Icma.az
close
up
RU
ƏHALİYƏ ŞOK XƏBƏRDARLIQ: Bu məhsulları qəti almayın, yavaş işləyən zəhərdir...

ƏHALİYƏ ŞOK XƏBƏRDARLIQ: Bu məhsulları qəti almayın, yavaş işləyən zəhərdir...

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün küçələrdə, yol kənarlarında, bazarların girişində, hətta avtovağzallarda belə qarşılaşdığımız mənzərə eynidir: qutuların, torbaların içində, günəşin altında qızmış ət, toyuq, balıq, kolbasa və sosiska məhsulları satılır. İstehlakçıların diqqətini cəlb edən əsas məqam isə qiymətdir. Çünki burada mağazadan ucuz, daha əlçatan qiymətlərlə məhsullar alıcılara təqdim olunur. Ancaq heç kim düşünmür ki, bu ucuzluğun arxasında ölümcül təhlükə gizlənir.

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri Gündəm24.az -a müsahibəsində qida məsələləri üzrə ekspert İlkin Şirinov səsləndirib.

Ekspert vurğulayıb ki, markalanmayan, nəzarətsiz və mənşəyi bilinməyən məhsullar əsl təhlükə mənbəyidir. Pepperoni pizza

"Qida qanunvericiliyinə görə, hər bir ət və ət məhsulunun üzərində istehsal tarixi, son istifadə müddəti, sertifikat nömrəsi, saxlanma qaydası və istehsalçı müəssisənin adı göstərilməlidir. Bu tələblər sadəcə qanuni öhdəlik deyil, həm də insan sağlamlığının qorunmasının əsas təminatıdır. Lakin küçə satıcılarının təqdim etdiyi məhsulların üzərində heç bir markalanma yoxdur. İstehlakçı məhsulun harada, hansı şəraitdə hazırlandığını, nə qədər müddətdir açıq havada saxlandığını bilmir. Çox zaman bu məhsullar xəstə heyvanlardan əldə edilir. Düzgün soyuducu şərait olmadan daşınır və saxlanılır, baytarlıq nəzarətindən keçmir.

Bu məhsulları istifadə edən insan qısa müddətdə zəhərlənmə, uzun müddətdə isə ölümcül xəstəlik riski ilə üz-üzə qalır. Nəticədə Salmonellyoz, Hepatit A, Botulizm, Mədə-bağırsaq infeksiyaları ağır zəhərlənməyə qədər gətirib çıxarır".

Ekspert bildirib ki, əslində, qanun küçə və yol kənarında ət məhsullarının satışını qadağan edir:

"Ancaq real vəziyyət tam fərqlidir. Səbəblərdən biri ucuz məhsula olan tələbat, digəri isə nəzarət mexanizmlərinin zəif işləməsidir. Yoxlamalar yalnız kütləvi zəhərlənmə halları baş verəndə gündəmə gəlir. Ət və ət məhsulları yalnız etibarlı, sertifikatlı mağaza və supermarketlərdən alınmalıdır. Məhsul üzərində istehsal tarixi, saxlanma şərtləri və sertifikat yoxdursa, qəti almayın. Əgər məhsulun dadı, qoxusu və rəngi şübhəlidirsə, onu istifadə etməyin. Küçələrdə satılan ət, toyuq, balıq, kolbasa və sosiska əslində qida deyil, yavaş işləyən zəhərdir. İstənilən an bir ailənin faciəsinə səbəb ola bilər".


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 Avqust 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri