Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Dişlər yaddaş kartımızdır?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Ekoloji vergini tətbiqi kimlərə təsir edəcək?

Ekoloji vergini tətbiqi kimlərə təsir edəcək?

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hesablama Palatası əvvəllər müxtəlif ekoloji fondlara yönəldilən ödənişlərin “ekoloji vergi” adı altında vahid qaydada toplanmasını təklif edir. 

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildiri ki, ekoloji vergi ətraf mühitə mənfi təsir göstərən fəaliyyətlərlə bağlı mövcud ödənişlərin daha sistemli və vahid mexanizm əsasında idarə olunması üçündür:

"Belə mexanizmin əsas məqsədi ətraf mühitə daha çox təsir göstərən iqtisadi fəaliyyətlərin ekoloji məsuliyyətini artırmaq, toplanan vəsaitlərin ətraf mühitin mühafizəsinə, tullantıların azaldılmasına və ekoloji bərpa tədbirlərinə yönəldilməsini təmin etmək olmalıdır. Eyni zamanda, bu mexanizm hazırlanarkən adi vətəndaşların və kiçik sahibkarların üzərinə əsassız əlavə maliyyə yükü düşməməli, ödənişlərin tətbiqi ətraf mühitə faktiki təsir prinsipi əsasında müəyyən edilməlidir".

Deputatın sözlərinə görə elektrik avtomobilləri üçün enerji doldurma qurğularının idxalı və satışına ƏDV güzəştinin müddətinin uzadılması da yaşıl nəqliyyatın inkişafına şərait yaradacaq:

"Bu, enerji doldurma infrastrukturunun genişlənməsinə, elektrik avtomobillərindən istifadənin daha əlçatan olmasına xidmət edir. Beləliklə, bir tərəfdən ətraf mühitə mənfi təsir göstərən fəaliyyətlər üzrə məsuliyyət mexanizmlərinin təkmilləşdirilməsi, digər tərəfdən isə ekoloji cəhətdən təmiz texnologiyaların təşviqi paralel şəkildə həyata keçirilməlidir. Hesab edirəm ki, yaşıl iqtisadiyyata keçidin əsas məntiqi də məhz bundan ibarətdir".

Mövzuyla bağlı iqtisadçı Xalid Kərimli danışıb. O qeyd edib ki, Azərbaycanın vergi qanunvericiliyində "ekoloji vergi" və ya "karbon vergisi" adlı anlayışı hələ ki mövcud deyil:
"Vergi xərcləri artırır, qiymətin üzərinə gəlir və sonda vətəndaş yəni, istehlakçı tərəfindən ödənilir. Dövlət hər zaman vergini vətəndaşdan alır, lakin əsas məqsəd ekologiyanı çirkləndirənlərin maliyyə məsuliyyəti daşımasıdır. Məntiqi olaraq, ekologiyanı çirkləndirən və ziyan vuran subyekt pul ödəməlidir. Vətəndaş həmin məhsulu almaqla ekologiyanı çirkləndirən subyektin istehsal etdiyi məhsulu əldə etmiş olur və bu prosesin iştirakçısına çevrilir. Azərbaycanda ümumi olaraq sənaye müəssisələri, energetika şirkətləri, nəqliyyat sektoru, birbaşa tullantı yaradan qurumlar, meşəni, torpağı və suyu çirkləndirən təşkilatlar bu cür ödənişlərə cəlb olunurlar.

İqtisadçı bildirib ki, Azərbaycanda birbaşa ekoloji vergi adı olmasa da, müxtəlif ekoloji xarakterli rüsumlar və tənzimləmələr mövcuddur:

"Daxili yanma mühərrikli avtomobillərə rüsumlar tətbiq olunur, dizel mühərrikli avtomobillər benzinlə işləyənlərə nisbətən daha çox rüsum ödəyirlər. Elektrikli avtomobillərdə isə mühərrik və yanacaq olmadığı üçün bu cür rüsumlar tətbiq edilmir. Eyni zamanda texniki baxış zamanı, utilizasiya fonduna ödənişlər edilir və ölkəyə avtomobil idxalı zamanı yaş həddinə görə  ekoloji xarakterli rüsumlar alınır. Yanacağın və yol vergisinin tərkibində də həm yolun bərpası, həm də ətraf mühitin çirkləndirilməsi ilə bağlı nüanslar nəzərə alınır".

X. Kərimlinin sözlərinə görə ekoloji verginin müsbət tərəfləri də var.

"Məhsulun maya dəyərini artıraraq onun real qiymətinin formalaşmasına səbəb olur. İqtisadiyyatda xarici müsbət və ya mənfi effektlər nəzəriyyəsinə əsasən, xarici mənfi effektlər yaradan fəaliyyətlərə vergi tətbiq olunur. Bu cür yanaşma ekoloji problemlərlə mübarizə üçün fond yaradır və xərcləri birbaşa çirkləndirənlərin ödəmsini təmin edir. Qiymət artdıqda tələbat aşağı düşür, istehlakçılar ekoloji cəhətdən təmiz məhsullara üstünlük verirlər, istehsal xərcləri düzgün formalaşır və bizneslər ekoloji dost avadanlıqlar tətbiq etməyə başlayırlar".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Noyabr 2026 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see400

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see321

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see300

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see299

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see296

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see291

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see289

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see275

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see273

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see269

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see259

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see254

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see253

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see247

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see235

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see230

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see210

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see207

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see188

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri