Icma.az
close
up
RU
Tahir Budaqov ICAPP ın 13 cü Baş Assambleyasında iştirak etdi FOTOLAR

Tahir Budaqov ICAPP ın 13 cü Baş Assambleyasında iştirak etdi FOTOLAR

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Taleh Həsənzadədən ibarət nümayəndə heyəti 5-6 noyabr tarixlərində Koreya Respublikasının “Mincu” (Demokratik) Partiyası və Xalqın Gücü Partiyasının birgə ev sahibliyi ilə Seul şəhərində keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) 13-cü Baş Assambleyasında (BA) iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, “Dəyişən dünyada etimadın bərpası” mövzusuna həsr olunmuş və 36 ölkədən 83 siyasi partiyanın nümayəndələrinin iştirak etdiyi 13-cü BA-nın açılış mərasimində Koreya Respublikasının Prezidenti Li Ce Myunun tədbir iştirakçılarına videomüraciəti təqdim olunub, “Mincu” (Demokratik) Partiyasının rəhbəri Kim Min-seok, Xalqın Gücü Partiyasının rəhbəri Canq Donq-hyeok, ICAPP Daimi Komitəsinin sədri Çunq Eu-yonq və Milli Assambleyanın sədri Ço Ceonq-sik açılış nitqi ilə çıxış ediblər.

Daha sonra ICAPP-ın baş katibi Oh Sonq tərəfindən təşkilatın 2024–2026-cı illər ərzində fəaliyyətinə dair hesabat təqdim olunub. YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov da daxil olmaqla 5 ölkədən (Azərbaycan, Banqladeş, Çin, Malaziya, Vyetnam) nümayəndələr 13-cü BA-nın Büro sədrinin müavini seçiliblər. Həmçinin, ICAPP Nizamnaməsinə təklif edilən dəyişikliklər müzakirə olunaraq qəbul edilib.

Baş Assambleyanın plenar sessiyalarında siyasi partiyalar arasında dialoqun inkişafı, qarşılıqlı etimadın möhkəmləndirilməsi, dayanıqlı sülh və sabitliyin təşviqi, demokratik idarəetmənin gücləndirilməsi, süni intellektin imkanlarından ümumi rifah naminə istifadə və iqlim dəyişikliyi ilə mübarizə kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Birinci plenar sessiyada çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin regionda sülh və əməkdaşlıq üçün yaratdığı yeni imkanlar, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan quruculuq işləri, idarəetmədə səmərəliliyin artırılması məqsədilə innovasiyaların tətbiqi və süni intellektin imkanlarından istifadə, eləcə də ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə sahəsində ölkəmizin gördüyü işlərdən bəhs edib, YAP-ın təşkilatçılığı ilə 2022-ci ildən etibarən hər il iyunun 15-də Şuşa şəhərində keçirilən beynəlxalq konfransların siyasi dialoq və beynəlxalq partiyalararası əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Noyabrın 6-da BA çərçivəsində keçirilən ICAPP Media Forumunun “Süni intellekt transformasiyası” mövzusunda 8-ci iclasında çıxış edən Milli Məclisinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə müasir informasiya mühitində süni intellektin jurnalistikaya təsiri, dezinformasiyaya qarşı mübarizə və etibarlı informasiya mühitinin qorunmasının əhəmiyyəti, Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi və süni intellektin imkanlarından səmərəli istifadə sahəsində görülən işlərdən bəhs edib.

Bağlanış sessiyasında plenar sessiyaların və ICAPP Media Forumunun 8-ci iclasının nəticələrinə dair hesabatlar təqdim olunub, Seul Bəyanatı qəbul edilib. Yekunda 14-cü Baş Assambleyaya 2028-ci ildə ev sahibliyi edəcək Vyetnam Kommunist Partiyasının nümayəndələrinə təşkilatın bayrağı və sədr çəkicinin təqdim edilməsi mərasimi keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Noyabr 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri