Icma.az
close
up
RU
“Ekoloji tələblərə cavab verən plastik sürtkülərin alınması” seminar AZƏRTAC

“Ekoloji tələblərə cavab verən plastik sürtkülərin alınması” seminar AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 24 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Ekoloji tələblərə cavab verən plastik sürtkülərin alınması” mövzusunda maarifləndirici seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda bu elmi müəssisənin icraçı direktoru professor Əfsun Sucayev laboratoriyalarda ekoloji problemlərin həllinə və ətraf mühitin sağlamlaşdırılmasına xidmət edən 4 istiqamətdə tədqiqatlar aparıldığını, fundamental və tətbiqi nəticələr əldə edildiyini deyib. O, yaşıl sürtkülərin alınması və tədqiqinin institut alimlərinin mühüm bir elmi istiqaməti olduğunu söyləyib.

Ə.Sucayev vurğulayıb ki, hazırda institutda “Müasir tələblərə cavab verən plastik sürtkülərin yaradılması və istehsalın təşkili” adlı elmi-texniki proqram yerinə yetirilir: “Proqram çərçivəsində yaşıl sürtkü materiallarının yaradılması, daha dəqiq, bitki yağları (günəbaxan, qarğıdalı və s.) əsasında bioloji parçalana bilən ekosürtkülərin alınması sahəsində tədqiqatlar aparılmaqdadır”.

Sonra Zərif üzvi sintez laboratoriyasının müdiri Sevgili Məmmədovanın “Ekoloji tələblərə cavab verən plastik sürtkülərin alınması” mövzusunda təqdimatı dinlənilib. Məruzəçi bildirib ki, bitki yağları əsasında bir sıra üstünlüklərə – qeyri-toksik, təbii şəraitdə parçalanan, yüksək alışma temperaturuna malik, ən əsası, bərpaolunan xammaldan alınan biosürtkülər sahəsində aparılan tədqiqat işində bir sıra mühüm elmi nəticələr əldə edilib.

S.Məmmədova qeyd edib ki, fundamental və tətbiqi xarakterli tədqiqatların mühüm nəticələri ilə bağlı 1 ixtiraya Azərbaycanın patentinin verilməsi haqqında Patent və Əmtəə Nişanları Ekspertiza Mərkəzi tərəfindən qərar verilib, 2 ixtira üzrə iddia sənədləri qeyd olunan Ekspertiza Mərkəzinə təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2024 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri