Icma.az
close
up
RU
Azərbaycan Ermənistan sərhədindəki “əjdaha” FOTOLAR

Azərbaycan Ermənistan sərhədindəki “əjdaha” FOTOLAR

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Ermənilər Qərbi Azərbaycanda tarixi Kür-Araz mədəniyyətinə aid heykəl və abidələrin fotosunu sosial mediada yayaraq, özlərinin guya qədim xalq olmasını sübuta yetirməyə cəhd edirlər. Ermənilərin “vişap” adı ilə təqdim etdikləri digər abidələr əsas etibarilə öküz, at və qoç heykəlləridir. Bu isə regionda türk etnosunun mövcudluğunun izlərini gizlətmək, qədim məzar daşlarını erməniləşdirmək məqsədilə edilən saxtakarlıq cəhdidir.

Xüsusilə üzərində əjdaha motivləri olan daşları “vişap” (ermənicə əjdaha deməkdir) adlı ilə təqdim etmələri gülüncdür. Həmin abidələr süni şəkildə erməniləşdirilib, xristianlaşdırılıb və onlara yeni ornamentlər, yazılar əlavə olunub. Onlara bu barədə çoxsaylı iradlar edilib. Lakin qədim Şərq mədəniyyətləri və sivilizasiyaları üzrə mütəxəssis (Urartu, Nubiya və Skifiya), sovet arxeoloqu və şərqşünası, akademik Boris Piotrovsky buranı tədqiq edəndən sonra öz hesabatında yazır:

“Açıq şəkildə görünür ki, Əjdaha yurdunda (Qərbi Azərbaycanda yaylaq adı) tapılmış vişaplardakı xaç və erməni əlifba işarələri sonrakı dövrlərə aiddir”.

Qədim Azərbaycanda əjdaha gecə və qaranlığı simvolizə edən ayı udmaqla günəşin qalib gəlməsini və xeyirin şər üzərindəki zəfərini ifadə edir. Əjdaha Türk-İslam əlyazmalarında bütün dövrlər üzrə çox rastlanan motivlərdəndir. İki əjdaha göy üzünü ifadə edir. İki əjdahanın başqa mifoloji, təxəyyül məhsulu olan motivlərlə birlikdə işlənən kompozisiyaları da az deyil.

Xalçalarımızda əjdaha motivinə geniş yer verilməsi əbəs yerə olmayıb, çünki uzaq keçmişdə türkdilli xalqların həyatı, məişəti, folkloru, mifologiyasında görkəmli yer tutub. Təsadüfi deyil ki, Qarabağ kimi görkəmli xalça məntəqəsində toxunan “Vərni” adlı xalılarda sayı 16, 20, 24-ə çatan böyük həcmli əjdaha rəsmlərinə də təsadüf edilir. Əjdaha təsvirləri təkcə xalçalara yaraşıq vermir, eyni zamanda qoruma, müdafiə funksiyası daşıyır. Ən yaxın zamanlara qədər çadırda və ya evdə asılan əjdaha təsvirli “Vərni” xalçasının insanı şər qüvvələrdən qoruduğuna, onlara xoşbəxtlik və ruzi gətirdiyinə inanılırdı.

Əjdaha motivi Türk-İslam fəlsəfi fikir tarixində mühüm bir yerə malik olub. Türklərdə əjdər (əjdaha) – ilan ilə timsaha yaxın cins-dən olan bir heyvanın fərqli heyvanlarla birləşməsindən meydana gəlmiş məxluq şəklində canlandırılır.

Bu abidlər əsasən, İrəvan şəhərindən 40 km aralı olan Alagöz dağının ətəyində yerləşir. Bu, türk dilində olması etibarilə “ala” və “kəz” (gəz) hissələrindən ibarətdir. Adın birinci komponenti olan “ala” sözü türk dillərində geniş (böyük) mənasındadır və bu söz məsələn, Alazan (əsli Alaözən) – Geniş çay çayının adında da var. “Göz” sözü (əslində gəz) Cənubi Qafqazda bir sıra dağ adlarında əksini tapmışdı.

Hələ 70-ci illərdə Naxçıvanın Batabat ərazisində tarix elmləri doktoru Əli Vəliyev tərəfindən e .ə. I minilliyə aid olan, yuxarıda haqqında danışdığımız unikal “vişap” arxeoloji abidəsi və ya “Daş balıq” heykəli tapılıb. Naxçıvanda Gəmiqaya ərazisində təsadüf olunmuş “vişap”ların Türk mifologiyasına aid olmasını da arxeoloqlar N. Uruşadze, P.S. Uvarova, İ.A.Okladnikovanın və digərlərinin də əsərlərində öz təsdiqini tapıb. Qeyd etmək lazımdır ki, “vişap”lara ən çox Naxçıvan ərazisində və Şərqi Anadoluda rast gəlinir.

Naxçıvanda qədim Fərhad evi deyilən yerin yaxınlığından ermənilər 1970-ci ildə bu ərazidən “vişap”lar oğurlayaraq aparıblar. Qərbi Azərbaycanda Əjdaha yurdu, Basarkeçər rayonunun (indiki Vardenis) Zod kəndində Əjdaha qayası, Sədərək ərazində Əjdaha dağı və mağarası və s. adlanan yerlər buna misaldır.

Buna görə mütləq Azərbaycan və Ermənistan arasında sülh imzalanacaqsa, qədim mədəniyyət nümunələrinin erməniləşdirilməsinin qarşısının alınması barədə də maddə orda olmalıdır.

Prof.dr. Zaur Əliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Avqust 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see384

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see319

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see251

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see242

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see242

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see227

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see214

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see210

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see209

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see200

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see199

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see199

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see195

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see194

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see192

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see188

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see188

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see181

Saniyənin katrilyonda birində şarj olan batareya hazırlandı

14 Sentyabr 2026 05:33see180

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

14 Sentyabr 2026 13:34see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri