Narkomanlığa qarşı mübarizə mövzusunda QHTlər üçün təlim təşkil edilib AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 18 dekabr, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə əməkdaşlıq çərçivəsində 30-dan çox aidiyyəti qeyri-hökumət təşkilatının layihə rəhbərləri üçün narkomanlığa qarşı mübarizə mövzusunda təlim keçirib. Təlim “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının 4.1.18-ci yarımbəndinin icrası məqsədilə reallaşıb.
Komissiyanın İşçi Qrupundan AZƏRTAC-a verilən məlumata görə, təlim çərçivəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, aidiyyəti qeyri-hökumət təşkilatları tərəfindən narkomanlığa qarşı mübarizə mövzusunda hazırlanan layihələrin və maarifləndirmə xarakterli tədbirlərin icrası istiqamətində müzakirələr aparılıb.
Baxış sayı:138
Bu xəbər 18 Dekabr 2024 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















