ƏHD Partiyası hökumətə çağrış edib: “ciddi qərarlar qəbul edilməlidir”
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
ƏHD Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. İdarə Heyəti ictimai-siyasi məsələlərin müzakirəsindən sonra Bəyanat qəbul edib.
ƏHD Partiyası mətbuat xidmətindən Xalqcəbhəsi.az-a verilən məlumata görə, Bəyanatda deyilir:
ƏHD Partiyasının İdarə Heyəti ictimai-siyasi vəziyyəti müzakirə edərək, Baş Prokurorluğu və Dövlət Təhlükəsizlik Xidmətini, böyük ictimai rezonans doğuran Adnan Əhmədzadənin həbsi ilə əlaqədar, ölkənin gözdən salınmasına xidmət edən şayiələrin qarşısının alınması üçün, rəsmi məlumat yaymağa çağırır.
ƏHD partiyası Dərnəgül tikinti materialları bazarının şəhərin kənarına köçürülməsi barədə hökumətin qərarını müdafiə edir, hökuməti o cümlədən cəzaçəkmə müəssiələrinin, Heydər Əliyev adına Neft Emalı Zavodunun özəlləşdirilməklə, həmçinin "Baku Steel Company" QSC-nin şəhərin kənarına köçürülməsi, Sədərək bazarının yenidən yüksək təhlükəsizlik standartlarına cavab verən formada tikilməsi barədə də qərarlar qəbul etməyə çağırır.
ƏHD Partiyası ölkə iqtisadiyyatını canlandırmaq üçün tikinti sektorunda inhisarçılığa və proteksionizmə son qoyulması üçün hökuməti ciddi qərarlar qəbul etməyə, SOCAR, AZAL kimi iri şirkətlər də daxil olmaqla, dövlət müəssiələrini və xidmət sahələrini özəlləşdirməyə çağırır.
Baxış sayı:155
Bu xəbər 22 Sentyabr 2025 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















