Icma.az
close
up
RU
Ölkədə tullantıların həcmi artıb Ekoloqlar təhlükə barədə xəbərdarlıq edirlər

Ölkədə tullantıların həcmi artıb Ekoloqlar təhlükə barədə xəbərdarlıq edirlər

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən il ölkədə 4365 ton və ya əvvəlki illə müqayisədə 6,8 faiz çox tullantı yaranıb. Onun 69,3 faizini bərk məişət tullantıları, 30,7 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib. Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2024-cü ildə 260,2 min ton təhlükəli tullantı yaranıb və tullantıların ümumi miqdarında onların payı altı faiz olub. Tullantıların 71,9 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranıb ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Rəqəmlərdən də göründüyü kimi, tullantıların miqdarında artım müşahidə edilib.

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Təhlükəli tullantıların zərərsizləşdirilməsinə nazirlik nəzarət edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bildirib ki, nazirlik yalnız təhlükəli tullantılara nəzarət edir: "İstehsal prosesi zamanı əmələ gələn təhlükəli tullantılar bu sahədə ixtisaslaşmış şirkətlərlə müqavilə bağlanılaraq zərərsizləşdirilməsi üçün emala, yaxud xüsusi ayrılmış ərazidə basdırılmağa göndərilməlidir. Partlayıcı və radioaktiv maddələr istisna olmaqla, ətraf mühit və insan sağlamlığı üçün təhlükə yarada biləcək bütün növ təhlükəli tullantıların Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Tullantıları İdarəetmə Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qəbul edilərək zərərsizləşdirilməsi və utilizasiyası həyata keçirilir. Təhlükəli tullantılar sağlamlığın mühafizəsi, əməyin təhlükəsizliyi qaydaları, ətraf mühitin qorunması tələbləri nəzərə alınmaqla, təhlükəlilik kateqoriyasına görə çeşidlənir, xüsusi ayrılmış avtomobillərlə daşınaraq xüsusi hücrələrdə zərərsizləşdirilir. Torpaqla və ətraf mühitlə təmasının olmaması üçün hücrələr yüksək keyfiyyətli müasir geomembran və geotekstil materiallarla tam izolyasiya olunur".

930 min ton bərk məişət tullantısı təhvil verilib

Bərk məişət tullantılarının zərərsizləşdirilməsini həyata keçirən "Təmiz Şəhər" ASC bildirib ki, bu qurumun fəaliyyətində başlıca məqsəd Bakı şəhərində və ətraf ərazilərdə tullantıların idarə olunması sistemini təkmilləşdirmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq və tullantıların zərərsizləşdirilməsini təmin etməkdir: "Qarşıya qoyulan hədəf və məqsədlərə çatmaq üçün vacib istiqamətlərdən biri bərk məişət tullantılarının düzgün idarə edilməsidir. Hazırda əhalinin artması, tələbatın çoxalması təbii ehtiyatların tükənməsinə və tullantıların həcminin artmasına səbəb olur".

Qurumun məlumatına görə, tullantıların idarə edilməsi prosesi hazırda Bakıda müasir üsullarla həyata keçirilir və 2024-cü ildə "Təmiz Şəhər" ASC-nin təsərrüfat sahələrinə ümumilikdə 930 min tona qədər bərk məişət tullantısı gətirilərək təhvil verilib.

"Tullantıların artmasının müxtəlif səbəbləri var"

Ekoloq Kənan Kərimli bildirib ki, tullantıların artmasının müxtəlif səbəbləri var: "Əsas ana səbəb əhali artımı və bərk məişət tullantılarının həcminin artmasıdır. Çeşidin çox olması sonda tullantıya gətirib çıxarır. Müəssisələrin istehsal proseslərində tullantıların azaldılması üçün tədbirlər yetərli deyil. Statistikaya əsasən, hər 50 müəssisədən birində ekoloq var. Tullantılar düzgün idarə olunmur. Halbuki ekoloq həmin tullantını normal idarə edə, müəssisəyə də əlavə gəlir gətirə bilər. Çünki bir müəssisənin tullantısı digər bir istehsalat sahəsinin xammalıdır. Geri dönüş və təkrar emal texnologiyalarının zəif tətbiqi hökm sürür. Hər hansı bir tullantı sahibkara lazım deyilsə, digər sahibkarlara xammal kimi təklif olunmur".

Ekoloqun sözlərinə görə, tullantıların idarə edilməsi təkcə çirklənmənin qarşısını almaq deyil, həm də resursların səmərəli istifadəsi, iqtisadiyyatın yaşıl transformasiyası və ictimai sağlamlığın qorunması ilə bağlıdır: "Tullantıya zibil kimi yox, xammal kimi baxmaq lazımdır. Zərərsizləşdirmə, basdırılma, yandırılma ən sonda ağıla gəlməlidir. Üç mərhələyə (azaltma, yenidən istifadə, geri dönüş) investisiya artırılmalı və sərt nəzarət olmalıdır".

K.Kərimlinin fikrincə, qanunvericilik, texnologiya, maarifləndirmə bir-birini tamamlamalıdır: "Tullantılar ilə bağlı qanun sərtdir, yalnız nəzarət mexanizmini gücləndirmək lazımdır. Maarifləndirmə isə orta məktəbdən, hətta ibtidai sinifdən başlamalıdır".

Tullantıların idarəedilməsi mexanizmi təkmilləşdirilməlidir

Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov da düşünür ki, plastik məhsullar istehsal edən müəssisələr məsuliyyətli olmalıdır: "Plastik tullantıları istehsal edən, yaxud ölkəyə gətirən şirkətlər öz məhsullarının sonrakı taleyi ilə bağlı məsuliyyət daşımalıdırlar. Ölkəmizdə müxtəlif plastik məhsullar istehsal edilir və satışa çıxarılır və sonda onların əksəriyyəti təbiətə atılır. Tullantıların idarəedilməsi mexanizmlərinin təkmilləşdirilməsi də vacibdir. Xüsusilə onların çeşidlənməsi, təkrar emala yönəldilməsi".

R.Abbasovun sözlərinə görə, müəyyən qadağaların tətbiqinə də ehtiyac var: "Düzdür, bir sıra plastik vasitələrin istehsalı azaldılıb. Əksər hallarda torbalar pulla satılır. Lakin yenə də bu istiqamətdə təkmilləşdirmələrə ehtiyac var. Satışda olan plastik torbalar xeyli ucuzdur, onlar bahalaşdırılmalıdır. Xüsusi zonalarda ümumiyyətlə plastik vasitələrin istifadəsi qadağan oluna bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:317
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 Avqust 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri