Icma.az
close
up
RU
ƏHALİYƏ MÜJDƏ: Yaxın 5 10 ildə Azərbaycanın bank sektorunda bu yeniliklər olacaq KONKRET

ƏHALİYƏ MÜJDƏ: Yaxın 5 10 ildə Azərbaycanın bank sektorunda bu yeniliklər olacaq KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Son illər Azərbaycanda bank sektoru sürətlə rəqəmsallaşır. Artıq bank xidmətlərindən istifadə üçün fiziki olaraq filiallara getməyə ehtiyac yoxdur. Müştərilər kredit almaqdan tutmuş, kart sifarişi və gündəlik ödənişlərə qədər bütün bank əməliyyatlarını mobil tətbiqlər və veb platformalar vasitəsilə rahatlıqla həyata keçirə bilirlər.”

Bu fikirləri iqtisadçı Kənan Quluzadə KONKRET.az-a açıqlamasında səsləndirib:

Ekspert bildirib ki, bu tendensiyanın davamı olaraq yaxın illərdə Azərbaycanda tam rəqəmsal bankların geniş yayılması gözlənilir.

“Hazırda ABB, Kapital Bank, Paşa Bank, Unibank kimi aparıcı banklar müştərilərinə geniş rəqəmsal xidmətlər təqdim edir. Onların mobil tətbiqləri vasitəsilə hesabların idarə olunması, kredit və depozit məhsullarından faydalanmaq, eləcə də müxtəlif köçürmələri etmək mümkündür.

Bununla yanaşı, “Leobank” kimi yeni nəsil neobankların fəaliyyəti sektorda rəqabəti gücləndirir. Bu cür rəqəmsal banklar yalnız onlayn mühitdə fəaliyyət göstərir və ənənəvi banklarla müqayisədə daha çevik xidmət modeli təklif edirlər”.

İqtisadçı vurğulayır ki, bank xidmətlərinin rəqəmsallaşmasında süni intellekt, blokçeyn, bulud texnologiyaları və mobil innovasiyalar mühüm rol oynayır. Hazırda bəzi banklarda süni intellekt əsasında kredit skorinq sistemləri tətbiq olunur ki, bu da kreditlərin daha obyektiv və sürətli şəkildə verilməsinə imkan yaradır.

“Xüsusilə, gənc nəsil arasında bank xidmətlərinə yanaşma fərqlidir. Fiziki banklara baş çəkmək əvəzinə, əksəriyyət bütün əməliyyatları smartfon vasitəsilə həyata keçirməyə üstünlük verir. Bu dəyişiklik bankların filial siyasətinə də təsir edir. Bir çox bank filialların sayını azaldaraq daha çox rəqəmsal kanallara yatırım etməyə başlayıb. Azərbaycan Mərkəzi Bankı da rəqəmsal bankçılıq prosesinə dəstək göstərir. Normativ hüquqi baza sadələşdirilir, fintek şirkətlər üçün əlverişli mühit yaradılır və rəqəmsal ödəniş infrastrukturunun təkmilləşdirilməsi istiqamətində layihələr həyata keçirilir.”

Mütəxəssisin proqnozlarına görə, növbəti 5–10 ildə Azərbaycanda aşağıdakı yeniliklər reallaşa bilər:

•Yalnız onlayn fəaliyyət göstərən rəqəmsal bankların sayı artacaq;

•Elektron imza və biometrik məlumatlarla tam rəqəmsal bank hesabları açılacaq;

•Kreditlərin verilməsində süni intellekt əsaslı sistemlər geniş istifadə olunacaq;

•Rəqəmsal manat və kriptovalyuta kimi innovasiyalar tətbiq ediləcək;

•Fiziki filialların sayı əhəmiyyətli dərəcədə azalacaq.

Ekspert hesab edir ki, bankçılıqda rəqəmsallaşma artıq seçim deyil, zərurətə çevrilib. Əgər bu sahədə texnoloji infrastruktur və hüquqi baza davamlı şəkildə inkişaf etdirilərsə, yaxın gələcəkdə Azərbaycanda tam rəqəmsal fəaliyyət göstərən banklar reallığa çevrilə bilər.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 İyun 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri