Icma.az
close
up
RU
ƏHALİNİN BANKLARA BORCU SÜRƏTLƏ ARTIR Kreditlərin qaytarılmasında niyə problemlər yaranıb?

ƏHALİNİN BANKLARA BORCU SÜRƏTLƏ ARTIR Kreditlərin qaytarılmasında niyə problemlər yaranıb?

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu ilin oktyabr ayının sonunda Azərbaycanın bank sektorunda problemli kreditlərin həcmi 805,3 milyon manata yüksəlib. Rəsmi göstəricilərə əsaslanan məlumatına görə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% çoxdur. Başqa sözlə, son bir ildə problemli kreditlərin məbləği 102 milyon manat artıb.

Artım xüsusilə ilin əvvəlindən bəri daha kəskin olub. 2024-cü ilin sonunda 655,1 milyon manat olan qeyri-işlək kreditlərin həcmi 10 ay ərzində 150 milyon manatdan çox artaraq 805,3 milyon manata çatıb. Artım əsasən istehlak kreditləri üzrə müşahidə edilib. Belə ki, ötən ilin sonunda 246,3 milyon manat olan istehlak kreditləri üzrə problemli borclar bu ilin oktyabrında 325,8 milyon manat təşkil edib. Bu da 10 ay ərzində 79,5 milyon manatlıq artım deməkdir.

Biznes kreditlərində də yüksəliş qeydə alınıb. Bu kateqoriyada problemli portfel ilin əvvəlindən bəri 72,7 milyon manat artaraq 447,4 milyon manata çatıb. İpoteka kreditləri üzrə isə fərqli dinamika müşahidə olunub. İlin əvvəlində 34 milyon manat olan problemli ipoteka borcları oktyabrda 32,1 milyon manata düşüb.

Qeyri-işlək kreditlərin ümumi kredit portfelində payı cüzi artsa da, tendensiya müsbət deyil. Bu göstərici ilin əvvəlindəki 2,6%-dən oktyabrda 2,7%-ə yüksəlib. Biznes kreditlərində nisbət 2,5%-dən 2,9%-ə, istehlak kreditlərində 2,9%-dən 3,5%-ə qalxıb. İpotekada isə əksinə — 0,8%-dən 0,7%-ə enib.

Qeyd edək ki, qeyri-işlək kreditlər əsas və ya faiz borcu üzrə 90 günü aşan gecikmələri əhatə edir.

“Bütün bu rəqəmlər göstərir ki, bank sektorunda problemli kreditlərin artımı davam edir və həm əhali, həm də biznes subyektləri kredit öhdəliklərini yerinə yetirməkdə getdikcə daha böyük çətinliklərlə üzləşir”, - bunu bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “AzPolitika”ya açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, hazırkı iqtisadi şəraitdə həm vətəndaşların, həm də sahibkarların real gəlirləri azalır. Onun sözlərinə görə, gəlirlərin azalması fonunda xərclərin kəskin artması – xüsusən də qiymətlərin davamlı bahalaşması – insanların maliyyə yükünü ağırlaşdırıb. Nəticədə, çoxları götürdükləri kreditləri vaxtında bağlamaqda çətinlik çəkir.

Ekspert qeyd edib ki, bu tendensiya qarşıdakı dövrdə daha da dərinləşəcək.

Qeyd edək ki, ötən il Azərbaycanda sərəncamda qalan vəsaitin iqtisadi fəal əhalinin hər bir nəfərinə düşən orta aylıq məbləği 1 150 manat olub. Borc yükünün əhalinin sərəncamında qalan gəlirlərinə nisbətinin 18% olması o deməkdir ki, Azərbaycanda ötən il hər bir nəfərin banklara və BOKT-lara orta hesabla 207 manat aylıq borcu olub.

Müqayisə üçün bildirək ki, bu borc 2023-cü ildə 174 manat, 2022-ci ildə 140 manat, 2021-ci ildə 112 manat, 2020-ci ildə isə 93 manat olub.

Açıqlanan məlumatlardan da göründüyü kimi, əhalinin (iqtisadi fəal əhali) banklar qarşısındakı borcları son 4 ildə 2,2 dəfə artıb.

E. Bəyməmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Dekabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri