“Ekolizinq”də 99% lik pay əl dəyişdirib
Marja.az saytına istinadən Icma.az xəbər verir.
“Ekolizinq” MMC-nin sahiblik strukturunda ciddi dəyişiklik baş verib.
Marja.az xəbər verir ki, şirkətin 2025-ci ilin sonuna olan hesabatında “Ekolizinq”in 100 min manatlıq nizamnamə kapitalının 100%-nin Elnur Qənimət oğlu Rəsulova məxsus olduğu göstərilirdi.

Lakin “Ekolizinq”in 30 iyun 2026-cı il tarixinə olan hesabatından görünür ki, şirkətin nizamnamə kapitalının 99%-i artıq Elçin Saday oğlu Quliyevə məxsusdur. Elnur Rəsulovun şirkətdəki payı isə 100%-dən 1%-ə düşüb.
Beləliklə, 2025-ci ilin sonu ilə 30 iyun 2026-cı il arasında “Ekolizinq”in 99%-lik payının sahibi dəyişib və şirkət üzərində faktiki nəzarət Elçin Quliyevə keçib.
Diqqətçəkən məqam ondan ibarətdir ki, Elçin Quliyev eyni zamanda “Bank Respublika” ASC-nin iri səhmdarlarından biridir. Onun bankın nizamnamə kapitalındakı payı 18,46% təşkil edir.
Beləliklə, Elçin Quliyev hazırda həm “Bank Respublika”nın əhəmiyyətli səhmdarlarından biri, həm də “Ekolizinq” MMC-nin 99%-lik pay sahibi kimi çıxış edir.
Təqdim olunan hesabat məlumatlarında “Ekolizinq”də 99%-lik payın hansı tarixdə və hansı məbləğ qarşılığında Elçin Quliyevə keçdiyi barədə məlumat göstərilmir.
Baxış sayı:118
Bu xəbər 26 Avqust 2026 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















