Ehtiyatsızlıqdan adam öldürən gənc tutuldu
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Yanvarın 12-də Şəki rayonu ərazisində Sətdar Nəbiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Axar.az-a prokurorluqdan məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı 2000-ci il təvəllüdlü Hüseyn İsmayılovun yanvarın 10-da Sətdar Nəbiyevi sifət nahiyəsindən əli ilə vurması nəticəsində sonuncunun yerə yıxılması və almış olduğu xəsarətlərdən 2 gün sonra xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Hüseyn İsmayılov iş üzrə şübhəli şəxs qismində tutulub.
Bu mövzuda digər xəbərlər:Naxçıvanda ehtiyatsızlıqdan özünü öldürən polis nəfərinin
28 İyul 2025 19:31
Ehtiyatsızlıqdan ərini öldürən qadına məhkəmə hansı cəzanı verdi?
08 Oktyabr 2025 13:17
Ehtiyatsızlıqdan övladını öldürən ananı hansı cəza gözləyir? AÇIQLAMA
11 Mart 2026 19:02
Qadını daşla öldürən gənc tutuldu
18 Dekabr 2024 12:06
Baxış sayı:118
Bu xəbər 12 Yanvar 2026 21:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















