Icma.az
close
up
RU
Samsung Knox: televizorlarda təhlükəsizlik platformasının lazımlığı və bu tələbatın kvantlarla bağlılığı

Samsung Knox: televizorlarda təhlükəsizlik platformasının lazımlığı və bu tələbatın kvantlarla bağlılığı

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Xarici təhlükələrdən qorunmanın çoxpilləli sistemi ilə tanış oluruq.

Samsung smartfon və planşetləri artıq 10 ildən (bu sistem ilk dəfə 2013-cü ildə təqdim edilib) çoxdur ki, marka təhlükəsizlik platforması olan Knox-un, müdafiəsi altındadır. Portativ texnikalarda güclü qoruma protokollarına olan tələbat təbiidir:  smartfon oğurlana və ya yeni yüklənmiş proqram təminatı tərəfindən kiber hücuma məruz qala bilər ki, belə hallarda sizə məxsus məlumatların üçüncü şəxslərin əlinə keçməsi riski mövcuddur.

Lakin, Samsung mühafizə mövzularında yenilik edərək,  Knox  təhlükəsizlik sistemini həm də ağıllı televizorlarda da istifadə olunmansını təmin etmişdir. Əslində burada təəccüblənəcək heç nə yoxdur. Müasir TV —qonaq otağınızda yerləşən kompüterdir, belə ki, burada tam funksional brauzer, ağıllı ev ekosisteminə inteqrasiya və yüklənə bilən tətbiqlər mövcuddur.

İnternet qoşulmasının olması, əlbəttə, çox faydalıdır, lakin bu qoşulmanın həm də kiber hücumlar üçün giriş nöqtəsi olması,  diqqət tələb edir. Belə ki, 2024-cü ilin əvvəlində 170 000-dən çox televizor və TV-konsoldan ibarət botnet haqqında geniş müzakirələr aparılmışdır. Digər məşhur botnet isə təxminən 200 000 cihazı əhatə edirdi. Və cihazların bir-biri ilə aktiv qarşılıqlı əlaqədə olması onlardan birinə hücum təşkil olunduğu halda, bütün ekosistemin risk altına salınması deməkdir.

Gəlin, Samsung Knox-un, mühafizə üçün hansı alətlərdən istifadə etdiyini, birlikdə araşdıraq.

Knox-un anatomiyası

Təhlükəsizlik platforması, aparat, proqram və servis kimi üç səviyyəli qorumadan ibarət olub, Samsung televizorlarında hərtərəfli müdafiəni təmin edir.

Knox loqosu — qalxan formasında labirint — çoxpilləli müdafiə prinsipini əks etdirir.

Aparat səviyyəsi.  Belə ki, zavod istehsalı mərhələsində televizorun çipinə dəyişməz açar — “rəqəmsal iz” tətbiq olunur. Hər yenilənmə zamanı Secure Boot mexanizmi işə düşərək, proqram təminatının imzasını bu digital iz ilə mərhələli şəkildə yoxlayır. Bu yoxlanış zamanı, proqram təminatının dəyişdirilməsi və ya kənar mənbələrlə əvəz edilməsi aşkarlanarsa “imza” zənciri qırılaraq, yüklənmədən imtina edirlir və həssas məlumatların qorunması təmin olunur.

Yoxlama uğurla başa çatdıqda, prosessor TrustZone-u aktivləşdirir və özünü iki müstəqil “fəzaya” bölür. Ən həssas məlumatlar, o cümlədən çip daxilində yerləşən, nə proqram, nə də fiziki təsir ilə müdaxilə edilməsi mümkün olmayan - Knox Vault “seyfi” qorunan hissəyə yerləşdirlir. Samsung televizorları arasında bu qorunan yaddaş fəzası Neo QLED 8K modellərində mövcuddur.
Əməliyyat sistemi və adi tətbiqlər isə burada “açıq” fəzada fəaliyyət göstərir. Qorunan seqmentdə yer alan tətbiqlər hər iki fəzanın resurslarına çıxış əldə edə bilər, lakin məlumat axınının əks istiqamətdə hərəkəti mümkün deyil. Bu səbəbdən də, hətta zərərli proqram təminatı istifadəçi hissəsinə hücum etsə belə, o nə həssas məlumatları oğurlaya, nə də sistem fayllarını dəyişdirə biləcək.

Proqram səviyyəsi. İstifadəçi və tətbiqlərə aid bütün məlumatlar müasir kriptoqrafik alqoritmlərlə şifrələnir. Açarlar isə qorunan yaddaşda saxlanılır.

Servis səviyyəsi. Bu səviyyədəki qoruma vasitələri zərərli kodun ümumiyyətlə cihaza düşməsinə imkan vermir. Daxili brauzer, keçid edilən sayt ünvanlarını bulud bazasındakı təhlükəli resurslarla müqayisə edən filtrə malikdir. Belə ki, şübhəli saytlar səhifə yüklənməmiş bloklanır.

Həmçinin burada parolların, giriş açarlarının və digər mühüm məlumatların saxlanması üçün yaradılmış Samsung Pass xidməti mövcuddur. Belə ki, sistemdə yer alan bütün məlumatlar end-to-end şifrələmə üsulu ilə qorunaraq, hətta Samsung tərəfindən belə istifadə edilə bilmir. Bununla belə, smartfon, televizor və kompüterlər arasında sinxronizasiyanın təşkilinə maneə yaradılmır.

2023-cü ildə isə Samsung Knox Matrix-i təqdim etdərək, təhlükəsizlik səviyyəsini ayrıca cihaz çərçivəsindən, bütün ekosistem səviyyəsinə qaldırdı. Belə ki, Samsung smartfonları, televizorları və hətta məişət texnikası Trust Chain vasitəsilə bir-birini təhlükəsizlik baxımından yoxlaya bilər.

Əgər zəncir iştirakçılarından biri hücuma məruz qalarsa, sistem dərhal onu ekosistemdən təcrid edərək, digər cihazların müdafiəsini təmin edir. Buna misal olaraq, hakerlər robot-tozsoranı və ya ağıllı soyuducunu (bəli, soyuducular da artıq ağıllıdır!) hədəf seçərsə, Knox Matrix həmin cihazı dərhal ekosistemdən ayırır.

Televizorda təhlükələrin olub-olmadığını smartfondan, smartfondakı vəziyyəti isə televizordan yoxlamaq mümkündür.

Əlavə olaraq Knox Matrix-ə aşağıdakılar daxildir:

Credential Sync funksiyası — cihazlar arasında sinxronizasiya zamanı istifadəçi məlumatlarını qoruyur. Cross Platform SDK alətləri — müxtəlif əməliyyat sistemləri olan qurğularda eyni yüksək səviyyəli təhlükəsizliyin təmin edilməsinə imkan yaradır.

Samsung televizorlarında Knox platformasının etibarlılığını beynəlxalq Common Criteria standartı sertifikatı təsdiq edir. 2024-cü ildə Samsung Knox-un təhlükəsizliyi ardıcıl olaraq onuncu dəfə bu sertifikatla təsdiq edilmişdir.

Bəs kvantların bu məsələ ilə bağlılığı nədir?

“Kvantlar” termini televizor dünyasında ən çox QLED (Quantum dot LED) texnologiyası ilə əlaqələndirilir. QLED ekranlarda kvant nöqtələrindən ibarət qat istifadə olunur ki, bu nöqtələr hər pikselin şüalanmasını formalaşdıraraq rəng diapazonunu genişləndirir və kontrastlığı artırır.

Qeyd edək ki, 2015-ci ildən etibarən Samsung QLED televizorları tərkibində toksik kadmium olmayan kvant nöqtələrindən istifadə edir. Belə ki, kanserogen material daha ekoloji fosfid indiumla əvəz olunub, bununla da diodların ömrü uzadılıb.

Amma təhlükəsizlik çərçivəsində Samsung televizorlarının “kvantlarla” bağlılığı tamamilə başqa məna daşıyır — burada söhbət kvant kompüterlərindən gedir. Belə ki, gələcəkdə kvant kompüterləri ənənəvi şifrələmə alqoritmlərini asanlıqla aşa biləcək. Bu səbəbdən də Knox Matrix ekosistemində artıq post-kvant ML KEM alqoritmi istifadə olunur. Sözü gedən alqoritmlə ehtiyat nüsxələr və sinxronizasiya olunan parollar şifrələnir ki, məlumatlar super güclü kvant hesablamaları dövründə də yüksək səviyyədə qorunsun.

Knox-un üçpilləli qoruma sistemi və post-kvant alqoritmlərə keçid sayəsində Samsung adi televizoru təkcə bu gün deyil, gələcəkdə də yarana biləcək  təhlükələrə hazır olan etibarlı ev ekosisteminə çevirir.

Mənbə: https://rozetked.me/articles/39455-samsung-knox-zachem-televizoram-platforma-bezopasnosti-i-pri-chem-tut-kvanty

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 Dekabr 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see231

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see183

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see168

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see164

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see164

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see149

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri