Icma.az
close
up
RU
Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır

Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Cinayətlər iki cür baş verir: ehtiyatsızlıqdan və bilərəkdən. Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır. Rusiyanın təyyarə qəzasında  məsuliyyət daşıdığı halda məsələni uzatması prosesin daha da çirkinləşməsinə səbəb olur. Ona görə də Rusiya tərəfi bu qədər uzatmağına gərək görmədən, rəsmi şəkildə üzr istəyib, təzminat ödəməlidir. Üstəlik, hadisədə günahkar olan şəxslərlə bağlı cinayət işi açılmalı idi”.

Bunu Moderator.az-a açıqlamasında hərbi ekspert Səxavət Məmməd deyib.

Hərbi ekspert xatırladıb ki, Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə Rusiya ərazisinə keçib, Qazaxıstana məcburi eniş üçün yönlənib və yerə çırpılıb:

 “Təyyarənin bu trayektoriyası onu deməyə əsas verir ki, Rusiya ərazisində ciddi problemlər baş verib. Hadisəyə əsasən təhlil edilərək görünür ki, Rusiya tərəfi məsuliyyəti üzərinə götürüb üzr istəməli idi. Hadisə ilə bağlı  Azərbaycan ictimaiyyətinin narazılğına baxmayaraq Rusiya məsuliyyəti öz üzərinə götürmür, hətta məsələyə münasibət bildirməkdən imtina edir. Məsələn, Naxçıvanda vurulan Rusiya təyyarəsində həlak olan rus pilotlara görə  Azərbaycan tərəfi dərhal üzr istəmiş və təzminat məsələsini həll etmişdi. Oxşar şəkildə, Türkiyə Rusiya təyyarəsini vurduqdan sonra diplomatik kanallarla müsbət addımlar atmışdır. Hətta Iran Ukrayna təyyarəsini bilməyərəkdən vurduqdan sonra başlanğıcda sözündən yayınsa da, daha sonra üzr istəyərək problemi yumşaq yolla həll etmiştir. Bu kimi hadisələrə dünya praktikasında rast gəlinir. Hər zaman hava hücumundan müdafiə sistemləri mülki təyyarələr üçün potensial təhlükə yarada bilər. Təəssüf ki, bu cür qəzalar nə ilk, nə  son olmayacaq. Amma Rusiya tərəfi bu hadisəni görməzdən gəlir və bu məsələnin üzərinə heç yaxın gəlmək istəmir”.

Eskpert hesab edir ki, təyyarənin bilərəkdən vurulması inandırıcı gəlmir:

“Ən zəif hava hücumundan müdafiə sistemləri belə bir mülki təyyarəni vurarsa, o təyyarənin yerə düşmək şansı ,heç  havada dövr etmək şansı ola bilməz, dərhal təyyarə  parçalanıb yerə tökülər. Çox güman ki, təyyarə qəzası Çeçenistan üzərində dronlara müdaxilə zamanı baş verib. Təyyarədə nasazlıq yaranıb və bu da faciəyə səbəb olub. Bundan əlavə, bölgədə radioelektron mübarizə vasitələri daim işlək vəziyyətdədir. Hətta o qədər SAHM-lərin (sistemlərin) sayı çoxdur ki, orada ciddi radiasiyalar da var. Lakin hava məkanında dronların olmasına baxmayaraq Rusiya tərəfi xəbərdarlıq etmədi. Digər bir məsələ ondan ibarətdir ki, təhlükənin olduğuna dair informasiya ümumiyyətlə AZAL-a gəlibmi, gəlməyibmi? Bu sualların hamısının cavabını tapmaq lazımdır. Təyyarənin düşməsi ilə bağlı bəzi səs yazılar yayıldı və bəzi  fikirlər səsləndirildi. Məlum oldu ki, təyyarə Qroznıya enə bilməyəcək. Bu halda yaxınlıqdakı digər aeroportlara eniş üçün icazə verilməməsi də çox ciddi sual işarəsidir. Belə bir vəziyyətdə niyə belə bir alternativ nəzərdə tutulmayıb? Bu sualın cavabı hələ də açıqlanmayıb. İndiki mərhələdə Azərbaycan ictimaiyyətinin bu məsələyə mövqeyi doğru və düzgün yanaşmadır. Təyyarə qəzası Azərbaycan-Rusiya münasibətləri baxımından iki ölkə arasında gərginliyə gətirib çıxara bilər”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Dekabr 2024 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri