Icma.az
close
up
RU
Yas mərasimlərində ehsan qadağası: Dövlət qarışmalıdırmı?

Yas mərasimlərində ehsan qadağası: Dövlət qarışmalıdırmı?

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan cəmiyyətində əsrlər boyu formalaşmış adət-ənənələr insanların həyatının müxtəlif mərhələlərini, o cümlədən matəm mərasimlərini müşayiət etmişdir. Yaş mərasimləri bu adətlərin mühüm bir hissəsini təşkil edir.

Lakin zaman keçdikcə bu mərasimlərdə israfçılığa yol verilməsi həm dini, həm də sosial baxımdan ciddi müzakirələrə səbəb olub. Xüsusilə də, yaş mərasimlərində verilən ehsan yeməklərinin məqsədindən uzaqlaşaraq yükə çevrilməsi ictimaiyyətin diqqətini çəkir, bu sahədə müəyyən qadağa və tənzimləmələrin tətbiqini gündəmə gətirir.

Bakıvaxtı.az xəbər verir ki, artıq bir neçə rayonda yas mərasimində ehsan verilməməsi ilə bağlı əhaliyə tövsiyələr verilib. Bəs yas mərasimində ehsan verilməsi məsələsinə dövlət tərəfindən nəzarət edilə bilərmi?

Ceyhun Məmmədov, deputat

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, artıq bir sıra rayonlarda yas mərasimlərində israfçılığın qarşısının alınması istiqamətində real addımların atılması sevindirici haldır.

C.Məmmədovun sözlərinə görə, insanlar da bu məsələyə münasibət bildirir, ifrat formada yas mərasimlərinin keçirilməsinə öz etirazlarını və reaksiyalarını ortaya qoyurlar.

Deputat burada iki yanaşmanın mövcud olduğunu deyir. Bunlardan birincisi, insanların özlərinin bu prosesə şüurlu şəkildə yanaşmasıdır ki, bu da ən doğru və uzunmüddətli nəticə verə biləcək yoldur:

“Yəni insanlar özləri bu cür israfçılıqdan imtina etməli, bu adəti dəyişmək üçün bir istək göstərməlidirlər”.

Müsahibimiz vurğulayıb ki, ikinci yol inzibati tədbirlərlə bu məsələnin tənzimlənməsidir:

“Lakin bu üsul birmənalı qarşılanmır və əhali tərəfindən müəyyən narazılıqlar yarada bilər. Mən dəfələrlə bu məsələ ilə bağlı fikirlərimi bölüşmüşəm və qeyd etmişəm ki, inzibati müdaxilə insanların həyat tərzinə birbaşa müdaxilə kimi qiymətləndirilə bilər və bu, əks reaksiyalara səbəb ola bilər”.

Deputat hesab edir ki, bu məsələdə inzibatçılıqdansa, maarifləndirməyə üstünlük verilməlidir.

Təbliğat məsələsinin önəmli olduğunu nəzərə çatdıran deputatın fikrincə, geniş və ardıcıl təbliğat aparılmalı, insanlara israfçılığın mənfi tərəfləri izah edilməlidir:

“Ümid edirəm ki, bütün rayonlarımız, bölgələrimiz bu prosesə qoşulacaq və yaxın zamanda bu sahədə ciddi müsbət nəticələr müşahidə edəcəyik”.

Elşad Miri, dinşünas alim

Dinşünas alim Elşad Miri də Bakıvaxtı.az-a açıqlamasında deyib ki, yas mərasimlərinin tənzimlənməsi prosesi dövlət tərəfindən həyata keçirilərsə, insanlarımız bunu qadağa kimi qəbul edərək, bunun üzərinə gedəcəklər.

E.Miri hesab edir ki, bu məsələdə maarifləndirmə işləri düzgün qurularsa, yaslarda ehsan söhbəti öz-özlüyündə həllini tapacaq:

“Əslində yas mərasimlərindəki belə halların yığışdırılması hamının ürəyindən keçən, amma əksəriyyətinin hələ də qurtula bilmədiyi məsələdir”.

Müsahibimiz onu da vurğulayıb ki, yas mərasimində ehsan verilməsi İslama və Qurana aid olan məsələ deyil.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 İyul 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri