Icma.az
close
up
RU
Arif Əsədov: “Sabah” Norveçdə ən azı bir xal qazanmağa layiq idi

Arif Əsədov: “Sabah” Norveçdə ən azı bir xal qazanmağa layiq idi

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 5 noyabr, AZƏRTAC

Düşünürəm ki, oyunun əsas dönüş nöqtəsi qırmızı vərəqə və penalti oldu. İlk hissədə komandalar bərabər səviyyədə mübarizə aparırdılar. Bəli, “Vikinq” doğma meydanda oynadığı üçün topa daha çox nəzarət edirdi, ərazi üstünlüyünə malik idi. Amma “Sabah” oyunu elə qurmuşdu ki, topu ələ keçirən kimi sürətli əks-hücumlara keçirdi. Bu taktika da effekt verirdi. Komanda qolunu da məhz əks-hücumdan vurdu. Bundan başqa, bir neçə dəfə rəqibi müdafiədə say üstünlüyü ilə yaxalamaq imkanı yarandı. Lakin “Sabah” həmin epizodlardan yararlana bilmədi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədov “Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində Norveçdə “Vikinq”ə 1:4 hesabı ilə məğlub olduğu oyunu şərh edərkən deyib.

Mütəxəssis bildirib ki, “Vikinq”in üstün cəhətlərindən biri cinahlardan hücumlar qurması olub: “Çünki komandanın hücumda başla yaxşı oynayan iki forvardı var. Qollarından birini də cinahdan edilən ötürmənin ardından vurdular. Ümumilikdə 70-ci dəqiqəyə qədər bərabər oyun gedirdi. Qırmızı vərəqə və penalti isə matçın gedişinə ciddi təsir göstərdi. “Sabah” 1:2 hesabı ilə geriyə düşəndən sonra qol vurmaq üçün irəli atıldı. Nəticədə həm azlıqda qalması, həm də arxada boşluqlar yaranması rəqibə bundan istifadə etmək imkanı verdi. Həqiqətən də ,“Sabah” ən azı bir xal qazanmağa layiq idi. Oyunun ilk 70 dəqiqəsini nəzərə alsaq, komanda oradan xalla qayıda bilərdi. İndi qarşıdakı oyunlara baxmaq lazımdır. Bu cür qarşılaşmalarda fərdi səhvlər də həlledici rol oynayır. Rəqiblər belə səhvləri bağışlamırlar. “Sabah”ın qapısına vurulan qolların iki-üçü məhz fərdi səhvlərdən sonra qeydə alındı”.

Qeyd edək ki, Bakı klubu Çempionlar Liqasında növbəti oyununu noyabrın 25-də Bakıda İspaniya nəhəngi "Barselona"ya qarşı keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2026 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri