“Əjdaha alovu” effekti və ya nişastanın yanma xüsusiyyəti
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 7 sentyabr, AZƏRTAC
Kimyanı kitab səhifələrindən laboratoriya mühitinə gətirən təcrübələr şagirdlər üçün həm öyrədici, həm də maraqlı olur.
161 nömrəli tam orta məktəbin kimya müəllimi Əmraslanlı Təranə AZƏRTAC-a müsahibəsi zamanı maddələrin yanma xüsusiyyətlərini əyani şəkildə göstərmək məqsədilə maraqlı təcrübə nümayiş etdirib. Təcrübə zamanı nişastanın oksigenlə təması nəticəsində yanma prosesi sürətlənib və böyük alov effekti yaranıb. Alovun forması vizual olaraq “əjdaha alovu” effektini xatırladıb. Təcrübə şagirdlərin yanma prosesinin mahiyyətini daha yaxşı anlamalarına, maddələrin oksigenlə qarşılıqlı təsirini müşahidə etmələrinə və nəzəri biliklərini praktik şəkildə möhkəmləndirmələrinə imkan verib.
Müəllim qeyd edib ki, bu cür təcrübələr kimya fənninin daha maraqlı və yaddaqalan şəkildə öyrənilməsinə, şagirdlərdə araşdırma və müşahidə bacarıqlarının formalaşmasına kömək edir.
Müxbir - Tünzalə Arazlı
Fotoqraf - Tofiq Babayev
Videooperator - Ələkbər Baxşiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 07 Sentyabr 2026 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















