Icma.az
close
up
RU
“YAXŞI GÖRÜŞ OLDU, AMMA...” Tramp Ukrayna danışıqlarından “nə çıxacağını” özü də bilmir

“YAXŞI GÖRÜŞ OLDU, AMMA...” Tramp Ukrayna danışıqlarından “nə çıxacağını” özü də bilmir

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp Kremldə Stiv Uitkoff və Cared Kuşner ilə Vladimir Putin arasında aparılan danışıqlardan qismən razıdır.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Tramp görüşü ümumilikdə tərifləsə də, onun hər hansı bir nəticə verəcəyinə şübhə ilə yanaşdığını bildirib: "Bu görüşdən nə çıxacağını deyə bilmərəm, çünki tanqo üçün iki nəfər lazımdır. Düşünürəm ki, onlarla bəzi yaxşı şeylər əldə etdik".

Eyni zamanda, o, Ukrayna ilə bağlı sülh danışıqlarının gələcək perspektivlərinin qeyri-müəyyən olduğunu deyib: "Kremlin nə etdiyini bilmirəm, amma deyə bilərəm ki, Uitkoff və Kuşner Putinlə yaxşı görüş keçiriblər".

O, həmçinin bildirib ki, Uitkoff və Kuşner Putinin müharibəyə son qoymaq istədiyinə inanır. Tramp həmçinin deyib ki, müharibə 2025-ci ilin fevral-mart aylarında başa çatmalı idi: "Bilirsiniz, mən bu ofisdə dedim ki, “Əgər kozırlarınız yoxdursa, indi danışıqlar aparmaq vaxtıdır”. Düşünürdüm ki, bu, münaqişəni həll etmək üçün daha yaxşı vaxt olardı, amma onlar bunu etməməyə qərar veriblər. Hazırda onların çoxlu problemləri var".

Bu arada "The Telegraph" qəzeti yazır ki, Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün aparılan danışıqlar dalana dirənib və Donald Tramp sülh prosesindən çıxa bilər.

Media həmçinin bildirir ki, bu gün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun Mayamidə Stiv Uitkoff və Cared Kuşnerlə görüşü planlaşdırılır.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Dekabr 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri