Əhməd İsmayılov: “Jurnalistlərimiz dezinformasiyaya qarşı lazımi cavab verirlər”
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
"Məlum olduğu kimi, cəmiyyətdə baş verən proseslər mediadan yan keçmir. Ötən il təşkil etdiyimiz sözügedən forum dövlət qurumları tərəfindən təqdir edildi. Bu gün keçirilən forum vasitəsilə Azərbaycan mediasının müasir tələblərindən və inkişaf tempindən irəli gələn tendensiyalar, habelə cəmiyyətin mediadan gözləntiləri baxımından yeni bir təcrübənin əsası qoyulur".
Turkustan.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov "İctimai proseslər media müstəvisində" forumunda çıxışı zamanı bildirib.
İcraçı direktor qeyd edib ki, forum həm dövlət-media dialoqunun səmərəli təşkilinə, həm də medianın cəmiyyəti ictimai əhəmiyyətli informasiya ilə təminetmə funksiyasının daha effektiv səviyyəyə yüksəldilməsinə hesablanıb.
Əhməd İsmayılov diqqətə çatdırıb ki, bu il Azərbaycan jurnalistikası üçun zəngin bir il hesab olunur.
"Azərbaycan mətbuatının yaranmasının 150 illiyi ilə bağlı cənab Prezidentin imzaladığı Sərəncama, yüksək dəyərə görə media nümayəndələri adından təşəkkür edirik. İnformasiya cəbhəsinin əsgərləri kimi çıxış edən jurnalistlərimiz işğaldan azad edilmiş ərazilərdə maarifləndirici materiallar hazırlayır, dezinformasiyaya lazımi cavab verirlər. Əminik ki, bu forum dövlət-media münasibətlərinə töhfə verəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 02 May 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















