Icma.az
close
up
RU
Qlobal istiləşmə bəşəriyyət üçün təhlükə yarada bilər TƏHLİL

Qlobal istiləşmə bəşəriyyət üçün təhlükə yarada bilər TƏHLİL

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün dünyada istiləşmə həddinin son 10-15 illə müqayisədə iki, bəzi ərazilərdə 3 selsi artdığı müşahidə olunur. Bu da təxminən 2 milyard insanın həyati əhəmiyyət daşıyan su ehtiyatlarının itirilməsi deməkdir. Science jurnalında dərc olunan araşdırmada 200 min fərqli buzlağın iqlimdən necə zərər gördüyü detallı formada izah edildikdən sonra istiləşməni 1,5 dərəcəyədək endirməyi hədəfləyən Paris razılaşmasına əməl edilsə belə, mövcud buzlaqların yarısı itiriləcəyi ehtimal olunur.

Təbii ki, qlobal istiləşmə təkcə təbiətə deyil, həm də heyvanat aləminə, hətta insanlar üçün ciddi fəsadlar törədir. Əvvəllər iqlim və hava bəşəriyyətə birbaşa təsir göstərirdi. Hər şey onlardan asılı idi. İnsanlar harada və necə yaşayacaqlarını özləri müəyyənləşdirirdi. Ancaq indi insanlar özləri iqlimə təsir edirlər. Bu da bəzən həlli mümkün olmayan problemlərə, hətta meşə yanğınların baş verməsinə, canlı aləmin sıradan çıxmasına gətirib çıxarır. Araşdırmalara görə, dünyamız insanların müdaxiləsi nəticəsində indiki sürətlə istiləşməyə davam edərsə, 2100-cü ilə qədər bütün dağ buzlaqlarının 68 faizi əriyəcək.

Dünyanın müxtəlif ölkələrində sürətlə meşə yanğınlarının baş verməsi, dənizdə və quruda canlı aləmin sıradan çıxması məhz insanların təbiətə, xüsusilə də iqlimə təsir etmələrindən irəli gəlir. Qlobala istiləşmə fonunda dəniz və çaylar qurumaqla yanaşı, quru sahələrdə meşələr sürətlə yanğınlara məruz qalır. Ən narahatedici hal ondan ibarətdir ki, yanğınların neytirallaşdılmasında ciddi problemlər baş verir. Nəticədə təbiət, torpaq örtüyü, bitki aləmi, ağaclar, heyvanlar, eləcə də insanlar çox ciddi zərər görürlər. Son illər ən çox meşə yanğınları Avstraliya, Türkiyə, Yunanıstan, ABŞ, Rusiya və Kanada ölkələrdə baş verib, Ümumilikdə son 10 il ərzində dünyada 82 milyon hektar meşə sahəsi yanıb. 2019-cu ilin iyun ayında Avstraliyada baş vermiş meşə yanğınları bir ilə yaxın davam edib. Hesablamaya görə, 10 milyon hektar ərazi yanıb kül olub. 3 minə yaxın ev yanaraq yarasız hala düşmüşdür, 28 nəfər insan ölmüşdür. Bəzən elə hallar yaşanır ki, yanğınları nəzarət altına almaq mümkün olmayır. Daha doğrusu, yanğınların söndürülməsi dövlətlərin müvafiq qurumlarına çətinliklər yaratdığı üçün başqa dövlətlərdən yardımlar istəyirlər.

Birgə fəaliyyət nəticəsində Türkiyədə yanğınları nəzarət altına almaq mümkün olmuşdu

Dəfələrlə Azərbaycan yaxın uzaq dövlətlərdə baş vermiş yanğınların nəzarət altına alınmasında yaxından iştirak edib. Ötən il Türkiyədə yanğınlar başlayan zaman Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət qrup Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş ölkəyə göndərilmişdir. Ümumilikdə Azərbaycan tərəfindən Türkiyədə baş verən yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar göndərilmişdir. Birgə fəaliyyət nəticəsini vermiş və tüğyan edən meşə yanğınlarını söndürmək mümkün olmuşdur. O zaman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türkiyədə baş verən yanğınların söndürülməsində göstərdiyi köməyə görə təşəkkür etmişdir. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində Azərbaycana təşəkkür etmişdir: “Bir millət, iki dövlət anlayışı ilə hərəkət etdiyimiz can Azərbaycanımızın prezidenti, əziz qardaşım İlham Əliyevə ürəkdən minnətdarlığımı bildirirəm. İlham qardaşım sadəcə zəng etmədi, həm də ölkəmizə "BE-200" tipli amfibiya yanğınsöndürən təyyarəsini göndərməklə yanğınla mübarizəmizə güclü dəstək verir. Çətin günlərimizdə daim dəstək olduğumuz azərbaycanlı qardaşlarımızla bundan sonra da hər sahədə birliyimizi davam etdirəcəyik”.

İstiləşmə buzlaqların əriməsinə gətirib çıxarır

Son yüz il ərzində planetdə orta temperatur selsi üzrə 3 dərəcə yüksəlib və bu gün ki, araşdırmalara təsdiq edir ki, tempuraturun yüksəlməsi davam edir. Qlobal istiləşmə adətən son bir neçə onillikdə planetin səthində temperaturun artması kimi başa düşülür. Planetimiz niyə istiləşir? İnsanlar elektrik enerjisi əldə etmək üçün neft, təbii qaz və kömür yandırırlar. Bu manipulyasiyalar nəticəsində qazlar atmosferə daxil olur: karbon qazı və azot oksidi. Eyni qazlar - onlara istixana qazları deyilir, həmin qazlar müəssisələr tərəfindən, həm də daxili yanma mühərriklərində işləyən nəqliyyat vasitəsi ilə qaz hava səthinə buraxılır. Kənd təsərrüfatı həm də metan mənbəyidir - istilik saxlamaq baxımından karbon qazı ilə rəqabət apara bilən güclü istixana qazıdır. Atılan qazların miqdarının artması istixana effektini artırır - bu, Yer kürəsində temperaturun artmasına səbəb olur.

Planetdə orta temperaturun artması öz növbəsində dəniz səviyyəsinə təsir göstərir: buzlaqlar əriyir, buna görə əlavə su okeana daxil olur. Bundan əlavə, okean, təbii ki, quru ilə birlikdə isinir. Və isti suyun həcmi, bildiyimiz kimi, soyuqdan daha böyükdür. Beləliklə, son 100 ildə dəniz səviyyəsi təxminən 20 sm qalxıb. Alimlərin araşdırmalarına görə, qış temperaturu kəskin şəkildə yüksələ bilər ki, bu da şimal maralları və yerli samiləri üçün fəlakətli nəticələrə səbəb ola bilər.

60 illik təcrübəyə malik maralı çobanı Per Qaup jurnalistlərə bildirib ki, biz artıq qlobal istiləşmənin təsirlərini hiss edirik: “Görürəm ki, iqlim dəyişikliyi səbəbindən daha çox maralı itiririk. Qışı soyuq, quraq keçən kontinental iqlim getdikcə daha aşağı temperatur və yağışlı sahil bölgələrinə çevrilir. İqlim dəyişikliyi qar altında liken və mamırla qidalanan 146.000 şimal maralı üçün otlaq şəraitinə təsir göstərəcək. Heyvanlar ölür, çünki yem azdır, xüsusən də gənc marallar üçün”.

Çoban iddia edir ki, Kautokeinoda temperatur həftələrlə müntəzəm olaraq -40°C-ə enirdi. İndiki vaxtda bu, çox nadir hallarda və qısa müddət ərzində baş verir. Şimal maralları üçün daimi problem hazırda ac maralların dırnaqları ilə keçə bilmədiyi qalın buz təbəqələri yaradan daimi alternativ ərimə və donmalardır. Şimal maralları likenlərə və mamırlara çata bilmədikdə, çobanlar başqa otlaqlar axtarırlar. Bu, rəsmi olaraq sərhədi müəyyən edilməmiş otlaqlar üstündə çobanlar arasında münaqişələrə səbəb ola bilər. İqlim dəyişikliyi həm də ildə iki dəfə transhumasiyanı çətinləşdirir”.

Beynəlxalq Şimal Maralı Becərmə Mərkəzinin direktoru Anders Oskal bildirib ki, Şimal maralı həmişə dəyişən iqlimdə yaşayıb və onlar təbiətə uyğunlaşmağı öyrəniblər: “Bizim əsas narahatlığımız odur ki, Arktika istiləşdikcə və insan fəaliyyəti artdıqca daha əlçatan olur”,

47 yaşlı çoban Mathis Andreas isə qeyd edib ki, biz gəlib həyatımızı, həyat tərzimizi, ənənəvi torpaqlarımızı məhv edən insanları əlimizlə qarşılaya bilmərik.

Araşdırmaya əsasən, XXI əsrin əvvəlindən bəri buzlaqlar 6500 milyard tondan çox kütlə itirib. 2000-2011-ci illər arasında buzlaqlar hər il orta hesabla 231 milyard ton ərimişdirsə, bu göstərici 2012-2023-cü illər arasında 314 milyard tona yüksəlib. 2023-cü ildə isə rekord səviyyədə – 548 milyard ton buzlaq əriyib. Bütün bu sadaladığımız faktlar dünya üçün ciddi iqlim təhlükəsinin reallaşdığını aydın şəkildə ortaya qoyur.

Qətiyyətli addımlar atılmasa, istiləşmə böyük fəlakətlər yaradacaq

Tədqiqatlar nəticəsində məlum olub ki, son 23 il ərzində təxminən 7 trilyon ton buzlağın əriməsi dəniz səviyyəsini təxminən 2 santimetr qaldırıb. Xüsusilə Alp dağları bu ərimənin ən çox müşahidə olunduğu bölgələrdən birinə çevrilib. Buzlaq kütləsinin azalması milyonlarla insan üçün içməli su təchizatını təhlükə altına qoymaqla yanaşı, dəniz səviyyəsinin yüksəlməsi səbəbindən sahilyanı bölgələrdə daşqın riskini artırır. İqlim problemləri ilə bağlı həyəcan təbili durmadan artır. Son illərdə aparılan elmi araşdırmalar göstərir ki, iqlim dəyişikliyi buzlaqların daha sürətlə əriməsinə səbəb olur. “Nature” jurnalında dərc edilən yeni tədqiqatın nəticələrinə görə, 2000-ci ildən bəri dünya üzrə buzlaqların orta hesabla 5 faizindən çoxu əriyib və bu proses son onillikdə daha da sürətlənib.

Söz yox ki, dünyanın heç bir dövləti qlobal istiləşmədən sığortalanmayıb. Tempuraturun artmasının qarşısının alınması üçün dövlətlərin müdaxilələri də mümkünsüzdü. Sadəcə yetər ki, dövlətlər 2015-ci il də qəbul edilən Paris sazişinə əməl etməlidir. Əks halda dünyamızda istiləşmə ciddi fəsadlara yol aça bilər. İstiləmənin nəzarətdən çıxması il susuzluqdan yalınız Afrika ölkələri deyil, həm də Avropa və Asiya dövlətləri də əziyyət çəkəcəklər. Bununla yanaşı, iqlim dəyişikliyi dənli bitkilərin məhsuldarlığını azalmasına gətirib çıxaracaq. Susuz ərazilərin geniş əraziləri əhatə etməsi ilə dünyada bir milyarda yaxın insanın evlərini tərk etməsi ilə üzləşməli olacaqlar. Çünki bu gün faktiki dünyada bir milyarda yaxın insan torpaq erroziyasına meyilli ərazilərdə yaşayırlar. Dünya Bankının hesablamalarına görə, heç bir tədbir görülməsə, 2050-ci ilə qədər Saxara səhrası və onun ətrafında Afrika, Latın Amerikası və Cənubi Asiyada 150 milyondan çox insan öz bölgələri daxilində köç etmək məcburiyyətində qalacaq.

Dünyada iqlim dəyişikliyinin qarşısının alınması beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin təmin olunması qədər önəmlidir. Çünki proseslərin özbaşına buraxılması ilə dünyamız həlli mümkün olmayan problemlərlə üzləşə bilər. Dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar təhlükənin qapı önündə olduğunu anlamalılar. Birgə səylər, bərabər şəkildə mübarizə gözlənilən fəlakətin qarşısını almağa imkan yarada bilər.

İLHAM ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Avqust 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see271

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see228

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see197

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see145

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see135

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see132

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see118

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see114

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see113

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see113

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see113

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see113

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Əgər Putin cümə gününə qədər Trampın ultimatuma əməl etməsə...

07 Avqust 2025 00:04see111

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri