Icma.az
close
up
RU
“Nikosayağı”nın əfv olunması ilə bağlı komissiya üzvündən AÇIQLAMA

“Nikosayağı”nın əfv olunması ilə bağlı komissiya üzvündən AÇIQLAMA

Icma.az, News24 portalına istinadən məlumat verir.

Azərbaycanda may ayında əfv sərəncamının imzalanması gözlənilir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilir. Ötən iclaslarda Komissiya 400-dən artıq müraciətə baxıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə əfv olunmaq üçün müraciət edənlərin arasında bir çox tanınmış simalar- sabiq məmurlar, sabiq icra başçıları, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Əjdər Ol və meyxanaçı Rəşad Dağlı, “Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirli də var.

Bəs bu iddialar nə qədər həqiqətə uyğundur?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib ki, hansısa fenomenin əfv siyahısına düşməsi ilə bağlı məlumata malik deyil:

“Bu məsələ  Azərbaycan Respublikasının Prezidentinin konstitusion səlahiyyətinə aid bir məsələdir. Kimlərin əfv ediləcəyini yalnız cənab Prezident müəyyən edir. Çünki son qərar Dövlət Başçısına mənsubdur. Əgər kimsə desə ki, filankəs əfv olunacaq, bu kökündən yanlış bir yanaşmadır. Cənab Prezidentin Əfv Sərəncamı çıxandan sonra bilmək olacaq ki, kimlər əfv olunub”.

Müsahibimiz əlavə edib ki, bu günə qədər Komissiya 400-dən artıq müraciətə baxılıb və müvafiq qərarlar qəbul edilib:

“Əfv Komissiyasının vəzifəsi məhkumların özləri, yaxınları və vəkilləri tərəfindən edilən müraciətlərə, eləcə də deputatların, QHT-lərin, Ombudsmanın və vətəndaş cəmiyyətinin digər üzləri tərəfindən qaldırılan vəsadətlərə baxmaqdır. Yüzlərlə ərizə daxil olur. Hər bir ərizə diqqətlə araşdırılır və müvafiq qərarların verilməsi üçün rəylər hazırlanır”.

Qeyd edək ki, 1995-ci ildən bu günə qədər Azərbaycanda 70 əfv sərəncamı olub. Bu əfv sərəncamlarından 33-ü Ümummilli lider Heydər Əliyev, 37-si isə Prezident İlham Əliyev tərəfindən imzalanıb. Bu əfv sərəncamları bütövlükdə 10 mindən artıq məhkuma şamil edilib.

Xatırladaq ki, Əjdər Ol Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib.

O, 2022-ci ilin aprelində 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2022-ci ilin iyulunda isə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 8 il 3 aya endirilib.

Nicat Şakirli isə ötən ilin martında 5 il müddətinə azadlıqdan məhrum edilib. Belə ki, 2023-cü ilin avqustunda N.Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 Aprel 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri