Icma.az
close
up
RU
Ehtiyacı olanlara dəstək məqsədilə verilən sədəqələr Ramazan bayramına qədər onlara çatdırılmalıdır

Ehtiyacı olanlara dəstək məqsədilə verilən sədəqələr Ramazan bayramına qədər onlara çatdırılmalıdır

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hər il Ramazan ayında dünyanın dörd bir yanından, müxtəlif mədəniyyətlərdən və fərqli iqtisadi şəraitdə yaşayan milyardlarla müsəlman günəşin doğuşundan gün batımına kimi birlikdə oruc tutur, birlikdə dua edir.Bəs Ramazanı bu qədər xüsusi və müqəddəs ay edən nədir? Müsəlmanlar niyə bu ayda oruc tuturlar?

Qəməri təqviminin doqquzuncu ayı olan Ramazan ayı Şaban ayından sonra və Şəvval ayından əvvəl gəlir. Ramazan sözünün mənşəyilə bağlı müxtəlif fikirlər olsa da, onun “çox isti gün, qum və daşları qızdıran qızmar günəş” mənasını verən “ramad” kökündən alındığı deyilir. Yəni Ramazan "yandırmaq" deməkdir...

Ramazan ayı Qurani-Kərimdə qeyd olunan yeganə aydır və müqəddəs kitabımızın nazil olduğu Ramazan ayında möminlərə oruc tutmaq əmr edilmişdir. Ramazan ayı insanlara doğru yolu göstərən, haqqı batildən ayırmağın və doğru yolu tapmağın izahı ilə Quranın nazil edildiyi aydır. Odur ki, kim aya şahid olarsa, oruc tutmalıdır.

İlahiyyatçı İbrahim Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, müqəddəs Ramazan ayı mərhəmət,məxfirət ayı Ramazan ayını Allah, biz bəndələri üçün bağışlanmaq ayı olaraq qərar verib.

“Ramazan sözünün mənası yandırmaq deməkdir. Bu ayda insan günahlarının kəffarəsini ödəyir. Ramazan ayı bəndənin bağışlanmağına günahlarını yandırmasına səbəbdir. Bu ayda o bəndələr ki, oruc tutur və Allahın əmrini icra edirlər, o insanlar ruhən və mənəvi baxımdan ucalır, eyni zamanda da günahları bağışlanır”-deyə İbrahim Məmmədov qeyd edib.

“Müqəddəs Ramazan ayı təkcə mədənin oruc olması demək deyil, mədə ilə yanaşı insanın digər üzvləri də oruc olmalıdır. Bu da şərtlərdən biridir. Çünki insanın gözü, dili, əli, ayağı və qulağı da oruc olmalıdır ki, Allaha kamil oruc verə biləsən. Bu səbəbdən də insan gözünü naməhrəmlardan, dilini haram ifadələrdən, qulağını pis sözlərdən, qiybətlərdən, əlin haram işlərə uzatmaqdan, ayaqları ilə haram yerlərə addım atmaqdan çəkinməsə və sadəcə mədəsini ac saxlasa bu kamiloruc tutmaq olmayacaq”-deyə ilahiyyatçı bildirib.

“Müqəddəs Ramazan ayının tarixinə baxdığımız zaman görərik ki, bizdən öncəkilərər Ramazan vacib buyurulub. Quran-i Kərimdə Allah bizə buyurur ki, “sizdən öncəki ümmətlərə Müqəddəs Ramazan ayında oruc tutmaq vacib olduğu kimi, siz ümmətə də vacib edilmişdir”. Quran-i Kərimdə buyurulduğu üzrə bizdən öncəki ümmətlərə də oruc tutmaq vacib olub. Tarix boyunca müqəddəs Ramazan ayı mövcud olub və hər ümmət, hər qövm müqəddəs Ramazan ayında orucu həyata keçirmişlər”-deyən ilahiyyatçı qeyd edib ki, Ramazan həm maddi, həm də cismi və ruhi cəhətləri olan bir ibadətdir, həmçinin ehtiyacı olanlara dəstək məqsədilə verilən sədəqələr bayrama qədər ehtiyacı olanlara çatdırılmalıdır.

Oruc tutmaq müsəlmanlara nə vaxt vacib olub?

“İbadət olaraq tutduğumuz oruc səhərdən axşama qədər yemək, içmək və cinsi yaxınlıqdan çəkinmək deməkdir. İslamda orucun başqa növləri də var. Lakin vacib Ramazan orucu hicrətin ikinci ilinin Şaban ayında bütün müsəlmanlara vacib edildi. İlk vacib Ramazan orucu 26 fevral 624-cü ildə tutulub”-deyə İbrahim Məmmədov bildirib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Mart 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri