Icma.az
close
up
RU
“Monomerlər və neft kimyasının müasir problemləri” beynəlxalq elmi konfrans AZƏRTAC

“Monomerlər və neft kimyasının müasir problemləri” beynəlxalq elmi konfrans AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 20 dekabr, AZƏRTAC

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Elm və Təhsil Nazirliyinin akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun birgə təşkilatçılığı ilə akademik Soltan Mehdiyevin anadan olmasının 110 illik yubileyinə həsr edilmiş “Monomerlər və neft kimyasının müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransın keçirilməsində əsas məqsəd görkəmli alimin elmin inkişafındakı rolunun bir daha işıqlandırılması, bu sahədə son nailiyyətlərin müzakirəsi, yeni istiqamətlərin müəyyənləşdirilməsi olub.

Konfransın elmi proqramında “Monomerlər kimyası və neft-kimya sintezi”, “Alitsiklik karbohidrogenlər və onların funksional törəmələri”, “Monomerlərin alınmasında katalizatorlar və onların tətbiqi”, “Alitsiklik və aromatik oksigenli birləşmələr və texnoloji proseslər” və “Üzvi sintez və neft kimyasının ekoloji problemləri” bölmələr üzrə plenar, şifahi və stend məruzələri dinlənilib. İki gün davam etmiş konfransın təşkilat komitəsinə ümumilikdə 121 material daxil olub.

Tədbiri açan Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov akademik Soltan Mehdiyevin Azərbaycan kimya elminin inkişafındakı xidmətlərindən, bu sahənin inkişafına verdiyi töhfələrdən danışıb.

AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru, akademik Dilqəm Tağıyev, Bakı Dövlət Universitetinin Üzvi kimya kafedrasının müdiri akademik Abel Məhərrəmov və başqaları görkəmli alim haqqında xatirələrini bölüşüblər.

Daha sonra konfransda plenar məruzələr dinlənilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Dekabr 2024 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see355

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see338

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see327

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see291

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see279

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see275

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see263

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see248

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see239

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see237

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see236

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see229

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see223

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see220

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see214

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see204

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see202

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see196

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see196

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri