Əkinçilik Elmi Tədqiqat İnstitutu ilə bağlı tədbir görüldü
Abşeron Rayon Məhkəməsində Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutuna yazılan inzibati protokola baxılıb.
Pravda.az-ın xəbərinə görə, hakim Şəfəq Məmmədovanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, şirkət cərimələnib.
Xatırlatma: Protokol Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü (Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
Xəyal Quliyev