Icma.az
close
up
RU
Ekoloji roman: janrların və epoxanın kəsişməsində seminar AZƏRTAC

Ekoloji roman: janrların və epoxanın kəsişməsində seminar AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Belarus Elmlər Akademiyasının Belarus Mədəniyyəti, Dili və Ədəbiyyatı Mərkəzinin əməkdaşı, dosent İnessa Kriştopun “Ekoloji roman: janrların və epoxanın kəsişməsində” mövzusunda seminarı keçirilib.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutundan məlumat verilib. Seminarda direktor müavini Mehman Həsənli Azərbaycan-Belarus ədəbi əlaqələrinin inkişafı istiqamətində Ədəbiyyat İnstitutunda görülən işlər haqqında danışıb. Mehman Həsənli Ədəbiyyat İnstitutu ilə Belarus Elmlər Akademiyasının Belarus Mədəniyyəti, Dili və Ədəbiyyatı Mərkəzi arasında 2016-cı ildə əməkdaşlıq haqqında memorandum imzalandığını da xatırladıb.

Mehman Həsənli Ədəbiyyat İnstitutunun elmi-tədqiqat fəaliyyəti barədə məlumat verərək Dünya ədəbiyyatı və komparativistika şöbəsində Belarus ədəbiyyatı ilə bağlı tədqiqatlar aparıldığını qeyd edib. Bildirib ki, şöbənin əməkdaşı dosent Məlahət Qədirova Belarus ədəbiyyatı ilə bağlı elmlər doktorluğu dissertasiyası üzərində işləyir və Belarus ədəbiyyatı ilə bağlı üç antologiya çap olunub.

Qeyd edək ki, Məlahət Qədirovanın çapa hazırladığı antologiyaların biri rus, ikisi Azərbaycan dilindədir.

Dosent İnessa Kriştop “Ekoloji roman: janrların və epoxanın kəsişməsində” mövzusunda əhatəli məruzə edib, institut əməkdaşlarının mövzu ilə bağlı suallarını cavablandırıb.

Seminarda Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri Gülər Abdullabəyli, filologiya elmləri doktoru Xuraman Hümbətova, filologiya üzrə fəlsəfə doktorları Məlahət Qədirova və Aytən Rüstəmzadə də mövzu ilə bağlı fikirlərini səsləndiriblər.

Tədbirdə institutun elmi katibi Aygün Bağırlı, Təhsil şöbəsinin müdiri Günay Qarayeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nigar İsayeva və digər əməkdaşlar iştirak ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Yanvar 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri