Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Əl əli yudu, əl də qayıtdı...

Əl əli yudu, əl də qayıtdı...

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


Etibar CƏBRAYILOĞLU
Əvəz Əvəzov (Əməkdar artist İzaməddin Bağırov) məhəllə ilə gedərkən birdən saatın neçə olduğunu öyrənmək istəyir. Qarşısına çıxan adamdan soruşur. Bu saf, həyatda “yox” deməyi bacarmayan, hər kəsə yaxşılıq etməyə çalışan Əvəz Əvəzov nə bilsin ki, onun faciəsi burdan başlayacaq. Axı ətrafda, cəmiyyətdə təmənnalı, hər fürsətdən öz karı üçün yararlanan, “əl əli yuyar, əl də qayıdıb üzü” prinsipini həyat devizinə çevirən o qədər adamlar var ki...
Diqqət səhnəyə!
“Zəncir” hekayəsi Xalq yazıçısı Anarın məşhur əsərlərindən sayılan “Molla Nəsrəddin-66” silsiləsinə aid əsərlərdəndir. Müəllifin bu hekayəsi əsasında qələmə aldığı “Qaravəlli” müxtəlif illərdə fərqli quruluşlarda ayrı-ayrı teatrlarda tamaşaya qoyulub.

Sumqayıt Dövlət Dram Teatrı aktuallığını bu gün də qoruyub saxlayan məşhur əsərə müraciət edib. Tamaşaya gənc və istedadlı rejissor Abdulla Elşadlı quruluş verib. Rejissor səhnə əsərini sosial şarj kimi müəyyənləşdirib. Pərdə açılan andan qaravəlliyə, meydan oyunlarına uyğun tamaşa təqdim edilir. Səhnədəki aktyorlar zaldakıların gözləri önündə qiyafələrini dəyişərək bir neçə fərqli obrazda tamaşaçı ilə ünsiyyətə girir, karnaval və klounada elementlərindən istifadə edirlər. Gənc aktyorlar Kamran Muradlı (Yaxşı kişi) və Şəmistan Süleymanlı (Pis kişi) tamaşaçıları səhnədə baş verəcək hadisələrə hazırlayırlar. Hər iki istedadlı aktyor bu işin öhdəsindən gəlməyi bacarır, final səhnəsində qədər tamaşanın ritmini qoruyurlar.
“Qaravəlli”nin əsas yükü Əvəz Əvəzov obrazının üzərinə düşür. Səhnədəki bütün hadisələr onun iştirakı ilə baş verir. Əməkdar artist İzaməddin Bağırovun təqdimatındakı Əvəz Əvəzov öz saflığının, xeyirxahlığının qurbanına çevrilir. Qohumluğu, mehribanlığı da saxta olan, hər şeydə təmənna güdən Əhməd Əhmədovla, ona tapşırılan vəzifəni bacarmayan, işini-gücünü buraxıb qafiyə axtaran, əsl qrafoman Sadıq Sadıqovla (Habil Xanlarov), özünü fiziki qüsurlu kimi göstərib fırıldaqla məşğul olan Məmməd Məmmədovla (Kamran Muradlı), sənətdən uzaq, özü kimi istedadsızları başına toplayıb tamaşa hazırlayan rejissor Abbas Abbasovla (Elay Xasıyev) görüşlər Əvəz Əvəzovu sonda mənəvi cəhətdən məhv edir. İzaməddin Bağırov bu obrazın daxili aləmini, yaşantılarını tamaşaçıya çatdıra bilir.

Sumqayıt teatrının səhnəsində daha çox dramatik rolları ilə diqqət çəkən Habil Xanlarov bu tamaşada yaratdığı Əhməd Əhmədov, Sadıq Sadıqov, Kamal Kamalov komik obrazları fərqli və təbii təqdim edir.
Yeri gəlmişkən, gənc rejissor “Qaravəlli”ni maraqlı aktyor heyəti ilə ərsəyə gətirib. Tamaşanın maraqlı alınmasında Elmir Mehdiyevin (Vəli Vəliyev, Otello), İlham Səfərlinin (Kazım Kazımov), İlahə Səfərovanın (Rəhimə Rəhimova, Dezdamona), Aynur Hümmətovanın (Əzizə Əzizova, Gülab Gülabova), Ramazan Xanlarovla Etibar Cəbiyevin (şəhər sakinləri) öz payı var.
“Öyrədərək öyrənirəm”
“Qaravəlli” tamaşası Mədəniyyət Nazirliyinin “Öyrədərək öyrənirəm” layihəsi çərçivəsində hazırlanıb. Quruluşçu rejissor Abdulla Elşadlı artıq bu layihə çərçivəsində müxtəlif teatrlarda tamaşa hazırlayıb. Dövlət Akademik Rus Dram Teatrının aktyoru Abdulla Elşadlı “Qaravəlli”yə verdiyi maraqlı quruluşla həm də istedadlı rejissor olduğunu növbəti dəfə isbatlaya bildi. Gənc istedada inandıqlarına, şərait yaratdıqlarına görə Mədəniyyət Nazirliyinə və Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyinə təşəkkür etmək yerinə düşər.

Tamaşadakı dekorasiyalar- uçuq-sökük divarlar cəmiyyətdəki mənəvi aşınmanı simvolizə edir. Bu baxımdan quruluşçu rəssam Nizami Dadaşovun işi diqqət çəkir. Elay Xasıyevin musiqi tərtibatçısı kimi də işi qeyd olunmalıdır. Tamaşanın rejissoru Rəvan Hüseynzadədir. Ritmika Ramazan Xanlarova məxsusdur. Musiqiləri ilə “Dərviş” qrupu ifa edib.
Çox istərdik ki, Sumqayıt Dövlət Dram Teatrında uğurla ərsəyə gətirilən “Qaravəlli” yeni teatr mövsümündə həm Bakıdakı, həm də ölkənin müxtəlif şəhərlərindəki tələbkar tamaşaçılar qarşısında oynanılsın.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://reyting.az
archiveBu xəbər 07 İyul 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see543

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see532

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see528

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see473

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see447

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see431

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see352

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see340

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see324

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see319

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see311

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see306

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see294

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see293

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see292

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see292

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see292

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see278

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri