Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Əhalinin cəmi 5 faizi yüksək maaşlıdır DEPUTATDAN ÇAĞIRIŞ 

Əhalinin cəmi 5 faizi yüksək maaşlıdır DEPUTATDAN ÇAĞIRIŞ 

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fazil Mustafa deyib ki, ərzaq məhsullarının qiymətinin qalxması böyük problemlər yaradır

Sosial xərclər dəqiq yönləndirilməzsə, yoxsullaşma daha da dərinləşəcək

"Azərbaycan əhalisinin əməkhaqqısının 2500 manatdan yuxarı olan hissəsi əhalinin 5,5 faizini əhatə edir". Bunu millət vəkili Fazil Mustafa Milli Məclisin dünənki plenar iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, 1,5 milyon nəfər 2500 manatdan aşağı maaş alır: "Bu da aztəminatlı insanların sayının əhəmiyyətli dərəcədə olduğunu göstərir. Sosial xərclər o səviyyədə dəqiq xərclənməlidir ki, yoxsullaşma səviyyəsinin daha da aşağı düşməsinə imkan tanınmasın. Ərzaq məhsullarının qiymətinin qalxması böyük problemlər yaradır. Azərbaycanda əhalinin 36 faizinin kənd təsərrüfatında çalışması qeyd olunsa da, onların ÜMD-də payı 6 faizdir. Bu, istənilən Avropa ölkəsi ilə müqayisədə çox aşağı çəkiyə malikdir".

Milli Məclisdə Mingəçevir şəhərində sosial evlərin tikintisi təklif edilib

Deputat Aydın Mirzəzadə Mingəçevir şəhərində sosial evlərin tikintisini təklif edib. O qeyd edib ki, təmsil etdiyi şəhərdə mənzilə ehtiyac var: “Orada sosial evlərin tikintisi bu problemin aradan qaldırılmasına şərait yarada bilər.

Digər bir təklifim isə biznes kreditləri haqqındadır. Bölgələrdə biznes kreditlərinin faizi Bakıdakından aşağı olmalıdır. Bu, regionlarda biznesin inkişafına müsbət təsir edə bilər”.

"Onkoloji xəstələr üçün dərman təminatı hələ də lazımi səviyyədə deyil"

Millət vəkili Rəşad Mahmudov bildirib ki, son 5 ildə səhiyyə xərcləri təxminən 400 faiz artıb: "Hər bir Azərbaycan vətəndaşı bu müddət ərzində səhiyyə sahəsində həyata keçirilən islahatların nəticələrini öz həyatında hiss etməkdədir". O bildirib ki, səhiyyə xərclərində ümumi artıma baxmayaraq, onkoloji xəstələr üçün dərman təminatı hələ də lazımi səviyyədə deyil: "Dünyada artıq onkoloji xəstəlik ümidsiz diaqnoz kimi qəbul edilmir. Müasir target terapiyalar, immunoterapiyalar və yeni nəsil dərmanlar nəticəsində xəstələrin böyük əksəriyyəti 10 ildən daha uzun və yüksək həyat keyfiyyəti ilə yaşayırlar. Bu, dövlətin insan həyatını qorumaq istiqamətində atacağı hər bir addımın nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu səbəbdən, dövlətin Onkoloji Proqramı çərçivəsində nəzərdə tutulmuş maliyyə dəstəyi mütləq şəkildə artırılmalıdır. Mövcud rəqəmlər dünyadakı real müalicə qiymətləri və xəstələrin sayı nəzərə alındıqda kifayət etmir. Ən azı 3-4 dəfə artım həyati zərurətdir”.

Tullantı sularının idarə olunması sistemlərinin bərpası üçün vəsait ayrılması təklif olunub

Deputat Soltan Məmmədov dövlət büdcəsindən qrunt və tullantı sularının idarə olunması sistemlərinin bərpası və ekoloji layihələrin icrası üçün maliyyə vəsaitinin ayrılmasını təklif edib. O qeyd edib ki, məqsədli büdcə fondlarına hər il dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır: "Bu baxımdan təmsil etdiyim Xəzər rayonunda içməli su təchizatının yaxşılaşdırılması, qrunt və tullantı sularının idarə olunması ilə bağlı məsələlərə diqqət göstərilməsinə ehtiyac var. Bu, həm iqtisadi, həm ekoloji, həm də sosial baxımdan olduqca mühüm əhəmiyyətə malik məsələlərdən biridir. Xəzər rayonunun Buzovna, Şağan və Mərdəkan qəsəbələrində yeraltı suların idarə olunması sistemlərinin təkmilləşdirilməsinə ehtiyac var. Xəzər rayonunun turizm potensialını, son illərdə rayon ərazisində salınmış yeni yaşayış massivlərini nəzərə alaraq 2026-cı il dövlət büdcəsində məqsədli büdcə fondlarından içməli su təchizatının yaxşılaşdırılması, qrunt və tullantı sularının idarə olunması sistemlərinin bərpası və ekoloji layihələrin icrası üçün maliyyə vəsaitinin ayrılması ilə bağlı hökumətə müraciət edirəm”.

"Sərhədlərin Naxçıvana gedən yolla birlikdə açılmasına hazır olmalıyıq"

Millət vəkili Zahid Oruc deyib ki, dünya dövlətlərinin 2026-cı il büdcə planlaşdırmasında üç tendensiya aydın görünür: - tarif və ticarət savaşları güclənib, iqtisadi embarqolar artıb, hərbi və təhlükəsizlik xərcləri daha da böyüyüb. Deputatın sözlərinə görə, bir çox ölkələr üçün büdcə siyasəti iqtisadi inkişafdan çox, geosiyasi sabitliyə və təhlükəsizlik risklərindən qorunmağa yönəlib: "Hökumət 82 milyard dollardan artıq strateji valyuta ehtiyatlarının və cəmi 5.1 milyard dollarlıq xarici dövlət borcunun yaratdığı maliyyə təhlükəsizliyi fonunda, növbəti ildə ənənəvi “büdcə artımı” siyasətini davam etdirməyəcək. Xatırladaq ki, 2020-ci ilin pandemiyası istisna olmaqla, 2018–2024-cü illərdə dövlət büdcəsinin illik artım tempi ortalama 6 faiz olub, ayrılıqda 2018-ci ildə 24 faiz təşkil edib. Deməli, neft hasilatı yüksək səviyyədə qalsaydı belə, dövlətimiz gələn il idarəetmə və institusional islahatları dərinləşdirməkdən, səmərəsiz xərcləri azaltmaqdan, şəffaflığı və hesabatlılığı gücləndirməkdən imtina etməyəcəkdi. Paytaxtdan bölgələrə qayıdış üçün neft gəlirlərinin azalması həm də fürsətdir". 

"Daha 8 dövlət proqramı icbari tibbi sığorta hesabına həyata keçiriləcək"

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, ötən illərdə olduğu kimi növbəti ilin də büdcəsi sosialyönümlüdür. O qeyd edib ki, daha 8 dövlət proqramı icbari tibbi sığorta hesabına həyata keçiriləcək: "Bunlar vərəm, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, dağınıq skolioz və digər 4 proqramdır. Hesab edirəm ki, onkologiyanın da icbari tibbi sığorta ilə qarşılanmasına ehtiyac var. Bu yaxınlarda Qafqazda ilk dəfə Azərbaycanda ürək transplantasiyası əməliyyatı həyata keçirildi. Bu kimi vacib əməliyyatlar da İTS ilə qarşılanmalıdır. Ambulator müalicə alan xəstələrin dərman vasitələri ilə təminatı məsələsi də xəstələrin səbirsizliklə gözlədiyi məsələdir. Gələn il bunun da həllini tapacağına inanıram". Komitə sədri xatırladıb ki, ilkin tibbi xidmətin regionlarda çox aşağı səviyyədə olması, həkim çatışmazlığı da problem olaraq qalır: “Bununla bağlı Milli Məclisdə dinləmə keçirildi, pilot rayon da seçildi. Bu sahədə fəaliyyətin genişlənidirilməsinə böyük ehtiyac var".

Parlamentin sədri Sahibə Qafarova deputata cavabında vurğulayıb ki, onun dilə gətirdiyi həkim çatışmazlığı və s. problemlərlə əlaqədar böyük bir paket hazırlanır və yaxın zamanda həyata keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Noyabr 2025 22:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see688

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see489

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see283

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see281

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see267

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see264

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see257

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see252

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see251

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see250

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see249

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see239

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see234

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see230

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see229

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see225

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see225

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see218

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see217

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri