Icma.az
close
up
RU
Rayonlarda yas mərasimlərində ehsan verilməsi qadağan olunub?

Rayonlarda yas mərasimlərində ehsan verilməsi qadağan olunub?

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şamaxı, İsmayıllı, Oğuz, Ağsu rayonlarında yas mərasimlərində ehsan verilməyinə qadağa qoyulduğu iddia olunub.

Bu barədə Oxu.Az-a məlumat verən rayon sakinlərinin sözlərinə görə, kimsə vəfat edəndə ərazi üzrə kənd nümayəndələri yas evinə gəlir və yemək verəcəkləri təqdirdə 5 min manat cərimə olunacaqlarını bildirirlər.

Onlar iddia ediblər ki, hətta yemək verilən yas məclislərində mollaların iştirakına da icazə verilmir.

Məsələ ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlara işin təşkilatçısı Nəsimi Teymurov Oxu.Az-a açıqlamasında bildirib ki, səsləndirilən iddialar həqiqəti əks etdirmir.

"İsmayıllı rayonunun ağsaqqalları, ziyalıları yas mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı icra hakimiyyətinə müraciət ediblər. Onların müraciətləri nəzərə alınaraq rayon sakinlərinə tövsiyələr verilib. Bu tövsiyələr yas mərasimlərinin şəriət qaydalarına uyğun olaraq sadə formada keçirilməsi ilə bağlıdır. Burada əsas məsələ imkanlı və imkansız ailələr arasında fərqin aradan qaldırılması, yas sahibi olan ailənin əlavə maddi yükdən azad edilməsidir. Əhaliyə yas mərasimlərində vahid tərzdə çadır qurulması, yas süfrəsində yalnız çay, xurma, halva verilməsi tövsiyə edilir. Bu tövsiyə dini dəyərlərə uyğun olaraq israfın qarşısını almağa, cəmiyyət arasında sosial həmrəyliyi artırmağa yönəlib və sosial ədalət prinsipi daşıyır. Məqsəd həmrəy olmaq, qarşılıqlı hörməti artırmaq, mənəvi dəyərləri qorumaq, eyni zamanda yas sahibini maddi yükdən azad etməkdir. Yas sahiblərinin çoxunun kənd marketlərinə borcları yaranıb. Bizim bu tövsiyə xarakterli istəyimizi insanlar rəğbətlə qarşılayır, yas mərasimlərini dini dəyərlərə uyğun keçirirlər. Kimsə tövsiyəyə qulaq asmayanda ağsaqqalların, ziyalılar tərəfindən qınanırlar. Onlar vətəndaşlar ilə danışıb, qınayırlar ki, tövsiyələrə niyə riayət olunmur. Yas mərasimlərinin qadağan olunması ilə bağlı hər hansı normativ, hüquqi akt yoxdur. Burada atılan addımlar tövsiyə xarakteri daşıdığı üçün də heç bir cərimədən söz gedə bilməz".

Ağsu Rayon İcra Hakimiyyəti sözügedən iddiaları təkzib edərək qeyd edib ki, icra başçısı tərəfindən belə bir tapşırıq verilməyib.

Oğuz və Şamaxı Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmağa çalışsaq da, zənglərimiz cavabsız qalıb.

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 İyun 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri