Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Əhməd Əhmədzadə kimdir? Fəhləlikdən Hökumət binasına gedən yol

Əhməd Əhmədzadə kimdir? Fəhləlikdən Hökumət binasına gedən yol

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri, hazırda Baş nazirin köməkçisi olan Əhməd Əhmədzadə bu gün “Şərəf” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Lent.az “Bioqrafiya” rubrikasında Əhməd Əhmədzadə barədə məlumat verir.

- Əhməd Əhmədzadə nə vaxt doğulub?

Əhməd Əhmədzadə 1945-ci ildə anadan olub.

- Əhməd Əhmədzadə haralıdır?

Əhməd Əhmədzadə Qax rayonunun Qaxmuğal kəndindəndir.

- Əhməd Əhmədzadə harada təhsil alıb?

Əhməd Əhmədzadə 1961-ci ildə 1 saylı orta məktəbi və 1966-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirərək mühəndis-hidrotexnik ixtisasına yiyələnib. 1976–1978-ci illərdə keçmiş Sov. İKP yanında İctimai Elmlər Akademiyasında ali partiya-siyasi təhsili alıb.

- Əhməd Əhmədzadənin ilk işi hara olub?

Əhməd Əhmədzadə əmək fəaliyyətinə 1961-ci ildə 11 saylı Bakı şəhər Tikinti İdarəsində fəhlə kimi başlayıb, 1966-cı ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda böyük mühəndis, 1967–1975-ci illərdə Qax Suvarma Sistemləri İdarəsində böyük mühəndis, idarənin rəisi vəzifələrində işləyib.

- Əhməd Əhmədzadə nə vaxt sədr olub?

Əhməd Əhmədzadə 1993–2004-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri olub.

- Əhməd Əhmədzadə hansı ildə nazir müavini olub?

Əhməd Əhmədzadə 2004–2006-cı illərdə Kənd Təsərrüfatı Nazirinin birinci müavini olub.

- Əhməd Əhmədzadənin nazirlikdən sonrakı təyinatı hara oldu?

Əhməd Əhmədzadə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru, 2006–2021-ci illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb.

- Əhməd Əhmədzadənin eyni zamanda hansı vəzifələri olub?

Əhməd Əhmədzadə Respublika Dövlət Aqrar İslahatı Komissiyasının üzvü, Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının sədr müavini olub.

- Əhməd Əhmədzadə nə vaxt Hökumət evinə getdi?

Əhməd Əhmədzadə 2021-ci ilin aprel ayında Baş nazir Əli Əsədovun müşaviri təyin olunub. 2024-cü ilin oktyabr ayında baş nazirin köməkçisi vəzifəsinə keçirilib.

- Əhməd Əhmədzadənin siyasi fəaliyyəti olub?

Əhməd Əhmədzadə 1975–1976-cı illərdə Qax Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1978–1980-ci illərdə Abşeron Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980–1988-ci illərdə Azərbaycan Kommunist Partiyası Füzuli Rayon Komitəsinin birinci katibi, 1988–1991-ci illərdə Azərbaycan Kommunist Partiyası Şamxor Rayon Komitəsinin birinci katibi, 1991-ci ildə Azərbaycan Kommunist Partiyası Şəki Şəhər Komitəsinin birinci katibi, Şəki Rayon Xalq Deputatları Sovetinin sədri, 1991–1992-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib. 1981–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib.

- Əhməd Əhmədzadənin hansı təltifləri alıb?

Əhməd Əhmədzadə Azərbaycan Respublikasının orden və medalları, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub.

Respublikanın meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki xidmətlərinə görə 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni, "Əməkdar mühəndis" fəxri adına, 2019-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə "Cümhuriyyət medalı"na və 2020-ci ildə meliorasiya və su təsərrüfatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Əmək" ordeninə layiq görülüb.

2025-ci il yanvarın 7-də Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.

- Əhməd Əhmədzadənin neçə övladı var?

Əhməd Əhmədzadə ailəlidir və üç övladı var.

- Əhməd Əhmədzadənin tanınan qardaşı kimdir?

Əhməd Əhmədzadənin özündən 2 yaş kiçik qardaşı Mübariz Əhmədzadə hazırda Zaqatala rayonu İcra Hakimiyyətinin Başçısıdır.

- Əhməd Əhmədzadə məşhur qohumu kimdir?

Əhməd Əhmədzadə Azərbaycan Respublikası Mərkəzi Bankının sabiq sədri Elman Rüstəmov ilə qudadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:586
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 Yanvar 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see909

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see500

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see356

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see322

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see296

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see292

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see278

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see267

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see266

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see259

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see251

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see248

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see246

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see235

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see230

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see228

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see228

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see206

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see198

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri