Icma.az
close
up
RU
Əjdaha kimi məğlubedilməz...

Əjdaha kimi məğlubedilməz...

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bəzən mənə elə gəlir ki, o, həzrət Musanın məşhur əsasıdır, bu dəfə əjdahaya yox, insana çevrilib…
Əslində elə əjdaha kimi mübariz, əzmli, məğlubedilməzdir. Allah onu yaranışından fərqli yaradıb. Təsəvvür edin ki, on milyon əhalisi olan bir məmləkətdə ürəyi sağda, qaraciyəri solda olan çox az adamlardan biridir. Üstəlik mədəsi, dalaq və böyürəkləri yüz səksən dərəcə bucaq altında ənənəvi yerindən kənara çıxmış vəziyyətdədir. Xarakterinə gəldikdə isə mülayim, davranışında mədəni, təmkinli, eyni zamanda çox dinamikdir. Daim hərəkətdə olmağı xoşlayır. İdeyaları o qədər çoxdur ki, hər birini həyata keçirə bilsəydi, ölkədə ən məşhurlardan biri olardı. Yazıb yaratmaq təşnəsi onu heç vaxt rahat buraxmır, gözəl qələmi var. İstedadı çoxşaxəlidir, amma bu xəzinəni kəşf edib, layihələrini həyata keçirməsində ona yardım etmək istəyən adam yoxdur. Kaş həzrət Musa sağ olaydı...
Deyir ki,- “Əgər Allah mənə yazmaq qabiliyyəti veribsə, artıq bu, uğurdur. Sənədli film sahəsində peşəkaramsa, bu da bir uğurdur. Qaldı rəsmi göstəricilərə: Lider televiziyasında ərsəyə gətirdiyim filmlərə görə, “Zərdabi” mükafatı almışam. 2002-ci ildə Nizami Gəncəvi ili ilə bağlı Sumqayıt Dövlət Dram Teatrında dövlət sifarişi ilə şairin fikir konsepti əsasında "Xəzinə" adlı iki hissəli pritçam hazırlanıb və bu günə kimi tamaşaçıları cəlb edir. Zəfər bayramını tərənnüm edən "Missiya" qəhrəmanlıq dramım da uğurlu səhnə taleyi yaşayıb. Hər ay repertuar planına salınır. Hər iki tamaşanın rejissoru teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmovdur. Gəncə Dövlət Kukla Teatrında isə əməkdar artist Fərmayıl Paşayevin traktovkasında, Zulfiyyə Əliyevanın ifasında "Dərdlərimin çamadanı" monotamaşam hazırlanıb və yüksək səviyyədə qarşılanıb. Türkiyədə də Azərbaycan tetrında səhnələşdirilən işlərim bəyənilib. Bunu hələlik sirr kimi saxlamağa üstünlük verirəm. Və bir də təmiz adımı qoruyub saxlamışamsa, bunu da bir uğur hesab edirəm...”
Haqqında söhbət açdığım Hafiz Eynullayev bir vaxtlar Nəzərli, İmamnəzərli imzaları ilə tanınsa da, bu gün Ataxanlı təxəllüsü ilə çalışır. “Moskva göz yaşlarına inanmır” filmindəki çilingər Qoşa kimi… 1966-ci il, aprelin 22-də Yardımlı rayonu, Ostair kəndində dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra Bakıya üz tutub. Mədəniyyət və İncəsənət Unuversitetini bitirərək, kütləvi tamaşalar rejissoru ixtisasına yiyələnib. 1985-1987-ci illərdə Latviyada hərbi xidmətdə olub. Hərbi xidmət vaxtı “Çasovoy Rodina” və “Za Rodina” qəzetlərində yazıları ilə çıxış edib. Hərbi jurnalistikada təhsil almaq təklifi alsa da, o, bundan imtina edib...
Tələbəlik illərindən AzTv-də süjetlər hazırlayıb. 1991-ci ildə “Azərbaycanfilm” kinostudiyasında direktorun köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. Sonradan AzTv-nin “Gənclık” baş redaksiyasında, “Telefilm” yaradıcılıq birliyində redaktor, “Xəbər” xidmətində xüsusi müxbir, Sumqayıt Dövlət Dram Teatrında ədəbi işlər üzrə rəhbər, “Dünya” televiziyasında baş redaktor, “Dolab- İnterkinovideo” şirkətində baş direktor, “Lider” televiziyasında, “Azərbaycan” sənədli filmlər departamentində redaktor, baş redaktor, “İctimai Televiziya”da redaktor, “Spase” televiziyasında redaktor, “AzTv- Mədəniyyət” kanalında baş redaktor müavini vəzifələrində çalışıb. Hazırda “Dövlət Film Fondu”-nda işləyir. Eyni zamanda “Yaddaş”, “Salnamə” studiyalarında, “Butafilm” şirkətində, ADA Universitetində, DSX-da və bir çox özəl studiyalarda çəkilən filmlərin ssenari müəllifi, rejissoru, prodüseri olub. 1999-cu ildən AYB nin üzvüdür. “Yardımlı Xeyriyyə Cəmiyyəti”-nin maddi dəstəyi ilə “Başsağlığı və doğum haqqında şəhadətnamə” adlı hekayə və povestlərdən ibarət kitabı çıxıb. “Mir Cəlal dünyası" kitabını rus dilindən tərcümə edib. Ona yaxın kitabın redaktorudur, İki pyesi Sumqayıt Dövlət Dram Teatrında, bir monotamaşası Gəncə Dövlət Kukla Teatrında hazırlanıb...
“Ədəbiyyata, qələmə vicdanla xidmət etmək mənim həyat kredomdur. Tvlərdə işlədiyim vaxtlardan üzü bəri gənclərin doğru yola istiqamətlənməsinə, püxtələşməsinə hər zaman yardımçı olmuşam. Müəllim olmasam da belə, yetişmiş tələbələrim çoxdur və onların uğuru ilə qürur duyuram. Hesab edirəm ki, milli- mənəvi dəyərlərə sadiq qalmaq, milli mədəniyyəti peşəkar formada təbliğ etmək, sözün müqəddəsliyini qorumaq xidmətdir…”- söyləyir.
Arzuları çoxdur. Onların həyata keçməsi üçün hər gün qıldığı namazda Allaha dua edir. Ən böyük arzusu isə “Azərbaycanın Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülməkdir. Amma dilinə gətirmir, təvazökarlıq edir. Düşünür ki, qismətdən artıq yemək olmaz. Allahın onun üçün yazdığı ssenari nədirsə o cür də olacaq...
Deyir ki,- “59 yaşım var, istənilən gənclə kreativ düşüncəyə görə mərcə girə bilərəm. Axı kreativ düşüncə arzular bolluğu yaradır. Azərbaycan kinosunu “Oskar”lı görmək istəyirəm. Təbii ki, birinci növbədə müasir milli kino sənayemizin konsepsiyası olmalıdır. Əlimərdan bəy Topçubaşov haqqında ADA Universitetinin sifarişi ilə sənədli film çəkmişəm. Amma bədii filmlik materiallar və ideyalar qalıb qışqırır. Zəfər günü ilə bağlı “Payızın 44 anı” bədii filmi barədə düşünürəm. Gəncə üsyanı və Difailərlə bağlı bədii filmlərin ssenarisini yazmaq təşnəsi də məni rahat qoymur. “Mən səndən ayrılmazdım” adlı bədii filmin tretmenti hazırdır. Türkiyə ilə müştərək olmalıdır. İki qardaşdan böyüyünü Türkiyədən Mustafa Uzunlar, kiçik qardaşı Azərbaycandan Əbdülqəni Əliyevin oynaması nəzərdə tutulub. Amma təəssüf ki bu hələ bir arzu olaraq qalır. Bir də teatrlarımızda yeni bir sistemin qurulmasını arzulaylram. Teatrda menecment- prodüser sistemi qurulmalıdır. Baş prodüser olmalıdır Ədəbi hissə müdirlərinə əsər seçimi üçün sərbəstlik verilməlidir. Azərbaycanda tez-tez beynəlxalq festivallar keçirilməlidir. Amma obyektivlik birinci meyar olmalıdır. Münsifin tələbəsi və ya özəl teatr studiyası müsabiqəyə iş təqdim edibsə, o münsufdən hansı ədalətli rəy gözləmək olar? İllah da bizdə, yəni formalizm xatirinə yox, teatrın inkişafı naminə atılmalıdır bütün addımlar…”
Gənclərə tövsiyəsi isə ağsaqqalyanədir:- “Özünüzdən müştəbeh olmayın, sadə olun, amma bu, o demək deyil ki, statusunuzu, öz qədrinizi bilməyəsiniz. Mənəm-mənəm deməyin, çünki Yunus Əmrə yazırdı ki,- “Ana bətnindən gəldik bazara, kəfən alaraq dönək məzara”. Kəfən bazarlığında hansı yekəxanalığdan danışmaq mümkündür? Rəhmətlik Vaqif İbrahimoğlu demişkən, amma və lakin həm də imkan verməyin ki, nadanlar at oynatsınlar…”
Qəribə hobbisi var- özü xüsusi üsulla dəmlədiyi çaydan içib, araşdırma filmlərə baxır. Həyatda ən çox qorxduğu hadisə isə məntiqsiz adamla mübahisə etməkdir...
“Birdən elə məqamlar olur ki, uşaqlıq illərinə qayıtmaq istəyirəm. Kəndin bütün küçələri, bağ, bostan, örüş, orman, meşə, dağlar gəlir gözlərimin önünə. Yay günündə eyvanda kilimin üstündə ağzıüstə uzanıb poçtalyon İbarətin gətirdiyi qəzetləri oxuyarkən, kənardakı səsləri sanki yenidən eşidirəm. Belə kövrək məqamda Sabir Rüstəmxanlının Yardımlı ilə bağlı şeirlərini oxuyub toxtayıram…”- söyləyir.
Bəli, haqqında sevə-sevə söhbət etdiyim Hafiz Ataxanlı Allahın möcüzələrindən biridir. Möcüzə təkcə onun orqanizmindəki fərqlilikdə deyil, bütövlükdə varlığındadır...
Aprelin 22-si Hafiz Ataxanlının doğum günüdür, 59 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram...
Elman Eldaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 21 Aprel 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xanbala Əhmədli vəfat edib

05 İyul 2026 13:24see303

Almaniyada yeni rəy sorğusu AfD nin retinqinin artmaqda olduğunu göstərir

06 İyul 2026 04:44see256

Üçü DÇ də 21 qol vurub

06 İyul 2026 03:37see255

“Başakşehir” “Roma”dan Eldor Şomurodovun transfer hüquqlarını alıb

05 İyul 2026 07:42see224

Aysunun Hade rəqsi gündəm oldu (Video)

05 İyul 2026 13:57see207

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see200

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see198

Antibiotiklər hər qızdırmada lazımdırmı?

05 İyul 2026 08:41see186

The Times: Gizli batalyon Moskvaya müntəzəm olaraq zərbələr endirir...

05 İyul 2026 20:27see183

Tramp Baloqonun diskvalifikasiyasının ləğvini İnfantinodan xahiş edib

06 İyul 2026 02:47see182

DÇ 26: Braziliya Norveçə qarşı YENİLƏNİR

05 İyul 2026 17:44see171

Naməlum şəxslər Yəmən sularında gəmiyə hücum ediblər UKMTO

05 İyul 2026 14:12see168

DÇ 2026: İngiltərə Meksika matçı ildırım səbəbindən təxirə salındı

06 İyul 2026 03:33see163

Oynayıram ya yox, millidə hər zaman vacib rolum olacaq Kriştiano Ronaldo

05 İyul 2026 23:00see162

“Nokia” süni intellekt funksiyasına malik düyməli telefonlar buraxıb

05 İyul 2026 17:29see161

Usman Nurməhəmmədov Mahaçevin şanslarını dəyərləndirdi

05 İyul 2026 17:24see157

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see154

Ronaldu yenə sərt danışdı: “O günü özüm seçəcəyəm”

05 İyul 2026 23:00see152

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see151

Ukraynanın bu əks hücumları strateji fəlakət idi Vens

05 İyul 2026 23:23see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri