Icma.az
close
up
RU
Əhalinin kredit borcu sürətlə artır “Bu, risklidir və bəzi problemlər yarada bilər”

Əhalinin kredit borcu sürətlə artır “Bu, risklidir və bəzi problemlər yarada bilər”

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Azərbaycanda əhalinin kredit borcunda sürətli artım müşahidə edilir. 2025-ci ilin yanvarın 1-nə olan məlumata görə, ev təsərrüfatlarının kredit borcunun məbləği 17 milyard manatı ötüb. Bu artımdan sonra əhalinin kredit borcunun ümumi kredit qoyuluşundakı payı 58 faizi keçib. Halbuki 2021-ci ildə bu göstərici 50 faiz idi. 

Bəs əhalinin kredit borcunun sürətlə artmasının əsas səbəbi nədir və bu tendensiya hansısa risk yarada bilərmi? 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert İsmayıl Məmmədov kredit borcunun artmasının səbəblərinin müxtəlif olduğunu bildirib: '

'Son dövrlərdə inflyasiya səviyyəsinin yüksəlməsi, gündəlik tələbat məhsullarının qiymətinin artması insanları əlavə maliyyə resurslarına ehtiyac duymağa məcbur edir. Bu ehtiyacı ödəmək üçün banklar kredit məbləğlərini artırır. Başqa bir səbəb isə odur ki, banklar və maliyyə qurumları kreditlərin verilmə prosesini sadələşdiriblər. Mobil tətbiqlər, onlayn kredit sistemləri və hətta geyim, məişət əşyaları üçün kredit təklifləri ilə borclanma daha əlçatan olub. Banklar müştəriləri cəlb etmək üçün müxtəlif kampaniyalar təşkil edir. Faizsiz dövrlər, uzunmüddətli ödəniş planları və xüsusi endirimlər istehlakçıları borclanmağa daha da həvəsləndirir''. 


Ekspert qeyd edib ki, kredit borcunun bu qədər artması müxtəlif risklər yaradır: ''Əhalinin sürətli borclanması uzunmüddətli dövrdə ödənişlərin gecikməsinə və ödəmə problemlərinə səbəb ola bilər. Bu problemlərə iqtisadi təsirlər və inflyasiya təzyiqi, bank sektoru üçün risklər, psixoloji və sosial təsirlər də daxildir. Borclanma ilə idarə olunan istehlak bazarda qısa müddətli aktivliyə səbəb olur, lakin bu, inflyasiya təzyiqlərini artırır və iqtisadi sabitliyi poza bilər. Borc alanlar krediti vaxtında ödəyə bilməsələr, bu, banklar üçün də maliyyə itkisinə gətirib çıxarır. Buna görə də banklar borc verərkən daha ciddi risk qiymətləndirməsi aparmalıdırlar. Borclanmış insanlar maliyyə sıxıntıları ilə yanaşı, psixoloji gərginlik və stres yaşayırlar. Bu da sosial rifaha mənfi təsir göstərə bilər''. 


İ.Məmmədov bildirib ki, borclanmanın sürətlə artması iqtisadi cəhətdən risklidir və uzunmüddətli perspektivdə həm vətəndaşlar, həm də maliyyə sektoru üçün çətinliklər yaratmaq ehtimalı var: “Bunun qarşısını almaq üçün banklar kredit siyasətində daha ehtiyatlı davranmalı, vətəndaşlar isə borc götürməzdən əvvəl real imkanlarını dəyərləndirməlidirlər. Əks halda, yaxın illərdə borc yükü artacaq və bunun nəticələri daha ağır olacaq”. 

Bəsti Rəfizadə
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://sfera.az
archiveBu xəbər 28 Fevral 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri