Icma.az
close
up
RU
Əjdər Ol və Rəşad Dağlının əfv olunması ilə bağlı komissiya üzvündən AÇIQLAMA

Əjdər Ol və Rəşad Dağlının əfv olunması ilə bağlı komissiya üzvündən AÇIQLAMA

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. Komissiyanın ilk iclasında 100-dən artıq müraciətə baxılıb.
Əfv olunmaq üçün müraciət edənlərin arasında bəzi tanınmış simaların, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Əjdər Olun və meyxanaçı Rəşad Dağlının da adının olduğu iddia edilir.
Əjdər Ol və Rəşad Dağlı da əfv üçün müraciət edib?
Məsələ ilə bağlı Əjdər Olun vəkili Teymur Baloğlanlı ilə əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında bu barədə danışmaq istəmədiyini bildirib.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Respublikasnın Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev isə qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən əfv sərəncamlarının imzalanması humanizm prinsiplərinə əsaslanır və bu qərarlar adətən əlamətdar tarixlərdə və ya xüsusi hadisələrlə əlaqədar qəbul edilir:
“Komissiyanın ilk iclasında 100-dən artıq müraciətə baxıldı və müvafiq qərarlar qəbul edildi. Əfv Komissiyasının vəzifəsi məhkumların özləri, yaxınları və vəkilləri tərəfindən edilən müraciətlərə, eləcə də deputatların, QHT-lərin, Ombudsmanın və vətəndaş cəmiyyətinin digər üzləri tərəfindən qaldırılan vəsadətlərə baxmaqdır. Yüzlərlə ərizə daxil olur. Hər bir ərizə diqqətlə araşdırılır və müvafiq qərarların verilməsi üçün rəylər hazırlanır. Bu ilk iclasımız idi. Amma bu iclaslar davam edəcək”.  
Bəs, 2025-ci ildə növbəti növbəti əfv sərəncamı gözlənilirmi?
Nüsahibimiz bildirib ki, bu il “Konstitusiya və Suverenlik İli” elan olunub:
“Düşünürəm ki, bu əlamətdar hadisələrlə bağlı 2025-ci ildə Əfv Sərəncamı ola bilər. Ancaq bu nə vaxt olacaq? Bu suala cavab vermək çətindir. Çünki bu məsələ cənab Prezidentin səlahiyyətlərindədir. Hələlik iclaslarımız davam edir. Keçirilən iclasların, verilən rəylərin nəticəsində daha sonra qərar veriləcək”.
 

“Komissiyaya tanınmış simalardan da müraciətlər daxil olubmu?” sualımıza cavab olaraq Əliməmməd Nuriyev qeyd edib ki, müraciət edənlərın adının açıqlanması etik baxımdan doğru deyil və komissiya üzvlərinin buna ixtiyarı yoxdur.


Qeyd edək ki, 1995-ci ildən bu günə qədər Azərbaycanda 70 əfv sərəncamı olub. Bu əfv sərəncamlarından 33-ü Ümummilli lider Heydər Əliyev, 37-si isə Prezident İlham Əliyev tərəfindən imzalanıb. Bu əfv sərəncamları bütövlükdə 10 mindən artıq məhkuma şamil edilib.
Xatırladaq ki, Əjdər Ol Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib. O, 2022-ci ilin aprelində 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2022-ci ilin iyulunda isə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 8 il 3 aya endirilib.
Rəşad Dağlı isə 2023-cü ilin iyulunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) və 228.4-cü (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinərək, 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Fevral 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri