Ekologiya postu nda Təmiz hava aylığı ilə bağlı tədbir keçirildi Cərimələnənlər var FOTO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Oktyabrın 20-dən etibarən respublika ərazisində həyata keçirilən “Təmiz hava” aylığı çərçivəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən birgə nəzarət tədbirləri davam etdirilir.
Avtosfer.az xəbər verir ki, bu məqsədlə Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin stasionar postunda növbəti tədbir keçirilib. Tədbir zamanı nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb, havanın çirklənməsinin qarşısının alınması istiqamətində profilaktik tədbirlər görülüb.
Eyni zamanda, sürücülərlə, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərlə maarifləndirici söhbətlər aparılıb. Onlara nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə və insanların sağlamlığına mənfi təsirləribarədə məlumat verilib.
Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edərək nəqliyyat vasitələrinin texniki sazlığını daim nəzarətdə saxlamağa, atmosferin çirklənməsinə yol verməməyə və sağlam ekoloji mühitin qorunmasına töhfə verməyə çağırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 23 Oktyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















