ittifaq” tezislərinin arxasında strateji casusluq və gizli rəqabət mövcuddur.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Oktyabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri