Icma.az
close
up
RU
ƏHALİNİN DİQQƏTİNƏ: Mart bitməmiş alın, sonra gec olacaq

ƏHALİNİN DİQQƏTİNƏ: Mart bitməmiş alın, sonra gec olacaq

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Martın bazarında elə meyvələr var ki, onları görəndə tələsmək lazımdır. Çünki bu gün piştaxtadadır, bir neçə həftə sonra isə ya ümumiyyətlə görünməyəcək, ya da əvvəlki dadı və qiyməti ilə tapılmayacaq. Həmin meyvələrdən biri də xurmadır. Alıcıların daha çox “karalyok” kimi tanıdığı bu şirin meyvə martda artıq mövsümün sonuna yaxınlaşır. Azərbaycanda təzə xurmanın əsas satış dövrü sentyabr-dekabr aylarına düşür. Meyvə uyğun şəraitdə təxminən 2-4 ay saxlanıla bildiyi üçün mart piştaxtalarında görünən xurma, əslində, mövsümün son partiyalarından sayılır.

Bakupost.az Yeni Sabah-a istinadən xəbər verir ki, bu səbəbdən də mart ayı xurma sevənlər üçün bir növ “son zəng” effekti yaradır. Payız-qış aylarında bol olan, evlərdə də tez-tez alınan bu meyvə yaz yaxınlaşdıqca bazardan çəkilməyə başlayır. Alıcı da bunu ən çox qiymətdə və çeşiddə hiss edir: seçim azalır, yaxşı məhsulu tapmaq bir az çətinləşir.

Hazırda Bakıdakı satış nöqtələrində 1 kiloqram xurma 3-4 manata təklif olunur, bazarda hələ də by qiymətə seçim tapmaq mümkündür, amma mövsüm sonuna yaxınlaşdıqca daha yüksək qiymətlərlə qarşılaşacağıq.

Xurmanın bu qədər sevilməsinin səbəbi təkcə şirin dadı deyil. Bu meyvə həm də soyuq aylardan çıxan orqanizm üçün faydalı hesab olunur. Məlumatlara görə, bir ədəd xurmada təxminən 6 qram lif, 12.6 milliqram C vitamini və 270 milliqram kalium var.

Rusiyalı həkim-dietoloq, tibb elmləri doktoru Mariyat Muxina da xurmanın faydalarına diqqət çəkib. Onun sözlərinə görə, xurmanın tərkibindəki kalium ürək-damar sistemi üçün faydalıdır, beta-karotin göz sağlamlığını dəstəkləyir, C vitamini isə immun sisteminə kömək edir. Həkim bildirir ki, bu meyvə xüsusən mövsüm keçidində rasiona əlavə edilə biləcək faydalı məhsullardan biridir. Muxina eyni zamanda qeyd edir ki, xurma lifli və nisbətən ağır həzm olunan məhsul sayıldığı üçün normanı aşmamaq vacibdir, onun tövsiyəsinə görə, sağlam insan üçün gündə iki ədəddən artıq yemək məsləhət görülmür.

Ancaq həkim bir vacib məqama da diqqət çəkir: xurma hamı üçün eyni dərəcədə uyğun deyil. Onun sözlərinə görə, şəkərli diabeti olanlar, eləcə də mədə-bağırsaq sistemi ilə bağlı problemi olan şəxslər bu meyvəni ehtiyatla qəbul etməlidirlər.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 Mart 2026 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri