Icma.az
close
up
RU
Əhməd İsmayılov: “Əkinçi” qəzeti milli hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlib

Əhməd İsmayılov: “Əkinçi” qəzeti milli hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlib

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu il eyni zamanda Azərbaycan jurnalistikası üçün mühüm əhəmiyyət kəsb edən, yaddaqalan illərdən hesab olunur. Zəngin və şərəfli inkişaf yolu keçmiş Azərbaycan milli mətbuatı bu il özünün 150 illik yubileyini qeyd edir.

Bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov qurumun təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun açılış mərasimində çıxışı zamanı deyib.

“Fürsətdən istifadə edərək, bu əlamətdar tarixi hadisənin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı imzaladığı tarixi sərəncama və peşəkar jurnalistikanın inkişafına göstərdiyi daimi diqqət və qayğısına görə Prezident İlham Əliyevə ölkəmizin media ictimaiyyəti adından təşəkkürümüzü bildirmək istərdik”, - deyə o bildirib.

İcraçı direktor xatırladıb ki, 1875-ci ildə maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları öz ətrafında birləşdirmiş, elm, maarif, mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc etmiş, xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparmışdır:

“Maarifçilik xüsusiyyətləri ilə seçilən bu qəzet milli mətbuatın müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlmişdir.

Mediamız özünün təməl funksiyalarını yalnız ölkəmiz müstəqillik əldə etdikdən sonra yerinə yetirməyə başlamış və mövcud tarixi şəraitdə müstəqil media təsisatlarının əsası qoyulmuşdur. Bu baxımdan Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda senzuranın ləğv edilməsi plüralizmin genişlənməsinə, jurnalistikanın inkişafına yeni nəfəs vermiş, əlverişli şərait yaratmışdır.

Yeri gəlmişkən vurğulamaq istərdik ki, Azərbaycan milli mətbuatının yubileylərinin ölkə səviyyəsində qeyd edilməsinin əsası ilk dəfə Ulu Öndərin 2000-ci ildə imzaladığı Fərmanla qoyulmuşdur və bu gün də bu ənənə layiqincə davam etdirilməkdədir”.

Ə.İsmayılov bildirib ki, medianın peşəkarlığının artırılması, iqtisadi dayaqlarının gücləndirilməsi Azərbaycan dövlətinin bütün inkişaf mərhələlərində informasiya siyasətinin prioritetləri sırasında olmuşdur.

Bunun bariz nümunəsi kimi Prezident cənab İlham Əliyevin 2021-ci ilin yanvarın 12-də “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin başlanmasını göstərmək olar. Medianın İnkişafı Agentliyinin yaradılması da məhz bu istiqamətdə həyata keçirilən quruculuq prosesinin tərkib hissəsi olmuşdur.

Prezident İlham Əliyev bu ilin yanvarında ölkəmizin televiziya kanallarına müsahibəsində Vətən müharibəsində möhtəşəm qələbəmizin hər bir vətəndaşımızın həyatında dərin iz buraxdığını bildirmiş, qalib ölkənin nümayəndəsi olmağın özlüyündə məsuliyyətli və şərəfli hiss doğurduğunu xüsusi vurğulamışdır. Dövlət başçımızın qeyd etdiyi məsuliyyət və qürur hissi Azərbaycan mediasının gündəlik işində özünü əks etdirən başlıca peşəkarlıq meyarına, həyat amalına çevrilmişdir.

Vətən müharibəsində ölkəmiz haqqında həqiqətləri dünyaya çatdırmaq üçün informasiya cəbhəsinin əsgəri kimi çalışan jurnalistlərimiz hazırda böyük şərəf hissi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda aparılan geniş miqyaslı quruculuq işləri, Böyük Qayıdış prosesi barədə materiallar hazırlayır, eyni zamanda, informasiya mühitimizə kənar müdaxilələrə vaxtında və layiqli cavab verərək dezinformasiya axınının zərərli təsirlərinin azaldılmasında maarifçilik fəaliyyətini davam etdirir.

Öz növbəsində, son illərdə media və kommunikasiya fəaliyyətinin müasir formada təşkil edilməsinin nəticəsidir ki, ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan tərəflərin həqiqi niyyətləri yerli mediada operativ formada ifşa olunur, cəmiyyətdə neqativ xəbər axınına qarşı dayanıqlı təbii müqavimət – informasiya immuniteti gücləndirilir.

Yeri gəlmişkən, həmişə hər bir mətbuat qurumunu, ilk növbədə, obyektiv və qərəzsiz olmağa səsləyən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın vurğuladığı kimi “mətbuat öz xalqının və dövlətinin maraqlarını hər şeydən üstün tutmalıdır və cəmiyyətdə mərhəmət, ədalət prinsiplərini təbliğ etməlidir”, - deyə o qeyd edib./Əhməd

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://pravda.az
archiveBu xəbər 02 May 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng xəstəliyinə qarşı “Troya atı”

15 İyun 2025 23:21see141

Netanyahu: İran nüvə silahını Husilərə ötürmək niyyətində idi

15 İyun 2025 22:02see136

KDÇ: “Çelsi”dən uğurlu start

17 İyun 2025 01:19see130

Tottenhem Bavariya nın forvardını birdəfəlik transfer edib

15 İyun 2025 13:50see128

İsrail İran savaşının 2 cü günü

15 İyun 2025 07:58see125

Makaronda qurğuşun şoku

15 İyun 2025 07:18see124

Qəbələdə QƏTL: Həmkəndlisini öldürdü

16 İyun 2025 06:26see124

Tahir Budaqov: Azərbaycan qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq edir

15 İyun 2025 21:03see121

İsrail İran qarşıdurması yaxın saatlarda bitəcək

16 İyun 2025 12:22see120

Bolqarıstandan olan deputat: Şuşada olmaqdan böyük şərəf duyuram

15 İyun 2025 20:23see119

Ölkəsindən çıxa bilmir! İnter in hücumçusu müharibənin ortasında qaldı FOTO

15 İyun 2025 13:45see119

Fənərbaxça rusiyalı futbolçunu istəyir

15 İyun 2025 22:44see118

“Nitsa”nın forvardı Türkiyə yolunda

15 İyun 2025 23:27see117

İsrail İrandan raket atışlarını qeydə aldı

15 İyun 2025 17:42see117

Bakıda uşaqlıq həvəsi 35 yaşlı kişinin başına iş açdı

15 İyun 2025 18:27see116

Əməliyyatlar daha dağıdıcı olacaq

16 İyun 2025 13:18see115

“Qalatasaray”ın istədiyi qapıçı qərarını verdi

16 İyun 2025 15:40see115

Trabzonspor üzvü evləndi və sosial şəbəkədə bunu etdi

16 İyun 2025 07:02see114

Qarabağın işğaldan azad olunması hüququn, ədalətin və beynəlxalq legitimliyin təcəssümüdür Efkan Ala

15 İyun 2025 12:13see114

Emreli İngiltərə klubundan imtina etdi, bu ölkədə qalmaq istəyir

15 İyun 2025 10:24see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri