Icma.az
close
up
RU
Ehtiyacı olanlara kömək...

Ehtiyacı olanlara kömək...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Ümumdünya Humanitar Yardım Günüdür!

Bu günün keçirilməsində məqsəd yardıma ehtiyacı olanların əlindən tutan, bu yolda hətta canlarını fəda etməyə hazır olan humanitar işçilərin anılmasıdır. Hər il bu tarixdə fərqli mövzularda çağırışlar başladılır və  gün xüsusi olaraq qeyd edilir.

Ümumdünya Humanitar Yardım Günü ilk dəfə 19 avqust 2009-cu ildə qeyd edilib. Qeyd olunmasının əsas qəhrəmanı isə BMT-nin humanitar qurumunun əməkdaşı, braziliyalı Serjiu Vieyra di Mellu idi. Braziliya vətəndaşı olan Serjiu Vieyra di Mellu Birləşmiş Millətlər Təşkilatında ömrünün 30 ildən çox hissəsini silahlı qarşıdurmanın səssiz qurbanlarını ortaya çıxarmaq, onların iztirablarını azaltmaq və diqqətlərini özlərinə cəlb etmək kimi çətin humanitar vəziyyətlərə xidmət edilməsinə həsr etmişdi. 19 avqust 2003-cü ildə Bağdadda 21 həmkarı ilə birlikdə ölümü dünya miqyasında silahlı qarşıdurma qurbanlarını düşüncə tərzi, fəlsəfəsi, dinamizmi və cəsarəti ilə hamıya ilham verən və gələcək nəsillərin təqlid etməsi üçün sonsuz bir miras olaraq qalmış görkəmli bir humanitar liderdən məhrum etdi.

Bu hadisədən 4 il sonra - 2006-cı ildə Vieyra di Mellu ailəsi dostları ilə birlikdə Serjiu adına fond yaratdı. “Sergio Vieira de Mello Foundation” adlandırılan fond bütün hökumətlər, Birləşmiş Millətlər Təşkilatı, ?eynəlxalq ?əşkilatlar və ?eyri-?ökumət ?əşkilatları ilə sıx əməkdaşlıq edərək hər il Dünya Humanitar Yardım Gününü anlamlı şəkildə qeyd etməyi qarşısına məqsəd qoyub.

Humanitar Yardım Günü hər il fərqli mövzular ətrafında müzakirələr aparılır, la?i?ələr hazırlanır. Məsələn, 2010-cu ildə “Biz Humanitar İşçilərik”, 2011-ci il “İnsanlara ?ömək edən insanlar”, 2012-ci il “Mən buradaydım”, 2013-cü ildə, hadisənin 10 illiyində BMT və tərəfdaşları “Dünyanın daha çox ehtiyacı var ...” adlı layihə başladılmışdı.

Ümumdünya Humanitar Yardım İşçiləri hazırda çox çətin şəraitdə işləyirlər. 2017-ci ildə aparılan statistikaya görə, son 20 il ərzində 4132 yardım işçisi terror qurbanı olub. Təkcə 2016-cı ildə 91 nəfər öldürülüb, 88 nəfər yaralanıb. Belə hadisələr daha çox Suriya, Əfqanıstan, Cənubi Sudan, Konqo və Somali kimi ölkələrdə baş verir.

Yardım işçilərinə qarşı törədilən hər bir cinayət, vəhşilik acınacaqlı və dözülməzdir. Bu kimi cinayət aktlarını normallaşdırmaq olmaz. Yardım işçilərinin hüquqlarının qorunmaması ən sonda yardıma ehtiyacı olan insanlara qarşı da ədalətsizlik deməkdir.

1988-ci il  Spitak zəlzələsini xatırladaq. Ermənistanın şimalında 7 bal gücündə dağıdıcı zəlzələ baş vermişdi. Episentri Spitak şəhəri olan zəlzələ zamanı 25 mindən artıq adam həlak olmuş, 170 min nəfər isə xəsarət almışdı. Zəlzələdən sonra ilk olaraq Ermənistana Azərbaycan yardım əlini uzatmışdı. Onda azərbaycanlı briqada yüzlərlə yaralı ermənini dağıntılar altından xilas etdi.  Dekabrın 11-də isə Azərbaycandan Spitaka yardım məqsədi ilə 78 nəfər könüllüdən ibarət ikinci qrup yığıldı. Lakin könüllüləri Spitaka aparan “İL-76” təyyarəsi Ermənistan ərazisində vurulmuşdu...

Azərbaycan həmişə humanitar yardımlara qoşulan ölkələr sırasındadır. Hələ XX əsrin əvvəllərində, Pakistan ərazisi o vaxtlar Britaniya müstəmləkəsi olduğu dövrdə bölgədə yayılmış pandemiyada  insanlar ağır xəstəlikdən kütləvi şəkildə həyatlarını itirirdilər. Belə çətin zamanda Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti hesabına 300 min ampula peyvənd alaraq indiki Pakistan ərazisinə göndərib və pandemiyanın qarşısını almaqda mühüm rol oynayıb.

Yaxın keçmişə nəzər saldıqca bu xronologiya daha da böyüyür: Azərbaycan COVID-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları yardım göstərib. Vaksinlərin bərabər və ədalətli şəkildə əlçatan olmasını müdafiə edən ilk ölkələrdən biri olan Azərbaycan bu mövzuda nəcib təşəbbüslər irəli sürüb.

2023-cü il fevralın 6-da qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ Azərbaycan xalqı tərəfindən dərin kədərlə qarşılandı. Hadisədən dərhal sonra Azərbaycan hökuməti və xalqı qardaş ölkəyə yardım etmək üçün həmrəylik nümayiş etdirdi. Prezident İlham Əliyevin xüsusi göstərişi ilə bölgəyə xilasetmə dəstələri, tibbi personallar, 5 min tondan çox humanitar yardım göndərildi.

Azərbaycan qlobal miqyasda humanizm və həmrəyliyin bariz nümunəsini göstərməkdə davam edir. Ölkəmiz yardım əlini yalnız regiona deyil, həmçinin Afrika və Latın Amerikası ölkələrinə də uzadıb. Ən çətin anlarda ehtiyac içində olanların yanında dayanmaq prinsipini əsas tutan Azərbaycan, hətta 2014-cü ildə güclü leysan yağışlarının zərər vurduğu Serbiya, Bosniya və Herseqovinaya humanitar yardımlar göndərmişdi. Ukraynada isə müharibənin təsirlərini azaltmaq məqsədilə göstərilən yardımlar diqqət mərkəzindədir. Son bir ildə bu ölkəyə edilən humanitar, bərpa və yenidənqurma yardımlarının ümumi məbləği 70 milyon manata (40 milyon ABŞ dollarından artıq) çatıb. 2024-cü ildə Azərbaycanın yardımları daha geniş coğrafiyanı əhatə edib. Çili, Kolumbiya, Kuba, Qrenada, Sent Vinsent və Qrenadin, Antiqua və Barbuda, Vyetnam, Yəmən, İordaniya, Əlcəzair, Argentina, Braziliya, Albaniya, Zimbabve, Tacikistan, Qambiya və Uqanda bu dəstəyin faydasını görən ölkələr arasında olub.

Azərbaycan, həmçinin beynəlxalq əməkdaşlığa töhfələrini davam etdirir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondu, İnsan Hüquqları üzrə Ali Komissarlıq, Beynəlxalq Qızıl Xaç Komitəsi, ICESCO və İƏT kimi qurumlara maliyyə dəstəyi ayrılıb. COP29-a sədrliyi çərçivəsində isə İEOÖ və SIDS ölkələrinə diqqət artırılıb. Antiqua və Barbudada keçirilən SIDS üzrə Beynəlxalq Konfrans və Malavidə iqlim dəyişmələri mövzusunda strateji iclaslar üçün də maliyyə dəstəyi təmin edilib.

Yeganə Bayramova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Avqust 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri