Icma.az
close
up
RU
Əhaliyə xəbərdarlıq: risk siyahısı açıqlandı bizi nələr gözləyir?

Əhaliyə xəbərdarlıq: risk siyahısı açıqlandı bizi nələr gözləyir?

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Ölkəyə payız fəslinin daxil olması səbəbindən intensiv yağışların da yağması gözlənilir. Əvvəlki illərdə normadan artıq yağıntının düşməsi ilə izah edilən bir çox bədbəxt hadisələr baş verdi. Belə ki, yolları, keçidləri su basdı, nəticədə həyatını itirənlər oldu. O cümlədən, təsərrüfatları su basdı, bölgələrdə çayların daşması nəticəsində evlər yararsız hala düşdü, kəndlər boşaldıldı.

Azərbaycan payış-qış sezonuna nə dərəcədə hazırdır? Bu il də paytaxtda eyni halın təkrarlanması mümkündürmü?

Globalinfo.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Allahverdi Mustafayev deyib ki, əslində payız yağıntıları kənd təsərrüfatı sahəsinə müsbət təsir edir:

“Çünki ölkəmizdə böyük taxıl sahələrinin əsas hissəsi dəmyə ərazilərində yerləşir və bu baxımdan yağıntılar xüsusi əhəmiyyət daşıyır. Lakin yağıntı yalnız normal qaydada olduqda səpinlər üçün əlverişli şərait yaradır. Digər tərəfdən intensiv, sürətli və davamlı yağışlar fəsadlara yol açır: sel və daşqınlar yaranır, infrastruktur zərər görür. Məsələ təkcə kənd təsərrüfatı torpaqları ilə məhdudlaşmır. Ziyan dəymiş ərazilərin bir hissəsi bələdiyyələrin, digər hissəsi isə icra strukturlarının məsuliyyətində olan sahələrdir. Əsas problemlərdən biri isə həmin yaşayış məntəqələrində bəndlərin və drenaj sistemlərinin olmamasıdır. Bunun nəticəsində əkin sahələrini su basır. Yəni qarşıda görüləcək işlər çoxdur”.

Ekoloq Cəmşid Bəxtiyar bildirib ki, payız-qış mövsümündə yağıntıların intensivləşməsi həm paytaxtda, həm də bölgələrdə infrastrukturun davamlılığı ilə bağlı ciddi risklər yaradır:

Bakı və iri şəhərlərdə yağış sularının axıdılması üçün kanalizasiya sistemləri tam gücü ilə işləmədiyi üçün qısa müddətli intensiv yağışlar belə yollarda gölməçələr, yaxud daşqın effekti yaradır. Son illərdə müəyyən yeniləmələr olsa da, mövcud sistemin köhnəlməsi, kanalizasiya tutumunun azlığı və məhəllədaxili xətlərin vaxtında təmizlənməməsi riskləri hələ də saxlayır. Bölgələrdə isə çayların məcrasından çıxması və dağlıq ərazilərdə sel təhlükəsi daha çox müşahidə olunur. Bəzi yerlərdə bəndlərin gücləndirilməsi aparılır, amma kompleks və uzunmüddətli tədbirlər tam nəticə verməyib”.

Cəmşid Bəxtiyar

Mütəxəssis qeyd edib ki, ötən illərdə müşahidə olunan su basma halları bu il də baş verə bilər:

“Çünki payızda qısa zaman kəsiyində normadan artıq yağıntı düşəndə mövcud sistem yüklənir. Bölgələrdə, xüsusilə Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara və Kəlbəcər-Laçın istiqamətində çay daşqınları riski qalır. Bəzilərinin qarşısını almaq üçün heç bir üsul mövcud deyil. Məsələn, dolu yağıntılarının kənd təsərrüfatı sahələrinə vurduğu ziyanın qarşısını texniki üsulla tam almaq mümkünsüzdür. Ən yaxşı halda sığorta mexanizmləri və intensiv bağçılıqda qoruyucu torlardan istifadə ziyanı müəyyən qədər azalda bilər.

Həmçinin çox qısa müddətli, intensiv leysanlar və güclü küləklər də bəzən ən müasir sistemləri belə yükləyə, dağıntılara səbəb ola bilər. Şəhər yollarının su basmasının qarşısı kanalizasiya xətlərinin vaxtında təmizlənməsi və tutumunun artırılması ilə azaldılmalıdır. Təsərrüfatların zərər görməməsi üçün müvəqqəti qoruyucu bəndlər qurmaq lazımdır. Çünki Azərbaycan hələ tam təhlükəsiz mövqedə deyil”.

Mövzu ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) də sorğu ünvanladıq. Qurumdan bildirildi ki, FHN yalnız sel, yaxud daşqın kimi hadisələr baş verdikdə məlumatlandırılır və dərhal əraziyə əməkdaşlar ilə texnika göndərilir.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Oktyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see357

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see203

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see190

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see180

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see161

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see158

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see152

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see134

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see131

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri