Icma.az
close
up
RU
Ekoloq: Balıq növləri getdikcə Azərbaycan sularından uzaqlaşır

Ekoloq: Balıq növləri getdikcə Azərbaycan sularından uzaqlaşır

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"İndi balıq ovunun əsl sezonudur. Ancaq hava soyuq olduğundan balıqlar daha dərinə eniblər. Ov üçün Xəzərin və ya çayların ən az 15-20 metr dərinliyindən istifadə etmək olar." 
Bu sözləri Demokrat.az-a açıqlamasında “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov deyib.
"Həvəskar balıq ovçusu 5 kiloqrama qədər balıq ovlaya bilər. Qanunla qəbul ediləndən çox balıq ovlamaq cəriməyə səbəb ola bilər. Daha çox balıq tutmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib lisenziya əldə etmək lazımdır. Qarmaqla və torla tutanlar üçün ayrı-ayrı şərtlər mövcuddur. Balıqlar kütləvi şəkildə tutulduğu üçün sayları həddən artıq azalıb".
O bildirib ki, Avropa ölkələrində 3 kiloqrama qədər ova icazə verilir:
"Bu bir növ balıq populyasiyasının saxlanması üçün qaydadır. Aprel ayının 1-dən etibarən sentyabr ayına qədər balıq tutmaq qadağan olunur. Balıqların sayının azalmasının isə bir neçə səbəbi var: çayların, dənizin çirklənməsi, şirin su üçün Kür çayı ilə Xəzər dənizinin əlaqəsinin tamamilə kəsilməsi, həmin ərazidə qurulan torların balıqlara kürü verməsi üçün imkan tanımaması və.s. Sərt qaydalar çoxdan tətbiq olunmalı idi.  Daha sərt qaydalar tətbiq olunmasa, bir müddət sonra ölkəmizdə balıq ovu yox ola bilər. 
Xəzər dənizi nərə balığı ilə məşhurdur. Nərə balıqları tamamilə yoxa çıxmaq üzərədir. Çünki kürü vermək üçün hətta Anadoluya qədər üzürdülər. İndi yollar bağlıdır, balıqlar çayın digər tərəfinə keçmək imkanı məhdudlaşıb. Balıqlar Azərbaycanda üz döndərib Volqa çayına, Türkmənistan tərəfə üzürlər. Bu da balıq növlərinin uzaqlaşmasına səbəb olur".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:268
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Fevral 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri