Icma.az
close
up
RU
Əhalimizin yarısı bu xəstəlikdən əziyyət çəkir Səbəb

Əhalimizin yarısı bu xəstəlikdən əziyyət çəkir Səbəb

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 15 yaşdan yuxarı əhalinin 48,2 faizi artıq çəkilidir (BKİ 26-30), 10 faizi isə piylənmədən (BKİ 31-dən yuxarı) əziyyət çəkir. Normal bədən kütlə indeksinə malik olanların payı 40,4 faiz, normadan az çəkiyə malik şəxslərin payı isə 1,4 faiz təşkil edir.
Artıq çəkidən əziyyət çəkənlərin sayında artım nə ilə əlaqəlidir?
Demokrat.az-a bu barədə danışan dietoloq Ləman Süleymanova piylənmənin yaranmasına təsir edən çoxsaylı amillərin olduğunu deyib: 

“Bunların hamısını sadalamaq mümkün olmasa da, ilk növbədə vurğulamaq istərdim ki, sağlam həyat ana bətnindən başlayır. Hətta qadın hamiləliyə hazırlaşdığı dövrdən etibarən yuxu rejiminə, qidalanmasına və ümumilikdə həyat tərzinə diqqət yetirməlidir. Çünki ananın qəbul etdiyi qidalar dölün inkişafına və gələcək sağlamlığına birbaşa təsir göstərir. Təəssüf ki, cəmiyyətdə düzgün qidalanma ilə bağlı bilik səviyyəsi çox aşağıdır. Sosial şəbəkələrdə və müxtəlif internet səhifələrində yayılan məlumatların böyük hissəsi elmi əsaslara söykənmir. Son illər heç bir tibbi təhsili və peşəkar hazırlığı olmayan şəxslər “dietoloq” adı ilə fəaliyyət göstərir, müxtəlif marafonlar təşkil edir, arıqladıcı kokteyllər, qəhvələr və preparatlar satırlar. Bəzi hallarda hətta satışına icazə verilməyən məhsullar internet vasitəsilə insanlara təqdim olunur. Bu, ciddi problemdir və aidiyyəti qurumlar tərəfindən nəzarət gücləndirilməlidir. Çünki insanların düzgün məlumatlandırılmaması sağlamlıq üçün böyük risk yaradır. Hətta tibbi savadı olmayan şəxslərin müxtəlif sahələrdə özlərini mütəxəssis kimi təqdim etməsi narahatedici haldır. Dietologiya da istisna deyil.
Bəzən idman zallarında çalışan bəzi məşqçilər də heç bir tibbi əsas olmadan arıqladıcı və əzələ artırıcı vasitələr tövsiyə edir və satırlar. Bu isə insanların sağlamlığını təhlükə altına qoyur. İnsan sağlamlığının təməli ana bətnində qoyulur. Hamilə qadının qidalanması, daha sonra isə körpənin ana südü ilə qidalanması onun gələcək inkişafında mühüm rol oynayır. Ana südünün tərkibində körpənin inkişafı üçün vacib olan çoxsaylı maddələr mövcuddur. Buna görə də ana düzgün qidalanmalı, sağlam həyat tərzi sürməlidir. Uşaq böyüdükdən sonra da onun qidalanmasına xüsusi diqqət yetirilməlidir. Erkən yaşlardan uşaqları müxtəlif hazır və zərərli qidalara öyrəşdirmək düzgün deyil. Çünki dad reseptorları həmin qidalara uyğunlaşır və gələcəkdə uşaq fastfud, qazlı və şəkərli içkilərə daha çox meyl göstərir. Belə qidalanma nəticəsində uşaqlarda insulin müqaviməti, artıq çəki, qaraciyər piylənməsi, fiziki aktivliyin azalması, yorğunluq və digər sağlamlıq problemləri yaranır. Artıq 12-13 yaşlı uşaqlarda öd kisəsində daş, qaraciyər piylənməsi, skolioz və ciddi piylənmə halları ilə rastlaşırıq. 100-140 kiloqram çəkisi olan yeniyetmələrin sayı artır və bu, gələcəkdə daha ağır fəsadlara səbəb ola bilər. Bu səbəbdən valideynlərin maarifləndirilməsi vacibdir. Məktəblərdə mütəmadi sağlam qidalanma ilə bağlı tədbirlər keçirilməli, məktəb həkimləri uşaqları müayinədən keçirərək artıq çəki, skolioz və digər problemləri vaxtında müəyyən etməli, valideynlərə məlumat verməlidirlər. Eyni zamanda məktəb bufetlərində zərərli qidaların satışına ciddi nəzarət edilməlidir”.
Dietoloq qeyd edib ki, pandemiyadan sonra aparılan müşahidələr də göstərir ki, uşaq və yeniyetmələr arasında piylənmə sürətlə artır:
“Bu problem artıq dünya miqyasında ciddi narahatlıq doğurur. Erkən yaşlarda yaranan piylənmə gələcəkdə insanların ömür uzunluğuna və həyat keyfiyyətinə mənfi təsir göstərə bilər. Piylənmənin yaranmasında qidalanma ilə yanaşı, digər amillər də mühüm rol oynayır. Bunlardan biri düzgün yuxu rejiminin olmamasıdır. Gün ərzində düzgün qidalanmayan, əsas yeməyi gecə saatlarında qəbul edən insanlarda maddələr mübadiləsi pozulur. Bu zaman xolesterin, triqliseridlər artır, qaraciyər və mədəaltı vəzə əlavə yük düşür, insulin ifrazı yüksəlir. Digər mühüm səbəb hərəkətsiz həyat tərzidir. Xüsusilə ofis şəraitində çalışan, günün böyük hissəsini oturaq keçirən insanlarda piylənmə daha çox müşahidə olunur. Qida balansının pozulması da mühüm amillərdəndir. Yağlı, yüksək kalorili və emal olunmuş qidaların həddindən artıq qəbulu artıq çəkiyə səbəb olur. Meyvə və tərəvəzlər sağlam qidalanmanın vacib hissəsi olsa da, onların da düzgün vaxtda və ölçüdə qəbul edilməsi önəmlidir. Stres də piylənməyə təsir göstərən əsas faktorlardan biridir. Uzunmüddətli emosional gərginlik zamanı kortizol və qrelin kimi hormonların fəaliyyəti dəyişir. Bu isə emosional yeməyə, iştahanın artmasına və nəticədə artıq çəkiyə səbəb ola bilir. Ümumilikdə, piylənmə ilə mübarizənin əsas yolu cəmiyyətin düzgün maarifləndirilməsidir. Bu proses bağçalardan və məktəblərdən başlamalı, universitetlərdə, dövlət və özəl müəssisələrdə, eləcə də televiziya və digər informasiya vasitələrində davamlı şəkildə aparılmalıdır. İnsanlara düzgün qidalanma, sağlam həyat tərzi və piylənmənin riskləri barədə elmi əsaslı məlumatlar çatdırılmalıdır”.
Fidan Hacızadə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Avqust 2026 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri