Icma.az
close
up
RU
“Ekoloji kimya və ətraf mühitin mühafizəsinin müasir problemləri” elmi konfrans AZƏRTAC

“Ekoloji kimya və ətraf mühitin mühafizəsinin müasir problemləri” elmi konfrans AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 27 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) 105 və Ekoloji kimya kafedrasının 20 illik yubileylərinə həsr olunmuş “Ekoloji kimya və ətraf mühitin mühafizəsinin müasir problemləri” mövzusunda respublika elmi konfransı işə başlayıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, açılış mərasimində çıxış edən rektor Elçin Babayev Azərbaycanın qlobal iqlim böhranı ilə mübarizə və yaşıl iqtisadiyyata keçid məsələlərində fəal mövqe tutmasından danışıb. Rektor COP29-da qəbul edilən qərarların ölkəmizin böyük uğuru olduğunu vurğulayıb.

E.Babayev diqqətə çatdırıb ki, son illərdə BDU-da ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri ilə mübarizə istiqamətində elmi-tədqiqat işləri genişlənir, ekoloji maarifləndirmə və ekoloji məsuliyyətin artırılması üçün layihələr həyata keçirilir. Universitet ekoloji problemlərin həlli üzrə elmi-pedaqoji kadr potensialını və infrastrukturunu daim inkişaf etdirir. Ətraf mühitin mühafizəsi əleyhinə törədilmiş qeyri-qanuni əməllərin araşdırılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması məqsədilə bu il Azərbaycan Respublikasının Baş Prokurorluğu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə BDU-nun nəzdində ECOLEAD Klinikası yaradılıb. Habelə BDU-nun “Ekoməkan”ı innovativ metodlarla yaşıl enerji və yaşıl qida istehsalı yollarının tələbələrə öyrədilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Rektor qeyd edib ki, 20 illiyi qeyd edilən Ekoloji kimya kafedrasında korroziyaya davamlı yeni üzvi birləşmələrin sintezi, tullantı sularının təmizlənməsinin yeni üsulları, bir sıra ağır metal ionlarının miqdarının təyini və qatılaşdırılaraq ayrılmasını təmin edən yeni metodikaların işlənib- hazırlanması üzrə geniş tədqiqat işləri aparılır.

Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı çıxışında konfransa 30-dan çox təşkilatdan 206 elmi məqalə daxil olduğunu, onlardan 178-nin dərc ediləcəyini bildirib.

Daha sonra Ekoloji kimya kafedrasının müdiri professor Sevinc Hacıyeva kafedranın tarixi, tədris və elmi fəaliyyəti, beynəlxalq əlaqələrindən bəhs edib. O bildirib ki, Azərbaycanda ekoloji kimyanın təməlini akademik Rəfiqə xanım Əliyeva qoyub. Ekoloji kimya kafedrası 2004-cü ildə Kimya fakültəsinin nəzdində akademik Rəfiqə Əliyevanın təşəbbüsü ilə yaradılıb. 2011-ci ildən Ekologiya və torpaqşünaslıq fakültəsinin yaradılması ilə həmin fakültənin nəzdində fəaliyyət göstərməyə başlayıb. Kafedra Azərbaycan və dünyanın müxtəlif ölkələri üçün peşəkar kadrlar hazırlayıb, 26 nəfər fəlsəfə doktoru, 7 nəfər elmlər doktoru elmi dərəcəsi qazanıb. Fəaliyyəti dövründə kafedra əməkdaşları 23 patent alıb, 7 qrant layihəsinin qalibi olublar. Bildirilib ki, hazırda kafedra əməkdaşları əsasən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur regionlarında ətraf mühitin vəziyyətinin ekoloji, kimyəvi tədqiqi üzərində çalışırlar.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İradə Hüseynova, Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev, Radiasiya Problemləri İnstitutunun baş direktoru professor İslam Mustafayev, akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov çıxışlarında Ekoloji kimya kafedrasının yubileyini təbrik edib, ölkəmizdə ekologiyanın qorunması, ekoloji savadlılıq, yaşıl təhsil istiqamətində mühüm fəaliyyətində uğurlar arzulayıblar.

Konfrans işini 9 bölmə iclasında bu gün və sabah davam etdirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Noyabr 2024 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri