Icma.az
close
up
RU
Ehtiyatsızlıqdan övladını öldürən ananı hansı cəza gözləyir? AÇIQLAMA

Ehtiyatsızlıqdan övladını öldürən ananı hansı cəza gözləyir? AÇIQLAMA

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Cəlilabadda 2011-ci il təvəllüdlü Mirkamal Abdulhüseynli evdə bıçaqla ət doğranarkən ehtiyatsızlıq nəticəsində aldığı xəsarətdən ölüb; araşdırmalar göstərir ki, hadisə zamanı anası Səliqə Abdulhüseynova onu itələyib və bıçaq xəsarəti almasına səbəb olub. Polis və prokurorluq faktla bağlı araşdırma aparır, qadın saxlanılıb.
Məsələ ilə bağlı vəkil Emil Aslanov Demokrat.az-a bildirib ki, Maddə 124 Azərbaycan Respublikasının Cinayət Məcəlləsində ehtiyatsızlıqdan adam öldürmə halları ilə bağlı tənzimləmələri özündə əks etdirir:

"Bu maddəyə əsasən, əgər bir şəxs ehtiyatsızlıq nəticəsində başqasının ölümünə səbəb olarsa, onun hüquqi məsuliyyəti müəyyən edilmiş cəzalarla bağlıdır. 124.1-ci bənd ehtiyatsızlıq nəticəsində bir nəfərin ölümünə səbəb olan şəxsləri əhatə edir. Belə hallarda şəxs ya iki ilədək müddətə islah işlərinə, ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılmasına, ya da üç ilədək müddətə azadlıqdan məhrum edilməyə məhkum oluna bilər. Bu, hüquq sistemi tərəfindən ehtiyatsızlıqla törədilən ölüm hallarının cəzalandırılmasının bir formasıdır".
Vəkil deyib ki, 124.2-ci bənd isə daha ciddi halları nəzərdə tutur.
"Əgər ehtiyatsızlıq nəticəsində iki və ya daha çox insanın ölümü baş verərsə, məsuliyyət artır və şəxs iki ildən altı ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Bu, çoxsaylı ölümlərə səbəb olan ehtiyatsız hərəkətlərin ağır cinayət hesab olunmasının göstəricisidir. Bu maddənin məqsədi ehtiyatsızlıq nəticəsində baş verən ölüm hadisələrini hüquqi cəhətdən tənzimləmək, həm şəxsiyyətin hüquqlarını qorumaq, həm də cəmiyyət üçün təhlükəsizliyi təmin etməkdir. Hüquq sistemi bu hallarda məsuliyyətin dərəcəsini ölüm hallarının sayına və ehtiyatsızlığın nəticələrinə görə müəyyən edir"- deyə o bildirib. 
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Mart 2026 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri