Icma.az
close
up
RU
Ekoloqlar okean üçün qlobal istiləşmə ilə əlaqəli əlavə təhlükə aşkar tapdı WSJ

Ekoloqlar okean üçün qlobal istiləşmə ilə əlaqəli əlavə təhlükə aşkar tapdı WSJ

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Okean ekoloji hddi keçib və indi həddindən artıq turşudur. Bunu çərşənbə günü Nyu-Yorkda Keçirilən İqlim Həftəsində İsveçli planetoloq, Potsdam İqlim Təsiri Tədqiqat İnstitutunun (PIK) direktoru Yohan Rokstrom bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.

Tədbirdə Rokstrom "Planetin Sağlamlıq Araşdırması" hesabatını təqdim etdi. Onu Potsdam İnstitutunun tədqiqatçıları yazıb, redaktoru isə Rokstrom olub. O, insanlığın Yer kürəsində təsirinin təhlükəsiz hədlərini müəyyən edən planet hədləri anlayışının yaradılmasında pionir kimi tanınır. Ötən il o, tez-tez ekoloji Nobel mükafatı adlandırılan Tayler mükafatına layiq görülüb.

İsveçli alim həm də sistemləri təhlükəyə atan ekoloji "keçid nöqtələri" ilə bağlı tədqiqatları ilə məşhurdur. Məsələn, tropik meşələri quraq zonlara çevirə bilənlər. O, öz işlərində dünya üzrə geri döndərilməz ekoloji keçid nöqtələrini səbəb olacaq dəqiq istiləşmə temperaturunu müəyyən etməyə çalışır.

Alimlərin hesabatında deyilir ki, okeanda turşuluq kritik səviyyəyə çatıb, oksigen səviyyəsi isə aşağı düşür və bu, okeanı dəniz həyatı üçün təhlükəli edir.

Hesabata görə, soyuq su mərcanları, tropik mərcan rifləri və Arktikanın dəniz canlıları artan turşuluq səbəbilə xüsusi təhdid altındadır. Hesabata görə, pteropodlar kimi tanınan kiçik dəniz ilbizləri artıq qabıqlarında zədə əlamətləri göstərir. Bu, xüsusilə narahatedicidir, çünki ilbizlər bir çox növ üçün mühüm qida mənbəyidir. Hesabatda vurğulanır ki, dəniz həyatına dəyən zərər sonda bəşəriyyətin qida təminatına ziyan vura bilər.

Nyu-Yorkdakı tədbirdə Rokstrom bildirib ki, iqlim dəyişikliyinin keçid nöqtələri riski iqlim isti getdikcə sürətlə artır:

"Planet böyük bio-fiziki sistemlərə malik mürəkkəb öz-özünə uyğunlaşan sistemdir ki, onlar sağlam vəziyyətdə olduqda bizə kömək edir. Əgər onlara çox güclü təzyiq göstərsək, hamımızın asılı olduğu vəziyyətdən uzaqlaşdıracaqlar".

Rokstrom okean, ozon təbəqəsi, şirin su ehtiyatları, bioloji müxtəliflik və sabit iqlim də daxil olmaqla, Yer kürəsinə təsir göstərə biləcək doqquz planet sistemi müəyyən edib. Onun fikrincə, okeanla bağlı xəbərlərin ümumi pessimist rəyinə baxmayaraq, hələ də ümid yeri var. O, qlobal aerosol tullantılarının azalmasına və ozon təbəqəsinin bərpasına işarə edib. O, davamlı həllərin elmi və biznes dairələrində özünü doğrultduğunu bildirib:

"Demək olar ki, paradoksaldır, amma biz həm də artıq real dünyadan getdikcə güclü və etibarlı empirik dəlillərə malikik ki, iqtisadiyyatın demək olar ki, bütün əsas sektorlarında miqyaslı hala gətirilə bilən davamlı həllər var - dekarbonizasiya olunmuş, dövri, resurs səmərəli həllər. Və onlar da, demək olar ki, bütün sektorlarda, subsidiyasız belə, iqtisadi cəhətdən rəqabət apara bilən həllərdir".

"The Wall Street Journal" qeyd edib ki, digər ekspertlər də bu yaxınlarda mərcan rifləri üçün risklər barədə xəbərdarlıq ediblər. Sentyabr ayında Nature jurnalında dərc olunan bir araşdırmada deyilir ki, mərcanlar qlobal istiləşmə şəraitində həyatda qala bilməyəcək.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Sentyabr 2025 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri