Icma.az
close
up
RU
11 iyun Ümumdünya Əhali Günüdür: Əhali sayı 10 milyardı ötəcək

11 iyun Ümumdünya Əhali Günüdür: Əhali sayı 10 milyardı ötəcək

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hər il iyulun 11-i MT-nin təşəbbüsü ilə Ümumdünya Əhali Günü kimi qeyd edilir. Belə bir günün xüsusi qeyd edilməsində məqsəd əhali artımının bəşəriyyət üçün yaratdığı sosial, iqtisadi və ekoloji təsirlərə diqqət çəkmək məqsədi daşıyır. 

Sfera.az xəbər verir ki, əhali gün 1989-cu ildə BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən elan edilib və 1990-cı ildən etibarən rəsmi şəkildə dünya ölkələri tərəfindən qeyd olunur. 

2025-ci ilin iyun ayına olan məlumata görə, dünya əhalisi 8 milyard 100 milyon nəfəri keçib. Əhalisi ən sürətlə artan qitə Afrika hesab olunur. Burada doğum səviyyəsi yüksək, ömür uzunluğu isə artmaqdadır. 2023-cü ilin sonunda Hindistan əhalisinə görə Çini geridə qoyaraq dünyanın ən sıx məskunlaşan ölkəsi olub. Ən çox əhali sıxlığına malik şəhərlər sırasına Tokyo, Dehli, Şanxay, Dakka və Mexiko daxildir. 

Tibbi xidmətlərin inkişafı, doğumda ölüm hallarının azalması və ömür uzunluğunun artması əhali sayını artırır. Eyni zamanda, urbanizasiya, miqrasiya, təbii fəlakətlər və silahlı münaqişələr bu artıma müsbət və ya mənfi təsir göstərə bilər. Gənc əhalinin üstünlük təşkil etdiyi ölkələrdə resursların bölüşdürülməsi və iş imkanları vacib məsələlərdən biri olaraq qalır. 

İqlim dəyişikliyi və təbii ehtiyatların tükənməsi, əhali artımı ilə daha da kəskinləşir. Ərzaq, su və enerji çatışmazlığı, əsas risk faktorları sırasındadır. Sosial qeyri-bərabərlik, təhsil və səhiyyə xidmətlərində bərabərsizlik də əhali sıxlığının artması ilə artır. 

BMT-nin proqnozlarına əsasən, 2100-cü ilə qədər dünya əhalisi 10.4 milyarda çatacaq, lakin artım sürəti tədricən zəifləyəcək. Hal-hazırda dünyada hər saniyədə 4-5 nəfər doğulur, 2 nəfər isə dünyasını dəyişir. Ən uzunömürlü əhali Yaponiya və İslandiyada yaşayır – orta ömür 84-85 il təşkil edir. 


Dünya əhalisinin təxminən 60%-i Asiyada yaşayır, Afrikanın payı isə getdikcə artır. 

Azərbaycannın əhalisi 2025-ci ilin əvvəlinə olan rəsmi məlumatlara görə 10 milyon 270 min nəfərə yaxındır. Əhalinin təxminən 53%-i şəhərlərdə, 47%-i isə kənd yerlərində yaşayır. Son illərdə ölkədə doğum səviyyəsi azalsa da, orta ömür və tibbi xidmətin keyfiyyəti artmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, gənc əhalinin ümumi əhali arasındakı payı 25%-dən çoxdur. 

Ümumdünya Əhali Günü təkcə rəqəmləri yox, bu rəqəmlərin arxasında dayanan insan həyatlarını, sosial siyasətləri və planetin gələcəyini düşünmək üçün bir fürsətdir.


Firuzə Əliyeva
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://sfera.az
archiveBu xəbər 11 İyun 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri