Icma.az
close
up
RU
Ramazan və xeyriyyəçilik: Ehtiyacı olanlara necə kömək etmək olar?

Ramazan və xeyriyyəçilik: Ehtiyacı olanlara necə kömək etmək olar?

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ramazan ayı Allahın lütf və ehsanları ilə dolu bir aydır. Bu ayın ən əhəmiyyətli təlimatlarından biri də oruc tutmaqla yanaşı, xeyriyyəçilik əməllərinin sayını artırmaqdan ibarətdir. Bəs Ramazan ayında ehtiyacı olanlara necə kömək etmək olar? Xeyriyyəçilik əməllərini hansı formada davam etdirmək lazımdır?

Mövzu ilə bağlı Oxu.Az-a danışan ilahiyyatçı Ağa Hacıbəylinin sözlərinə görə, Ramazan ayı, sadəcə, bir ay deyil, həm də məktəbdir:

"Bu məktəbin özünəməxsus təlimi və təlimatları var. Bu təlimlər insanlara istiqamət verir, doğru-dürüst olmağı öyrədir. Ona görə də Ramazan adı Quranda çəkilən yeganə aydır. Bu baxımdan, bu ayda yalnız gün ərzində oruc tutmaq kimi mühüm ibadətlə kifayətlənməməli, eyni zamanda, bu ayın bizə verdiyi sosial mesajlara da diqqət yetirməliyik. Sosial rifahın yaxşılaşdırılması üçün, xüsusən də savab əldə etmək niyyəti ilə zəngin müsəlmanlar fəqirlərin durumunu daha rahat hiss edə bilirlər. Çünki insan oruc əsnasında aclığın və susuzluğun nə qədər çətin və gərgin olduğunu əməli olaraq daha dərindən hiss edir".

"Bu baxımdan, Ramazan ayı boyunca inanclı insanlar xeyriyyəçilik prinsiplərini daha da genişləndirirlər. Biz buna daha çox fəqir ailələrə yardım edilməsində, onların borclarının bağlanmasında, çətin vəziyyətdə olan insanlara əl tutulmasında daha aydın şahid oluruq. Maddi yardıma ehtiyacı olan insanlara əl tutulması dirçəliş üçün yeni bir başlanğıcdır, "sizi unutmadıq" mesajı ilə onlara verilən dəyərdir. Zəngin adamlar da bu işin fərqinə varırlar ki, Allahın onlara verdiyi sərvət imtahandır və bölüşmək lazımdır. "Ali İmran" surəsindəki "Sevdiyiniz şeylərdən Allah yolunda sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah xərclədiyiniz hər bir şeyi biləndir!" ayəsi də göstərir ki, ehtiyacı olan insanlara Allah rizası üçün yardım etməliyik. Bu, həm də böyük bir həmrəylikdir, sosial həyatın təyinatı baxımından əhəmiyyətlidir. Hər halda, sədəqədən tutmuş digər xeyir əməllərə qədər xeyriyyəçiliyin çox böyük tərəfləri var", -deyə ilahiyyatçı fikrini yekunlaşdırıb.

Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müəllimi, Hacı Cavad məscidinin imamı İbrahim Quliyev də Oxu.Az-a açıqlamasında deyib ki, Ramazanda müsəlmanlar arasında sədəqə böyük əhəmiyyət kəsb edir, çünki bu, insanı uca Allaha yaxınlaşdıran ən mühüm savab əməllərdəndir:

"Xüsusi olaraq vurğulayaq ki, yaxşı əməllərin çoxaldığı, rəhmət və məğfirət qapılarının açıldığı bu mübarək ayda sədəqə verməyin savabı qat-qat çoxdur. Müsəlmanlar arasında sədəqənin əhəmiyyəti Qurani-Kərimə, hədislərə və islam böyüklərinin kəlamlarına əsaslanır. Qurani-Kərimin "Hədid" surəsinin 18-ci ayəsində belə buyurulur: "Şübhəsiz ki, sədəqə verən kişi və qadınlar, Allah yolunda gözəl borc verənlər üçün əməllərinin savabı qat-qat artırılacaqdır. Onları həm də çox qiymətli bir mükafat gözləyir!" Hədislərdə də Ramazan ayında verilən sədəqənin bir neçə cəhətdən çox fəzilətli olduğu vurğulanır. Bu mövzuda İmam Cəfər Sadiqin belə buyurduğu rəvayət olunur: "Ramazan ayında verilən sədəqə onun fəzilətini yetmişqat artırır". Bu baxımdan, Ramazanda verilən sədəqə şəxsin günahlarını silir".

"Ramazanın əlamətdar hadisələrindən biri də yoxsulları sevindirməkdir. Rəhmət və ictimai həmrəyliyin yayılmasında təsirli olduğuna görə müsəlmanlar Ramazan ayında sədəqə verməyə çağırılır və bu, uca Allahın "Onlar onu sevərək yoxsula, yetimə və əsirə yemək verirlər" ("İnsan" surəsi, 8-ci ayə) sözlərinə uyğundur. Ramazanda verilən sədəqənin savabı da ikiqat artır. Hədislərdə qeyd olunur ki, Ramazan ayında sədəqənin savabı digər aylardan daha çoxdur, çünki həmin müqəddəs günlərdə xeyirxah əməllərin mükafatı ikiqat artır. Həzrət Əli isə belə buyurub: "Sədəqə ilə ruzi qazanın". Peyğəmbər əfəndimizin əsasını qoyduğu bu nəcib və xeyirxah ənənə onun əhli-beyti və səhabələri tərəfindən də ləyaqətlə davam etdirilib. Peyğəmbərimizin ailəsi və səhabələr Ramazan ayında, xüsusilə iftar zamanı çoxlu sədəqə verirdilər, çünki oruc tutanlara xurma və ya bir içki ilə də olsa, iftar etmək savabdır", - deyə imam vurğulayıb.

Aİİ-nin müəllimi əlavə edib ki, yaxşı olar ki, kasıblara və yoxsullara pul və ya yemək şəklində sədəqə paylansın:

"Oruc tutanlara iftar süfrəsi açmaq müstəhəb əməllərdəndir. Həmçinin yetimlərə və dul qadınlara yardım göstərmək də savab əməldir. Sədəqənin dairəsini daha da genişləndirsək, cəmiyyətə xidmət göstərən xeyriyyə layihələrinə və bu qəbil institutlara dəstək olmaq müstəhəb hərəkətdir. Ramazan ayında tövsiyə olunan ən yaxşı sədəqə növləri qeyd etdiklərimiz ola bilər: məktəb və məscid tikmək, su quyusu qazmaq və ya su çəkdirmək, insan mənəviyyatına xidmət edən kitabların çapını təşkil etmək, uzunmüddətli perspektivdə insanlara fayda verən layihələri maliyyələşdirmək. Qeyd edim ki, digər bu kimi xeyirxah və nəcib işlər sədəqənin daha mükəmməl formasıdır ki, onun bəxş edəcəyi töhfədən geniş toplum yararlana bilər. Ramazanda müsəlmanlar üçün sədəqə, sadəcə, könüllü olaraq həyata keçirilən sadə bir əməl deyil. Bu, eyni zamanda, ikiqat savab, günahların bağışlanması üçün bir fürsət olduğu güclü şəkildə təşviq olunan fəzilətli ibadətdir".

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Mart 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri