Icma.az
close
up
RU
Əhalinin real gəlirləri ilə iqtisadi inkişaf arasındakı proporsionallığın qorunması sosial siyasətin əsas istiqamətlərindəndir ŞƏRH AZƏRTAC

Əhalinin real gəlirləri ilə iqtisadi inkişaf arasındakı proporsionallığın qorunması sosial siyasətin əsas istiqamətlərindəndir ŞƏRH AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 29 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin strateji yanașması və siyasi iradəsi nəticəsində Azərbaycanda 2018-ci ildən sosial müdafiə sisteminin təșkilində reallaşdırılmış struktur və qabaqlayıcı islahatlar əhalinin sosial-iqtisadi rifahını dünya təsərrüfat sistemdə formalaşan iqtisadi risklərə qarşı qoruyub. Məhz bu proses özünü son 6 ilin sosial indikatorlarında da özünü göstərib. Bu illər ərzində 4 sosial islahat zərfi qəbul edilib, bu zərflərin ümumi büdcə tutumu 7 milyard manat olmaqla 4 milyon vətəndaşı əhatə edir. Bu isə əhalinin 40 faizi deməkdir. Məhz bu sosial paketlər əhalinin sosial-iqtisadi rifahını iqtisadi risklərdən xeyli qoruyub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Aslan Əzimzadə bildirib.

İctimai Şura üzvünün sözlərinə görə, əhalinin real gəlirləri ilə iqtisadi inkişaf arasındakı proporsionallığın qorunması bu gün ölkənin sosial siyasətinin magistral istiqamətlərindən biri kimi səciyyələnməkdədir.

“Əməkhaqqı üzrə təhlillər onu deməyə imkan verir ki, ölkə üzrə əməkhaqqı fondunda 3 dəfəyə yaxın artım müşahidə olunmaqdadır. Paralel olaraq, əməkhaqqı fondunun Ümumi Daxili Məhsula nisbətidir ki, bu göstərici üzrə də son 6 il ərzində 2 dəfəyə yaxın artım qeydə alınıb. Sözügedən göstərici ölkə iqtisadiyyatında yaranan əlavə dəyərin əhalinin sosial rifahına təsirini müəyyən etməkdədir. Məhz bu kontekstdə 2018-ci ildən etibarən minimum pensiyalarda, orta aylıq əməkhaqqında, median əməkhaqqında faizlər ilə deyil dəfələrlə artım nəzərə çarpır. Təbii ki, öz növbəsində sosial siyasətin effektiv reallaşdırılması, əhalinin alıcılıq qabiliyyətinin saxlanılmasını və daxili bazarda istehlakın stimullaşdırılması kimi multiplikativ effektləri özündə ehtiva etməkdədir”, - deyə Aslan Əzimzadə vurğulayıb.

İqtisadçı-ekspert onu da qeyd edib ki, bütün sadalan faktorlar bir daha ölkənin sosial siyasətinin mərkəzində insan amilinin dayandığını deməyə əsas verir. Bu gün ölkəmizdə sosial siyasətin önəmli istiqamətlərindən biri də müharibə iştirakçılarının aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi və əmək bazarına inteqrasiyasının təminatıdır: “Belə ki, post-müharibə dövründə reallaşdırılan sosial dəstək tədbirləri 130 min şəxsi əhatə edərək 363 min xidməti özündə ehtiva edib. Bu tədbirlər zamanı mənzil və avtomobil təminat proqramı 19,9 min nəfəri əhatə edib. Eyni zamanda, bu dəstək paketi çərçivəsində müavinət və təqaüdlər orta hesabla 2 dəfəyədək artırılıb. Belə olan halda sözügedən vətəndaşların əməkhaqqından əldə etdikləri maliyyə resursları indiki müavinətlərdən dəfələrlə yüksək olacaq ki, bu da əhalinin həssas kateqoriyalarının sosial rifahının daha da artırılması ilə nəticələnəcək. Məhz bu göstəricilərdə dayanıqlı və artan trendlərin müşahidə olması ölkə rəhbərliyinin şəhid ailələri və müharibə iştirakçılarına göstərdiyi qayğının önəmli indikatorlarındadır”.

İqtisadçı-ekspertin vurğuladığı digər önəmli məsələ isə büdcə xərcləri çərçivəsində sosial xərclərin tutumudur: “Prezident İlham Əliyevin siyasi iradəsinə əsasən sosial müdafiə sistemində rəqəmsallaşma və proaktiv xidmətlər vasitəsilə şəffaf idarəetmə siyasətinin formalaşması kontekstində əldə olunan resurslar dövlət büdcəsinin sosial xərclər seqmentinin artırılmasına önəmli təkan verib. Əsas makroiqtisadi indikatorlardakı artım Azərbaycanda effektiv və mütərəqqi sosial siyasətin qabaqlayıcı olmasını şərtləndirməkdədir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Noyabr 2024 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri