Icma.az
close
up
RU
ƏHD Partiyası İdarə Heyəti Vaqif Abışovu təbrik edib

ƏHD Partiyası İdarə Heyəti Vaqif Abışovu təbrik edib

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvləri partiyanın Ali Məclisinin sədri Vaqif Abışovu 70 illik yubileyi münasibətilə təbrik edib.
Təbrikdə deyilir: “Hörmətli Vaqif bəy!
Sizi 70 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, möhkəm cansağlığı və uğurlar arzulayırıq.
Sizin, istər siyasi xadim, istərsə də alim kimi dövlətçiliyə xidmətləriniz əvəzsizdir. Azərbaycanın bütövlük ideyasının həyata keçməsi üçün yorulmadan mübarizə aparmısınız və bu gün də bu ideyanın sadiq daşıyıcılarından olaraq eyni ruh və əzmlə çalışırsınız.
Partiyamızın qurulması və güclənməsində fədakar əməyinizin bizim üçün müstəsna yeri var. Bundan sonra da siyasi və elmi fəaliyyətinizi uğurla davam etdirəcəyinizə inanırıq.
Hörmətli Vaqif bəy!
Sizi bir daha təbrik edir, partiyamızın sıralarında olmağınızdan məmnunluq duyur, bu çətin və şərəfli yolda uğurlarınızın davamlı olmasını arzulayırıq".
Xatırladaq ki, Vaqif Şirin oğlu Abışov 1955-ci il fevralın 27-də İmişli şəhərində anadan olub.
Bakı Dövlət Universitetinin Tarix fakültəsini başa vurduqdan sonra, 1986-1999-cu illərdə Lənkəran şəhər 3 saylı orta məktəbdə, eyni zamanda 1992- 1999-cu illərdə Lənkəran Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.
2000-ci ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Münasibətlər İnstitutunda, 2003-cü ildən isə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda (hal-hazırda Institut A.A.Bakıxanov adına Tarix və Etnologiya Institutu adlanır) elmi işçi, daha sonra isə böyük elmi işçi işləyib.
2007-ci ildə “1917-1918-ci illərdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı soyqırımı siyasəti” adlı dissertasiya mövzusunu müdafiə edərək tarix üzrə fəlsəfə doktoru adını alıb. 2014-cü ildən aparıcı elmi işçi adı, 2018-ci ildə isə “Şimali Azərbaycanda sovet hakimiyyəti qurulmasının tarixşünaslığı” adlı mövzunu müdafiə edərək 2019-cu ildə tarix elmləri doktoru elmi dərəcəsi alıb. 2020-ci ildən baş elmi işçi vəzifəsində çalışır. Tarix elmləri doktorudur.
Ailəlidir, üç övladı var.
Vaqif Abışov 1989-cu ildə yaradılan Azərbaycan Xalq Cəbhəsi (AXC) təşkilatının üzvü olub. 1989-1992-ci illərdə AXC Lənkəran Şöbəsinin (AXC LŞ) İdarə Heyətinin üzvü, iyun 1992 – dekabr 1999-cu illərdə AXC Lənkəran Şöbəsinın (1995-ci ildən AXCP LŞ-nın) eləcə də AXC (AXCP) Zona Əlaqələndirmə Komitəsinin sədri, yanvar-avqust 2000-ci il tarixində AXCP sədri, Milli-Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi vəzifəsində çalışıb.
Daha sonra Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) üzvü olub (2002 mart 2024-cü il). 16 mart 2024-cü ildə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının VII Qurultayında partiyanın adının Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası adlandırılması qərarı qəbul edilib. Hazırda ƏHD Partiyası İdarə Heyətinin üzvü və Ali Məclisinin sədridir.
Vaqif Abışov həmçinin 15 kitab və çoxsaylı elmi məqalələrin müəllifidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 27 Fevral 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see398

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see371

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see351

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see333

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see293

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see286

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see281

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see274

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see252

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see247

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see241

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see240

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see235

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see232

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see224

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see216

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see203

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see196

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri