Ehtiyatsızlıqdan ərini öldürən qadına məhkəmə hansı cəzanı verdi?
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Həyat yoldaşını ehtiyatsızlıqdan öldürməkdə təqsirləndirilən Raidə Mahmudovanın məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Raidə Mahmudova cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xəzər rayonunda baş verib. Mübahisə zamanı Raidə Mahmudova Hacı Mahmudovun baş nahiyəsinə küt alətlə zərbələr endirib və çarpayıdan yerə itələyib. Nəticədə Hacı Mahmudov ölüb.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Elgün Həsənli

Ehtiyatsızlıqdan ərini öldürən qadına məhkəmə hansı cəzanı verdi?
08 Oktyabr 2025 13:17
Naxçıvanda ehtiyatsızlıqdan özünü öldürən polis nəfərinin
28 İyul 2025 19:31
Bakıda ərini çarpayıdan yıxıb öldürən qadına hökm oxundu
08 Oktyabr 2025 12:22
Məhkəmə ərini öldürən qadınla bağlı qərar çıxardı
21 İyul 2025 13:18
Məhkəmə Şuşada paqon yoldaşlarını öldürən polisə bu cəzanı VERDİ
07 İyul 2025 17:42

