Icma.az
close
up
RU
ƏHD Partiyası hökumətə müraciət edib

ƏHD Partiyası hökumətə müraciət edib

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

ƏHD Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən məlumata görə, iclasda ictimai-siyasi məsələlər müzakirə olunub və İdarə Heyəti Bəyanat qəbul edib.
Faşizm üzərində qələbənin 80 illiyinin yaxınlaşmasını müzakirə edən ƏHD Partiyası İdarə Heyəti Bəyan edir ki, Sovet İttifaqına üzv dövlətlərdən biri kimi Azərbaycan SSR faşizm üzərində qələbəyə böyük və əvəzolunmaz töhfə verib. Müharibə başlayanda 3 milyon 340 min əhalisi olan Respublikamızdan müharibəyə 700 minə qədər vətəndaş səfərbər olunub. Onlardan 400 mindən çoxu geri qayıtmayıb.
Müharibədən sonra qonşu Gürcüstan və Ermənistanda əhalinin sayında artım müşahidə olunsa da, Azərbaycanda əhalinin sayı 780 min nəfər azalaraq 2.6 milyon nəfərə düşüb. Müharibədən sonra Sovet İttifaqı üzrə əhalinin sayında 8% azalma qeydə alınsa da, bu rəqəm Azərbaycanda 23.3% olub: “Müharibə dövründə əhalinin sayındakı azalmaya görə, ikinci Respublika olmuşuq. Bizdən sonrakı yerlərdə isə Litva və Ukrayna dayanıb. Müharibə dövründə ordunun yanacağa tələbatının 75%-ni, sürtkü yağlarının 90%-ni Azərbaycan verib. SSRİ-də hasil olunan neftin 70% -i Azərbaycanın hesabına olub. Müharibə dövründə 400 mindən artıq yaralı Azərbaycanda müalicə olunub. Qeyd olunanlar yetərlidir ki, faşizm üzərində qələbə üçün Azərbaycan xalqının nə qədər böyük itkilər verdiyini, qələbədə nə qədər böyük payı olduğunu bir daha vurğulayaq. Müharibədə dünyasını dəyişənlərin xatirəsinə ən böyük ehtiram müstəqil Azərbaycan Respublikasının Bakı şəhərində, Azadlıq meydanında 8 mayda Qələbə paradının keçirilməsi olar.
ƏHD Partiyası keçən ilin sonunda Qroznı üzərində çoxsaylı insan itkisi ilə nəticələnən AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasından sonra Rusiya Federasiyası ilə aramızda yaşanan narazılığa rəğmən, Azərbaycan Respublikası Prezidentinin 9 Mayda Moskvada keçiriləcək Qələbə paradında iştiraka dair dəvəti qəbul etməsini doğru hesab edir.
ƏHD Partiyası Bakıda Qələbə paradının keçirilməsi üçün hökumətə müraciət edir və ümid edir ki, təklif müsbət qarşılanacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 07 Aprel 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see265

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see248

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see241

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see235

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see226

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see225

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see223

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see199

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see195

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see185

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see184

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see181

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see180

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see178

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see176

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see174

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see171

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see169

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see166

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri